Ağbaş kərkəs

Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.

Ağbaş kərkəs
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Neoaves
Klad:
Passerea
Klad:
Telluraves
Klad:
Accipitrimorphae
Fəsilə:
Yarımfəsilə:
Növ:
Ağbaş kərkəs
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  175487
NCBI  36247
FW  369536

Qısa təsviri

İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür.

Yayılması və həyat tərzi

Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür. Azərbaycanda dağlıq rayonlarda nəsil verir, yem üçün düzənliyə qədər uçur.

Yaşayış yeri və həyat tərzi

Sıldırım qayalıqda yaşayır (meşəsiz yerdə). Kolonial quşdur. Yuvaları sıldırım qaya üzərində yerləşir. Koloniyada 2-5 yuva olur. Yuvaların arası 40-110 m dir. Zoopark şəraitində cütləşməsi yanvar ayından aprelə qədər uzanır və yerdə gedir (1 dəqiqə). Mart ayında bir ədəd ağ yumurta verir, 50 gün kürt yatır. İyul ayında pərvaz balası müşahidə edilir. Əsas yemi leşdir. Daxili orqanları və əzələni xoşlayır, skelet yemir. Leş tapanda çox yeyib, uzun müddət ac qala bilir.

Sayı və azalma səbəbi

XIX əsrdə çoxsaylı, XX əsrdə adi saylı, son 20-25 ildə nadir olub. Azərbaycanın 17 ornitocoğrafi sahəsindən 6-da nəsil verməsinə baxmayaraq sayı azalıb. XX əsrin axırında 150, 2007-2008-ci illərdə isə 86 quş sayılıb.

Məhdudlaşdırıcı amillər

Uzun müddət zərərli hesab edilib təqib olunması, yem bazasının zəifləməsi və zəhərlənməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması və satışı qadağandır. Naxçıvan MRin Qırmızı kitabına daxil edilib. Zooparklarda nümayiş etdirilib əhaliyə tanıdılır. Qorunan ərazilərdə nəzarət altında saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Yem bazasının qorunması, yuvası yaxınlığına 5-10 gündə bir dəfə leş qoyulması, yuva sahəsinin təbii abidə elan edilməsi.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.