Çılpaqtoxumlular
Çılpaqtoxumlular şöbəsi (lat. Gymnospermae) — iynəyarpaqlılar və buna bənzər toxumlu bitki qrupu. Çılpaqtoxumlular arxeqoniyalı bitkilərdir. Ağac və kol şəklində olurlar. Onlar birevli bitkilərdir, toxum vasitəsilə çoxalırlar. Toxumlar külək vasitəsilə yayılırlar. Çarpaz tozlanma adlanan proses may ayında gedir. Ağac və kolşəkilli nümayəndələri var. Əksəriyyətinin yarpaqları nazik iynəşəkilli olur.Meyvələri olmur.
Çılpaqtoxumlular | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Phragmoplastophyta Klad: Klad: Tracheophyta Klad: Şöbəüstü: Çılpaqtoxumlular |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çılpaqtoxumlulardan şamlar və sərvlər fəsiləsinin nümayəndələri geniş yayılmışdır. Dünyanın ən hündür, yoğun və uzunömürlü ağacı sekvoya (mamont ağacı) da çılpaqtoxumlulara mənsubdur.
Toxumlu bitkilər iki yerə bölünür: çılpaqtoxumlular və örtülütoxumlular. Çılpaqtoxumlular növ tərkibi etibarilə nisbətən az, örtülütoxumlular isə çoxdur. Onların budaqlarında şəklini dəyişmiş, zoğ hesab edilən qozalar olur.Qozalarda toxumlar yetişir. Toxumlar qoza pulcuqlarında çılpaq yerləşdiyinə görə çılpaq toxumlar adlanır.
Çılpaqtoxumlular-750 növü var.Bu adı toxumlarının çılpaq halda qulcuqların qoltuğunda yerləşdiyi üçün almışdır.İlk iynəyarpaqlı bitkilər Palezoy erasının Daş-kömür dövründə yaranıb.
Əsas xüsusiyyətləri
- .
- İlk dəfə bunlarda əsas kök və toxum əmələ gəlir.
- Ağac və kol şəklində olurlar. Ot şəkilli növü yoxdur.
- Soyuq və mülayim iqlimdə, yüksək dağlarda yayılmış və həmişəyaşıl meşələr əmələ gətirmişlər.
- Birevli bitkilərdir,
- Yarpaqları iynə və pulcuqşəkillidir,bəzilərində isə (ginko) enliyarpaqlıdır.
- Yarpaqlar qışda tökülmür.
- Toxum vasitəsilə çoxalırlar.
- Hər toxumun üzərində qanadcıq olur.
- Toxumlar qanadcıqların köməyi ilə külək vasitəsilə yayılırlar.
- Külək vasitəsilə çarpaz tozlanırlar.
- Çarpaz tozlanma adlanan proses may ayında gedir.
- Mayalanma sudan asılı deyil.
- Mayalanma hərəkətsiz erkək qametlər- spermlər vasitəsi ilə gedir.
- Endosperm ancaq ana orqanizmin xüsusiyyətlərini daşıyır.
- Meyvələri və çiçəkləri olmur.
- Çılpaqtoxumlulardan şamlar və sərvlər fəsiləsinin nümayəndələri geniş yayılmışdır.
- Govdəsində qabıq hissə nazik ,oduncaq hissə isə qalındır.Özək də zəif inkişaf edib.
- Oduncaq əsasən dayaq və ötürücü funksiya daşıyan ölü hüceyrələrdən təşkil olunub.
- Bəzi növlərin qabıq və oduncağında içərisi efir yağları və qətranla dolu kanallar var.Bu maddələrin buxarlanması ətrafa xöş iy verir,bakteriyalara isə öldürücü təsir edir.
- Dünyanın ən hündür, yoğun və uzunömürlü ağacı sekvoya (mamont ağacı) da çılpaqtoxumlulara mənsubdur.
Çılpaqtoxumluların çoxalması. Çılpaqtoxumluların, məsələn, adi şam ağacının çoxalması belə baş verir. Yazda birevli bitki olan şam ağacının cavan budaqlarında iki cür – dişi və erkək qoza yetişir. Dişi qozaların hər pulcuğu üzərində iki yumurtacıq, erkək qozada isə iki tozcuq kisəsi olur. Erkək qozadakı yetişmiş tozcuqlar külək vasitəsilə dişi qozalarda olan yumurtacıqların üzərinə düşür. Tozlanmadan sonra dişi qozanın pulcuqları qapanır. Tozlanmadan müəyyən müddət keçdikdən sonra mayalanma baş verir. Mayalanmada yalnız bir yumurta hüceyrə və spermi iştirak edir. Yaranan ziqotdan rüşeym inkişaf edir. Qozalar yetişdikdə qonur rəng alır. Yetişmiş qozaların pulcuqları aralandıqda onun içərisindən pərdəvari qanadcığa malik toxumlar tökülür. Onlar külək vasitəsilə yayılır və əlverişli şəraitdə cücərərək yeni bitkiyə başlanğıc verirlər.
Çılpaqtoxumluların əhəmiyyəti - digər bitkilər kimi, çılpaqtoxumlular da üzvi maddə yaradır, karbon qazını udur və oksigeni buraxır. Onlar həm də havanı ozonla zənginləşdirir və havadakı bakteriyaları məhv edən xüsusi maddələr – fitonsidlər ifraz edir. Çılpaqtoxumluların əksəriyyətində kök sistemi yaxşı inkişaf etdiyi üçün torpaqların eroziyadan qorunmasında geniş istifadə edilir. Çılpaqtoxumlulardan xammal kimi də istifadə olunur. Onlar tikinti materialı kimi işlədilir. Gövdələrindən kimyəvi üsulla süni ipək, kağız istehsal olunur. Bunlardan, həmçinin, skipidar, kanifol, müxtəlif vitaminlər, Sibir şamının toxumundan isə yağ alınır.
Azərbaycanda olan çılpaqtoxumlu bitkilərin mənşəyi
Azərbaycan florasında çılpaqtoxumluların 4 sinifinə, 8 fəsiləsinə, 20 cinsinə məxsus 56 növ ağac və kol bitkisinə təsadüf edilir. Bunlardan 13 növ Azərabycanın təbii florasında yayılmışdır ki onlarında 1 növü relikt, 1növü endem, 5 növü isə nadir bitkidir. 43 növ isə introduksiya olunmuşdur. Bu bitkilərin tarixi paleozoy erasının daş kömür dövründən başlamış, müasir cins və növlər əsasən Mezozoy erasının təbaşir, Kaynozyun alt üçüncü dövründə formalaşmışdır.
Ümumi məlumat
Çılpaqtoxumlular qədim bitkilər olub, öz başlanğıclarını 360-370 milyon əvvəl – Poleozoy erasının Devon dövrünün ikinci yarsından götürmüşdür. Mezozoy erasında çılpaqtoxumlular inkişafının ən yüksək mərhələsinə çatmışlar. Bu dövrdə istisevər bitkilər hegomonluq etmişlər. Mezozoy erasının sonlarında kəskin soyuqların düşməsi ilə əlaqadar, bitkilərin çoxu məhv olmağa başlayırlar. Çılpaqtoxumlular ikinci dəfə öz başlanğıclarını Mezozyun soyuğadavamlı formalarından götürmüşlər. Bu formalrın əmələ gəlməsi, yerin materikdaxili buzlaşması ilə əlaqədar olmuşdur. Kaynazoy erasında çılpaqtoxumlulraın soyuğadavamlı növləri Şimal yarımkürəsinin mülayim və mülayim-soyuq iqlim qurşaqalrında geniş areallarda yayılmışlar. Bu bitkilər həmin yerlərin müsair dövr florasında da üstünlük təşkil edirlər. Çılpaqtoxumluların özlərindən əvvəki bitki qurupları ilə müqayisədə bu cür geniş yayılması , onların toxumla çoxalması amili mühümm yer tutur. Toxum yumurtacığın inkişafından əmələ gəlir. Yumurtacıq dəyişkənliyə uğramış makrosporan-gidir. Yumurtacıq makrosprofilin üzərində açıqda yerləşdiyindən, ondan əmlə gələn toxum da açıqda yerləşir. Ona görə bu bitkilər çılpaq toxumlular adlanır. Toxumdan ilk olaraq rüşeym kökcüyü inkişaf edir. Ağac bitkilərinin əmələ gəlməsində kökün, uzunmüddətli funkisya daşıyan kambinin, mexaniki möhkəmliyi şərtləndirən su ötürən toxumaların formalşması vacib rol oynamışdır. Müasir çılpaqtoxumluların əksəriyyəti ağac və kol-şəkilli bitkilərdir. Təkamülün qədim mərhələlərində otşəkilli növləri də olmuşdur . Bütün çılpaqtoxumlular müxtəlifsporlu bitki-lərdir. Mikrosporangilərdə mikrosporlar formalşır. Qılaf ilə örtülmüş, böyüyən mikrosporları-erkək qametofitləri tozucuq adlandırırlar. Müxtəlif sayda hüceyrələrdən təşkil olunan tozucuq əsasən küləklə yayılır. Örtülütoxumlulardan fərqli olaraq bunlarda yumurtacıq bağlı olmadığı üçün,tozucuq birbaşa rüşeym başlanğıcına düşür. Rüşeym başlanğıcının içərisində bir ədəd iri sporogen hüceyrə formalaşır. Daha sonra bu hüceyrə reduksion yolla bölünərək 4 ədəd qeyri-bərabər hüceyrələri-meqasporları əmələ gətirir. Rüşeym başlanğıcı mürəkkəb orqan olub, mikrosporangi, nutsellusdan və örtük-intequmentdən təşkil olunur. Əmələ gələn 4 meqaspordan 3 ədəd kiçik olanı məhv olur, bir ədəd böyüyü isə inkişaf edərək dişi qametofiti və ya endospermi əmələ gətirir. Mayalanmadan sonra rüşeym başlanğıcından toxum inkişaf edir. İntequment toxum qabığına çevrilir, nutsellus rüşymin böyüməsinə sərf olunur. Mayalanmış yumurta hüceyrəsindən rüşeym, onun kökçüyü, gövdəciyi və 2-18 ləpəli toxum inkişaf edir. Yumurtahüceyrəsi spermatozoidlə mayalanan bitkilərə zoidoqam, spermilərlə mayalananlra isə sifonoqam bitkilər deyilir. Azərbaycan florasında olan çılpaqtoxumlu bitkilər müxtəlif müəlliflər tərəfindən ayrı-ayrı taksonlar şəklində bir sıra aspektlərdən tədqiq olunsa da , onların tarixi mənşəyi, müasir təsnifatı və statusları kompleks halda öyrənilməmişdir.
Siniflər
Müasir təsnifata görə PINOPOHYTA və ya GYMNOSPERMAE- çılpaqtoxumlular şöbəsinə 6 sinif daxildir:
- Pteridospermopsida – toxumlu qıjılar
- Bennetitopsida – bennetitlər
- Cycadopsida – saqovniklər
- Gingoopsida – kinqolar
- Pinopsida və ya Coniferopsida- iynəyarpaqlılar və ya qozadaşıyanlar
- Chlamydospermatopsida – toxumörtüklülər.
Pteridospermopsida – toxumlu qıjılar
Toxumlu qıjıların və bennetitlərin nəsli kəsilmişdir. Digər 4 sinfə aid 900-ə qədər növ yer kürəsinin bütün iqlim qurşaqlarında yayılmışdır.
Cycadopsida –saqovniklər sinfi
Gövdə və yarpaqlarının qalıqlarına əsasən Paleozoy erasının perm dövrünə, strobil və toxumlarına görə isə Mezozoyun yuxarı trias dövrünə aid edirlər. Mezozoyun sonlarında-yura və təbaşir dövrlərində çoxlu quruplar şəklində yer kürəsində geniş yayılmışdır. Müasir florada bir fəsiləsi – Cycadceae Pors. (saqovnikkimilər), 10 cinsi və 120-130 növü tropik və subtropik iqlim qurşaqlarında yayılmışdır. Amerika materikində, Afrikada və Avstraliyada daha çox növ müxtəlifliyi vardır. Əsasən həmişəyaşıl bitkilərdir. Azərbaycanda Mərkəzi Nəbatat Bağında və Mərdəkan Dendrologiya İnstitutunda otaq şəraitində becərilən bir növü-Əyriyarpaq saqovnik (Cycas revoliuta Thunb.) vardır.
Ginkgoopsida – kinqolar sinfi
Kinqolar Paleozoy erasının daş kömür dövründən məlumdur. Müasir florada bir fəsiləsi- Ginkgoaceae L.- Kinqokimilər və bu fəsiləyə daxil olan bir növü – Gingo biloba L.-İkitaylı kinqo vardır. Bu növ Mezozoyun üst tiras dövründə geniş ərazilrdə yayılmışdır. Hazırda ancaq şərqi çində kiçik sahələri tutan meşələri vardır. Hündürlüy 30 m-ə çatan,yarpaqlarını tökən ağaclardır. Mərkəzi Nəbatat Bağında və Mərədakan Dİ-da becərilir. 3.Pinopsida və ya Coniferopsida – İynəyarpaqlılar və ya qozadaşıyanlar sinfi. Paleozoy ersının daş kömür dövründən məlum olub, Mezozoyun yura və təbaşir dövrlərində geniş yayılmışlar. Bu sinif iki yarım sinfə bölünür: Cordaitidae – kordaitlər yarımsinfi. Bu yarımsinifə bir sıra – Cordaitales (kordaitlər) və bir fəsilə Cordaitalaceae -kordaitkimilər daxildir.Bu sıra daş kömür dövründə bataqlıq və quru ərazilərdə geniş meşələr əmələ gətirmişlər. Daş kömürün formalaşmasında iştirak etmişlər. Perm dövründə qlobal iqlim dəyişiklikləri ilə əlaqədar olaraq, quru və kəskin soyuqlara dözməyərək, tamamilə məhv olmuşlar. Pinidae – iynəyarpaqlılar yarımsinfi. Üst daş kömür dövründə, şimal yarım kürəsinin mülayim iqlim zonasında əmələ gəlmişlər. İlk iynəyarpaqlılar lokal buzlaşma ilə əlaqədar quraqlıq səbəbindən kseromorf struktura malik olmuşlar. Permin sonu, triasın əvvələrində kəskin soyuqlar iynəyarpaqlıların inkişafını ləngitmişdir. Araukarilər, podakarplar və şamlar məhz bu dövrdə əmələ gəlmişdir. Lakin onların fəsilələrə diferensasiyası tam baş verməmişdir. Perimin sonunda iynəyarpaqlıların arelları Cənub yarım kürəsinə doğru genişlənməyə başladı. Triasda isə onlar bütün yer kürəsinə yayılmağa başladılar. İynəyarpaqlıların inkişafının çiçəkləmə dövrü, müasir cins və növlərə ayrılması yura və təbaşir dövrlərində baş vermişdir. Müasir floraya məxsus bitkilərin areallarının formalşması Kaynazoyun əvvələrinə təsadüf edir. Kaynazoy erasının üçüncü dövrünün Paleosen və Eosen mərhələlərində iqlim isti və rütubətli olmuşdur. Bu dövrdə Poltav florası-əsasən həmişəyaşıl bitkilər üstünlük təşkil etmişdir. İynəyarpaqlılar üçün əlverişli olan bu şəraitdə onların arealları Arktikadan Antarktidaya qədər genişlənmişdir. Üçüncü dövrün Oliqosen mərhələsinin əvvəlirindən etibarən həmişəyaşıl Poltav florasını yarpaqlarını tökən Turqay florası əvəz etməyə başladı. Bu proses Avropadan başlayıb, şimala doğru getmişdir. O cümlədən Aralıq dənizi ətarfını və Qafqazı da əhatə etmişdir. Turqay florasında Faqus L., Ulmus L., Betula L., Quercus L., Juglans L., Pterocarya Runth., Acer L., Vitis L., Zelkova Spch., və s yarpağını tökən cinslər üstünlük təşkil etmişlər. Oliqosenin ortalarında Turqay florası Asiyadan Yaponiyaya, saxalindən Kazaxıstana, Urala, Avropada Şotlandiya, İngiltərəyə qədər yayılır və iynəyarpaqlıların areallarını sıxışdırmağa başlayır. Avropa və Asiyada buzlaşma ilə əlaqədar isti sevən birkilər, eləcə də iynəyarpaqlıların bir çox qurupları məhv olmağa başlayır. Yalnız soyuğadavamlı və nisbətən cavan növlər məhv olmadılar. Sonradan bu növlər mülayim və mülayim-soyuq iqlimə uyğunlaşaraq, geniş yayıldılar. Asiyanın cənub-şərq ərazilərini buzlaşma əhatə etmədiyindən, bu ərazilərdə qədim növlər öz varlıqlarını qoruyub saxlamışlar. Amerikada dağlar əsasən merdian boyu yerləşdiyi üçün, buzlaşma dövründə istisevən bitkilər öz arellarını cənuba doğru dəyişmişlər. İndi də Amerikanın Sakit okean sahillərində İynəyarpaqlıların çoxlu relikt növləri vardır. İynəyarpaqlıların əksəriyyəti həmişəyaşıl olub, ağac və kol şəkillidirlər. Çılpaqtoxumlular arasında ən çox növə malikdirlər (7 fəsilə, 55 cins və 600 dən çox növ).
Pinales və ya Coniferales – iynəyarpaqlılar sırası
Bu sıraya 7 fəsilə daxildir. Onlardan 3-nə aid cins və növlər Azərbaycan florasında (təbii və introduksiya olunmuş ) vardır: Araucariaceae Henkel – Araukariyakimilər fsəiləsi. Perm dövrünün indi də yaşayan ən qədim fəsillələrindən biridir. Yura və təbaşir dövrlərində araukariyakimilər bütün yer kürəsində geniş yayılmışlar. Hal hazırda bu fəsiləyə Araucariya F. Neger. –araukariya və Agathis Juss.-aqatis cinsləri daxildir. Aqatis cinsinin əsasən Avstraliya, Filippin,Yeni Zelandiyada 20 növü yayılmışdır. Azərbaycanda yalnız introduksiya edilmiş bir növünə - Agathis spesiosa Juss.-Adi aqatisə Mərkəzi Nəbatat bağında rast gəlinir. Taxodiaceae F.W. Neger.-Taksodiyakimilər fəsiləsinin 10 cinsi vardır.Yura dövründə meydana gələn taksodiyakimlərin geniş yayılması təbaşir dövrünə təsadüf edir. Kaynozoyun əvvələrində bütün şimal yarımkürəsi boyunca Qrenlandiyaya qədər yayılmışdır. Hal hazırda Şimali amerika , Cənub-Şərqi asiyada kiçik təbii arelları vardır. Cənub yarımkürəsində Tasmaniya adasında bir cinsi (Athrotaxis) məliumdur. Bu fəsiləyə daxil olan ağaclar hündür (80-100m ) və uzun ömürlü (100-1000 il) olmaları ilə fərqlənirlər. Azərbaycanda Mərkəzi Nəbatat Bağında introduksiya olunmuş (Seguoiadendron giganteum Lindl.-Momont ağacı, Seguoia sempervirens Endl.- Həmişəyaşıl sekvoya, Cryptomeria japonica D.Don. -Yapon kriptomeriyası, Cunninghamia lanceolata Lamb.-Neştərvari qunninqamiya, Taxodium distichum Rich.- Adi taksodium) bir neçə növünə rast gəlinir. Cupressaceae Rich.ex Bartl. - Sərvkimilər fəsiləsinin geolji tarixi Mezozoy erasının yura dövründən başlayır. Təbaşir dövründə və Kaynozoyun əvvələrində daha geniş yayılaraq, müasir cins və növlərə diferensasiya edirlər. Müasir florada Sərvkimilər fəsiləsinin 20 cinsi və 130 –145 növü Şimal və Cənub yarımkürəsində geniş arellarda yayılmışdır. Dişi qozaların quruluşuna görə bu fəsilə 3 yarımfəsiləyə bölünür: Cupressoideae – sərvkimilər yarımfəsiləsi üçün yerini dəyişən toxum pulcuğu və ağaclaşmış qozalar xarakterdir. Yarımfəsilənin bir cinsi- Cupresus L.-sərvin 15 növü Avropanın, Afrikanın və Şimali Amerikanın mülayim isti rayonlarında yayılmışlar. Azərbaycanda Mərkəzi Nəbatat Bağında , Mərdəkan Dİ-da və Abşeron yarmadasında bir neçə növü (Cupressus arizonica Bull.-Arizona sərvi, C. benthamii Endl. - Bentamiya sərvi, C. lusitanica Mill. - Luzitan sərvi, C. sempervirens L.-Həmişəyaşıl sərv, C. torulosa D.Don –Torula sərvi, Chamaecyparis lawsoniana Parl.-Lavson sərvpəri, Ch. nootkatensis Spach.-Nutkan sərvpəri, Ch. pisifera Sieb et Zucc.-Noxudyarpaq sərvpəri, Biota orientalis Endl.-Şərq biotası ) əkilib becərilir. Thujoideae – Tuyakimilər yarımfəsiləsinin 15 cinsi vardır. Qozaları dəricikşəkilli, ağaclaşmış pulcuqlu olur. Azərbaycanda bu yarımfəsilənin cinslərinə aid bir sıra növlər introduksiya olunaraq park və xiyabanların salınmasında istifadə olunur (T. ooccidentalis L. - Qərb tuyası, T. plicata D.Don.-Nəhəng tuya, Platycladus orientalis (L.) Franco – Şərq tuyası və ya Şərq biotası). Juniperoideae –ardıckimilər yarımfəsiləsinə özündə 70-ə qədər növü birləşdirən bir cins- juniperus L.-ardıc daxildir. Ardıc cinsi Arktikadan tutmuş subtropiklərə qədər yayılmışdır. Əsasən sərilmiş formalı kollar, çox az hallarda isə 10–12 m-ə çatan ağaclardır. Dişi qozaları 3-8 örtücü pulcuqdan ibarətdir. Azərbaycan florasında olan ardıc növləri: Juniperus foetidissima Willd. - Ağıriyli ardıc. Azərbaycanda Kiçik qafqazda, Naxcıvanın dağlarında bitir. Nadir bitki hesab edilir; J. oblonga Bieb. - Uzunsov ardıc. Azərbaycanda Böyük və kiçik Qafqazda, Talışda, Türyançay Dövlət qoruğu ərazisində, Naxcıvanın dağlıq ərazilərində bitir; J. polycarpos C. Koch. - Çoxmeyvəli ardıc. Böyük və kiçik Qafqazda, Naxcıvan dağlarında bitir; J. pygmaea C. Koch. – Cırtdan ardıc. Azərbaycanda Böyük Qafqazda- Quba və Qusar rayonlarında, Kiçik Qafqazda –qaşqaçay hövzəsində subalp və alp quruşaqlarda qayalıqlarda yayılmışdır; J. sabina L. - Qazax ardıcı. Azərbaycanda Böyük Qafqazda dəniz səviyyəsindən 3000 m yüksəklikdə qayalıqlarda bitir. Nadir bitki hesab edilir; J. virginiana L. - Virciniya ardıcı.Təbii halda Krımın dağlıq hissəsində və Qafqazın Qara dəniz sahilində yayılmışdır. Mərkəzi Nəbatat bağında introduksiya edilmişdir; J. depressa Stev. - Alçaqboylu ardıc. Azərbaycanda Böyük və Kiçik Qafqazda, Naxcıvanda subalp və alp qurşaqlarda qayalı və daşlı yamaclarda bitir; J. сhinensis L. - Çin ardıcı. Vətəni Çin, Koreya və yaponiyadır. Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir; J. communis L. – Adi ardıc.Vətəni avropanın şimal zonası olub, Murmanskiyə qədər yayılmışdır. Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir.
Taxales – Qaraçöhrə sırası
Taxaceae S.F. Gray – Qaraçöhrəkimilər fəsiləsinin nümayəndəliri Şimal yarımkürəsində yaılmışdılar. Öz başlanğıclarını tabaşiir dövründən götürmüşlər. Müsair florada 4 cinsi Şimali Amerikada, Avropda, Şimali Afrikda və Asiyda yayılmışdır. Azərbaycanda qorunub saxlanılmış qaraçöhrə meşələri nadir meşələr hasab edilir. Taxus baccata L.-Giləmeyvəli qaraçöhrə nadir bitki olub, Kiçik və Böyük Qafqazda, Talışda bitir. Pinaceae Lindl.- Şamkimilər geolji tarixi Mezozoyun təbaşir dövründən başlasa da, onların fəsilə və cinslərə diferensasiyası Kaynozyun alt üçnücü dövrünün paleosen, eosen və oliqosen mərhələlərində də davm etmişdir Şamkimilər fəsiləsi çılpaqtoxumluların ən geniş yayılmış fəsiləsidir. Bu fəsilənin Şimal yarımkürəsində -Avropa, Asiya və Amerikda mülayim , mülayim –soyuq iqlimdə yayılmış 10 cinsi və 250 növü vardır. Şamkimilər zoğların formasına görə 3 əsas yarımfəsiləyə bölünür: Abietinae – ağşamkimilər yarımfəsiləsi üçün uzun zoğların oması və qozalrın birinci il yetişməsi xarkteriktdir. Azərbaycanda (Mərkəzi Nəbatat Bağında, Mərdəkan Dİ-da və Abşeronda yaşıllıqlarda) introduksiya edilmiş Abies nordmanniana Spach.- Nordman və ya Qafqaz ağ şamı, Picea exelsa Link.- Adi küknar, P. orientalis Link. - Şərq küknarı, P. pungens Engelm. - Tikanlı küknar, Tsuga canadensis Carr.- Kanada tsuqası növlərinə rast gəlinir. Laricoideae – qaraşamkimilər yarımfəsiləsi zoğlarının formasına görə iki tipə bölünür. Uzun və qısa zoğların üzərində yaşıl iynəyarpaqlar olur. Larix europaea D C.- Avropa qara şamı, Cedrus atlantika Manet. - Atlant sidri, C. deodora G. Don.f.-Himalay sidri, C. libani Rich. - Livan sidri növləri Mərkəzi Nəbatat bağında və Mərdəkan Dİ-da introduksiya olunmuşdur. Pinoideae – şamkimilər yarımfəsiləsi bir cinsə (Pinus ) daxil olan 100 dən çox növə malikdir. İki tip zoğun olması ilə əvvəlki yarımfəsillərdən fərqlənir. Azərbaycan florasında aşağıdakı növləri vardır: Pinus banksiana Lamb. – Banks şamı. Vətəni Şimali Amreikadır. Mərkəzi Nəbatat Bağında introduksiya edilib; P. eldarica Medw. - Eldar şamı. Eldar düzünün qərb hissəsində Eldar Oyuğunda təbii arealı vardır. Azərbaycanın endem bitki növüdür. Eyni zamanda ,üçüncü dövr relikt növdür. P. halepensis Mill.- Hələb şamı. Vətəni Kiçik Asiyadır. Abşeronda yaşllıqlarda təsadüf edilir; P. kochiana Klotzch ex C.Koch- Kox şamı. Quba, Qusar,Balakən,Xankəndi, Ağdərə, Murovdağ silsiləsində və Naxcıvandə təbii halda bitir. Nadir bitkidir. P. pallasiana Don.- Krım şamı.Vətəni Krım və Qafqazdır. Azərbaycanın bir çox şəhərlərində yaşıllaşdırmada istifadə edilir. P. pinaster Sol. - Sahil şamı. Vətəni Aralıq dənizi ətrafı ölkələr,Qara dəniz sahlləridir. Mərkəzi Nəbatat Bağında, Mərdəkan dendrarisində, Astara- Lənkəran bölgəsində tək- tək nöxsələri vardır; P. montana Mill. - Dağ şamı.Vətəni Qərbi Avropa, Karpat və Balkan dağlarının Alp qurşağıdır. Mərkəzi Nəbatat Bağında, Mərdəkan dendrarisində bir neçə nüxsəsi vardır. P. pinea L.- İtaliya şamı. Vətəni Aralıq dəniz sahilləri və Kiçik Asiyadır. Azərbaycanda Gəncədə, Bərdədə, Lənkaranda və Astarada tək-tək nüsxələri vardır; P. longifolia Roxb.-Uzunyarpaq şam. Vətəni Himalay dağlarıdır. Azərbaycanda Mərdəkan Dendrarsində introduksiya edilb; P. pithsunda Stev.- Pitsunda şamı. Vətəni Qərbi Zaqafqaziya. Mərkəzi Nəbatat Bağı və Mərdəkan Dendrarisində becərilir; P. ponderosa Douqlas.-Sarı şam. Vətəni Şimali Amerikadır. Mərkəzi Nəbatat Bağında, introduksiya olunub; P. sylvestris L. - Adi şam. Vətəni Avropa, Asiya. Bakıda park və xiyabanlrda təsdüf edilir; P. strobus L. - Veymut şamı. Vətəni Şimali Amerikadır.Azərbaycanda Mərkəzi Nəbatat Bağında, Gəncədə və Bərdədə nüxsələri vardır.
4.Chlamydospermatopsida – Toxumörtüklülər sinfi
Bu sinifə Ephedrales (acılıq), Gnetales (knetum) və Welwitschiales (velvitsiya) sıraları aiddir. Ümumilikdə 80-ə yaxın növü vardır. Hər bir sıraya bir fəsilə, hər fəsiləyə də bir cins daxildir. Paleobataniki materiallar olmadığından bu sinifin tarixi və mənşəyi dəqiqiq məlum deyildir. Bu sinifin geolji tarixinin yura və təbaşir dövründən başalndığı güman edilir. Azərbaycan florasında bu sinifin Ephedrales – acılıq sırasının Ephedraceae Dumort – Acılıqkimilər fəsiləsinə daxil olan Ephedra L.-acılıq cinsinin bir neçə növü vardır. Acılıq cinsinin Aralıq dəniz sahilləri ölkələrində, Asiya və Amerikda səhra, bozqır və qayalıq sahələrdə 40 növü yayılmışdır. Ephedra intermedia Schrenk.-Ortaboy acılıq. Əsasən Orta Asiyada Qərbi Sibirdə yayılmışdır. Azərbaycanda Xəzər sahili düzənlikdə, Kür-Araz ovalığında və Naxcıvan düzənliyində təsadüf edilir; E. distachya L.- İkisünbül acılıq. Aralıq dənizinin şimalında yaylmışdır. Azərbaycanda Xəzər sahili düzənlikdə, Abşeronda, Qobustanda, Kür –araz ovalığında, Lənkəran və Naxcıvan düzənliyində yayılmışdır; E. kokanika Regel. - Kirpikli acılıq. Mərdəkan Dedndrarisində introduksiya olunub; E. procera Fisch.et C.A. Mey. - Boylu və ya qaya acılığı. Balkanda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda və Kiçik Qafqazın şimalında , Qobustanda daşlı çınqıllı ərazilərdə bitir. E. equisetina Bunge. - Qatırquyruq acılıq. Təbii halda Orta Asiya, Tibetdə yayılmışdır. Azərbaycanda Naxcıvanda, Qobustanda, Şamaxıda, Sitalçay boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir. Nadir bitkidir. Acılıq cinsinə aid növlərin təbii areallarının ekolji xüsusiyyətlərinə nəzər saldıqda, bu bitkilərin quraqlığa və kontinental iqlimə uyğunlaşdıqlarını, kseromorf qurluşa malik olduqlarını görürük. Bu isə onu deməyə əsas verir ki, Toxumörtüklülər sinifi öz başlanğıclarını daş kömür dövründən götürmüş, perm və trias dövürlərinin soyuq və quru iqliminə uyğunlaşmışlar.
İstinadlar
- Qarayev S.Q. Azərbaycan Dendroflorasında Olan Çılpaqtoxumlu (Pinopohyta və ya Gymnospermae) Bitkilərin Mənşəyi və Statusu. Azərb.MEA-nın xəbərləri, biol.elml. seriyası, 2017, №1, s.63-68
- Əsədov K.S., Mirzəyev O.H., Məmmədov F.M. (2014) Dendrologiya Bakı- “Gənclik”,483 s.
- Əsgərov A.M. (2011) Azərbaycan florasının konspekti. Bakı, “Elm”, 204 s.
- Məmmədov T.S., İskəndər E.O., Talıbov T.H. (2016) Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı, “Elm”, 380 s.
- Qurbanov E.M. (2009) Ali bitkilərin sistematikası. Bakı, “Bakı Universiteti”, 420s.
- Гроссгейм А.А. (1946) Растительные ресурсы Кавказа, Баку, АН Азерб. ССР, 671c .
- Зубкевич Г.И. (2003) Систематика высших растений голосеменные. Минск.: БГУ,90 с.
- Криштофович А.Н. (1957) Палеоботаника. Ленинград, 650 с
- Черепанов С.К. (1981) Сосудистые растения СССР, Л., Наука, 509 с.
- Osman Məmmədov-●Gəncə şəhər 26 saylı Fizika-riyaziyyat-informatika təmayüllü məktəbin 7/1 sinif şagirdi.
Xarici keçidlər
- Çılpaqtoxumlular
- Sadıq Qarayev
- http://sadiqqarayev.com/ Arxivləşdirilib 2018-02-12 at the Wayback Machine
- http://cbg.org.az/aze/researchers/Garayev_Sadig.html%5B%5D
- http://science.gov.az/forms/doktora-filosofii-tsentralnogo-botanicheskogo-sada/2754
- Mərkəzi Nəbatat Bağı
- Çılpaqtoxumlular (ing.)