Guerrillero Heroico

Guerrillero Heroico — marksizm inqilabçısı Çe Qevaranın təsvir olunduğu əlamətdar fotoqrafiya, müəllifi Alberto Kordadı. Foto 1960-cı il martın 5-də Havanada keçirilən "La Coubre" teploxodunun partlayış qurbanlarının xatirəsinə olan mitinqdə çəkilib. Foto Leica M2 fotoaparatı ilə Kodak şirkətinə məxsus olan lentə çəkilib.

Qəhrəman partizan
Guerrillero Heroico
Ernesto Çe Gevara
Ernesto Çe Gevara
Rəssam Alberto Korda
Tarixi 5 mart 1960-cı il
Üslubu Fotoqrafiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1960-cı illərin sonlarında Çe Gevara inqilabi fəaliyyətini dəyandırdı və edamı edildi, onun gördüyü işlərlə birlikdə şəkil Çe Qevaranın xarizmatik və ziddiyyətli obrazını "Mədəni ikona"ya çevirdi. Sonralar Korda deyirdi ki, Çe Qevaranın şəkildəki üz mimikası onun "qəti barışmazlığı" və möhkəm xarakterini ifadə edir.

Tarixi

"La Coubre" yük gəmisi 4 mart 1960-cı ildə Havana limanında boşaldılması zamanı partlamışdır. Partlayış zamanı yüzdən çox insan həlak oldu və daha iki yüzü xəsarət aldı. O vaxt sənaye naziri olan Ernesto Qevara partlayış zamanı aqrar islahatlar milli institutunda idi, hadisə baş verən kimi dərhal limana gəldi və bir neçə saat ərzində yaralılara tibbi yardım göstərərək xilasetmə əməliyyatında iştirak etdi.

Ertəsi gün, martın 5-də Kuba inqilabının lideri Fidel Kastro MKİ-ni partlayış törətməkdə ittiham etdi. Terror aktı qurbanlarının xatirəsinə matəm mitinqi və sonrakı Malekon bulvarından Kolon qəbiristanlığına olan marş zamanı Fidel nitqində sonradan məşhur olacaq "Vətən ya ölüm" (isp. Patria o Muerte) kəlməsini səsləndirdi. Kastronun rəsmi fotoqrafı Alberto Korda saat 11:20-də Qevaranın bir neçə saniyə kadra düşdüyü vaxt şəklini çəkdi.

Çe Qevaranın beretində fərqlənmə əlaməti olan Xose Martinin ulduzu görünür. O, ona 1957-ci ilin iyulunda "komandante" rütbəsi ilə birlikdə Fidel Kastro tərəfindən verilmişdi.

Müəlliflik hüquqları

Korda öz şəklinə ictimai mülkiyyət statusunu verdi və heç vaxt müəlliflərə ayrılan məbləğı istəmirdi, hərçənd onilliklər boyu şəkil və onun müxtəlif formaları müxtəlif medialarda istifadə olunurdu,

amma fotoqraf portretin kommersiyalaşdırılmasını istəmirdi və Smirnoff araq fırmasını onu reklamda istifadə etdiyi üçün məhkəməyə verdi (məhkəməyədək sazişin nəticəsində alınan əlli min dollar Kuba səhiyyə sisteminə ianə edildi). Fotonun qeyri-qanuni istifadəsini şərh edərkən, rəssam bildirmişdi:

" "Çe Qevaranın uğrunda vəfat etdiyi ideyaların tərəfdarı kimi mən onun xatirəsini və sosial ədalət işini yaymaq istəyənlərə qarşı deyiləm, amma Çenin fotosunu alkoqol kimi məhsulların irəliləməsində və Çenin adına ləkə gətirəcək istənilən məqsədlərdə istismarına qəti əleyhinəyəm "

Mədəniyyətə təsiri

Məşhur foto bir çox sənət əsərlərinə təsir göstərmişdir, özü də onlardan bəziləri (məsələn, İrlandiyalı rəssam Cim Fitzpatrikin stilizasiyası) öz növbəsində kult statusu almışdır.

Ədəbiyyat

  • Alberto Korda: A Revolutionary Lens, by Diana Diaz & Mark Sanders, Steidl, 2007, ISBN 3-86521-458-4</nowiki>
  • Che's Afterlife: The Legacy of an Image, by Michael Casey, Vintage Books USA, 2009, ISBN 0-307-27930-8</nowiki>
  • Che Guevara: Revolutionary and Icon, by Trisha Ziff, Abrams Image, 2006, ISBN 0-8109-5718-3</nowiki>
  • Che: Images of a Revolutionary, by Oscar Sola, Pluto Press, 2000, ISBN 0-7453-1700-6</nowiki>
  • Che: The Photobiography of Che Guevara, Thunder's Mouth Press, 1998, ISBN 1-56025-187-5</nowiki>
  • Cuba by Korda, by Christophe Loviny & Alberto Korda, Ocean Press (AU), 2006, ISBN 1-920888-64-0</nowiki>
  • Self Portrait Che Guevara, by Ernesto Guevara & Victor Casaus, Ocean Press (AU), 2004, ISBN 1-876175-82-6</nowiki>
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.