Guco
Guco (郡上市, Gujō-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər.
Guco | |||
---|---|---|---|
yap. | |||
|
|||
35°45′00″ şm. e. 136°58′00″ ş. u. | |||
Ölkə | Yaponiya | ||
Region | [[Çubu regionu]] | ||
Prefektura | [[Gifu prefekturası]] | ||
Mer | Toşiaki Hioki[1] | ||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1 mart 2004[2] | ||
Sahəsi | 1.030,79 km² | ||
Saat qurşağı | UTC+9 | ||
Əhalisi | |||
Əhalisi | 41.927 nəfər (2015) | ||
Sıxlığı | 41 nəf./km² | ||
Milli tərkibi | yaponlar | ||
Rəsmi dili | yapon dili | ||
Rəqəmsal identifikatorlar | |||
Poçt indeksi | 〒501-4297 | ||
Digər | |||
city.gujo.gifu.jp (yap.) | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
2015-ci ilin məlumatına görə şəhərin əhalisi 41.927 nəfərdir, hər km² ərazidə 41 nəfər yaşayır. Şəhərin sahəsi 1.030,79 km²-dir.
Tarix
Müasir Guco şəhəri 1 mart 2004-cü ildə Haçiman, Şirotori və Yamato şəhərlərinin, Meyo, Minami, Takasu və Vara kəndlərinin (hamısı keçmiş Guco rayonun tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaranmışdır.[3]
Su yolları
Guco şəhəri öz təmiz su yolları ilə məşhurdur. Şəhərdəki ilk su yolları XVII əsrdə qurulmuşdur. Kanallar, fəvvarələr və su yolları hələ də düyünün, tərəvəzlərin, paltarların yuyulmasında istifadə olunur. Şəhər əhalisi su yollarını təmiz, suyu saf saxlamağa çalışır. Çəkilən bu zəhmətə görə Guco suyundan içmək yerli iftixar hesab olunur.
Guco şəhəri 3 çayın qovuşduğu vadidə yerləşir: Yoşida, Naqara və Kodara çayları.
Şəhəri ziyarət edən ziyarətçilər şəhərin hər kranından axan saf suyundan içməkdən böyük zövq alırlar. Təmiz su yerli mətbəxə təsir edib. Yerli təamlara ayu, sake və soba aiddir.[4]
Şəhərin sakinlərini ciddi nəzarət altında şəhərin saf suyu ilə paltar və qab-qacaq yuduqlarını görmək mümkündür. Bu proses bir neçə əsrdir ki, davam edir və evləri saf su ilə təmin edir.[4]
Guco Odori
Şəhərdə keçirilən Guco Odori festivalı xeyli turistin marağına səbəb olur. Festival ilk dəfə 400 il bundan əvvəl keçirilib və bugünə qədər davam edir. Avqustun ortalarında Obon bayramının 4 günü boyunca şəhərdə bütün gecə rəqslər davam edir.
Rəqslər Kiotodakı Gion festivalı ilə eyni gündə başlayır və 30 gecə davam edir. Rəqslər Yasaka məbədində başlayır və hər gecə başqasında keçirilir. Guco Odori Qoruma Cəmiyyəti ohayaşi vasitəsilə musiqili hekayələr danışır. Ohayaşinin tərkibinə solist, şamisen ifaçısı, tayko ifaçısı və sayakuxati ifaçısı daxildir.[5]
Dinləyicilər rəqs edərək festivala qatılırlar. "Urabon" dövründə (3 – 16 avqust) rəqslər səhər saat 5-ə qədər davam edir. Festivalı izləmək üçün hər il şəhərə 22.000-dən çox turist gəlir.[5]
Saxta yeməklər
Gyudzo şəhəri Yaponiyada saxta yemək üzrə öndə gedən şəhərdir. Saxta yeməklər restoranlar tərəfindən pəncərələrə qoyularaq dekorasiya kimi istifadə olunur.
Görməli yerlər
- Hiruqano Botanika Bağı
- Gyudzo Haçiman qalası
İstinadlar
- "市長の部屋". Gujo official website (Japanese). Gujo city. 17 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 August 2011.
- 郡上市合併・市制施行10周年記念式典 式辞.
- "市政 > 郡上市の紹介 > 郡上市の歴史 > 近代(明治・大正・昭和時代)". Gujo official website (Japanese). July 9, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2011.
- http://www.gujohachiman.com/kanko/index_e.htm Arxivləşdirilib 2012-07-16 at the Wayback Machine Gujo Hachiman Water
- http://www.city.gujo.gifu.jp/english/tourism_and_amusement/ Arxivləşdirilib 2018-08-31 at the Wayback Machine Gujō City tourism and amusement guide
Xarici keçidlər
- Rəsmi sayt (yap.)
- Rəsmi sayt Arxivləşdirilib 2012-08-05 at the Wayback Machine (ing.)