Grand Theft Auto Online
Grand Theft Auto Online və ya qısaca GTA Online — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış onlayn çoxoyunçulu (çoxnəfərli; multipleyer) döyüş-macəra oyunu. PlayStation 3 və Xbox 360[lower-alpha 1] üçün 1 oktyabr 2013-cü ildə, PlayStation 4 və Xbox One üçün 18 noyabr 2014-cü ildə, Windows üçün 14 aprel 2015-ci ildə, PlayStation 5 və Xbox Series X/S üçün isə 15 mart 2022-ci ildə yayımlanıb. Oyun Grand Theft Auto V-in onlayn komponentidir. Xəyali San-Andreas əyalətində (Cənubi Kaliforniya əsasında) gerçəkləşən Grand Theft Auto Online 30-a qədər oyunçunun iştirak edə bildiyi bir oyundur. Bu istifadəçilərə açıq dünya mühitini araşdırmaq və kooperativ və ya rəqabətli oyun qarşılaşmalarında iştirak etmək imkanı verir.
Grand Theft Auto Online | |
---|---|
Yayımlayanlar | Rockstar Games |
Lokalizatorlar | Rockstar Lincoln |
Seriya | Grand Theft Auto |
Buraxılış tarixləri | 1 oktyabr 2013, 15 mart 2022 |
Janr | döyüş-macəra oyunu, həyat simulyatoru[d] |
Prodüser |
|
Texniki məlumat | |
Platforma | PlayStation 3, Xbox One, PlayStation 4, Xbox 360, Microsoft Windows, PlayStation 5[1] |
Oyun rejimi | çoxnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, rus dili, fransız dili |
Daşıyıcı | rəqəmsal yükləmə[d][2] |
İdarəetmə | geympad, kompüter siçanı, kompüter klaviaturası |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Açıq dünya dizaynı oyunçulara açıq kənd ərazisi və uydurma Los Santos şəhəri (Los-Anceles əsasında) daxil olan San Andreasda sərbəst gəzməyə imkan verir. Oyunçular getdikcə çətinləşən missiyaları başa vurduqca yavaş-yavaş bir imperiya quraraq güclü cinayətkar olmaq üçün səyahətlərində fərdiləşdirilə bilən səssiz qəhrəmana nəzarət edirlər. Tək oyunçu kampaniyasından[lower-alpha 2] həm aylar əvvəl, həm də illər sonra baş tutan "Grand Theft Auto Online" bir çox oyunçunun hekayəni inkişaf etdirmək üçün missiyaları tamamladığı kooperativ (birgə) missiyalardan ibarətdir. Oyunda həmçinin daha təkmil "Soyğunlar" da daxil olmaqla çoxsaylı yan tapşırıqlar, fəaliyyətlər və oyunçuların satın ala və gəlir əldə edə biləcəyi müxtəlif bizneslər var.
Tək oyunçu rejimi ilə birlikdə hazırlanmış "GTA Online" daim inkişaf edən bir dünyada oynamaq üçün ayrıca bir təcrübə kimi hazırlanmışdır. Oyunda istifadəyə verildiyi ilk vaxtlarda missiyaların tamamlana bilməməsi və obraz məlumatlarının itirilməsi ilə nəticələnən geniş yayılmış texniki problemlər oldu. Əvvəllərdə, məxsusən əhatə və açıq geympleyinə dair təriflər ilə istiqamət azlığı və təkrarlanan missiyalar səbəbilə olan tənqidlərlə əlaqədar tənqidçiləri iki qrupa böldü. Müxtəlif oyun nəşrlərindən "Ən Böyük Məyusluq"dan "Ən Yaxşı Multipleyer"ə qədər tam fərqli il sonu mükafatları qazandı. Oyunda tez-tez oyun rejimlərini (modifikasiyalarını) və məzmununu daha da genişləndirən pulsuz yeniləmələr olur. Bu səbəbdən də tənqidçilər tərəfindən müsbət rəylərlə qiymətləndirilir. Məxsusən 2015-ci ildəki "Soyğunlar" yeniləməsi tənqidçilər tərəfindən müsbət qarşılandı.
Qeydlər
İstinadlar
- Purchese R. GTA 5 will launch on PlayStation 5 and Xbox Series X in 2021: Standalone GTA Online free on PS5 for three months. 2020.
- Microsoft Store. 2012.
- "GTA Online for PlayStation 3 and Xbox 360 Will Shut Down on December 16, 2021". Rockstar Newswire. Rockstar Games. June 16, 2021. June 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 17, 2021.
- "GTA Online Details: Game Day Access Info and More". Rockstar Newswire. Rockstar Games. 30 September 2013. April 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2024.
- Rockstar North. Grand Theft Auto Online: Gunrunning. PlayStation 4, Xbox One, Windows. Rockstar Games. June 13, 2017.
Mission: "Mole Hunt"
Agent 14: "Bəli, 2017-ci ildir. Mən də inana bilmirəm buna."