Grand Theft Auto (oyun seriyası)

Grand Theft Auto və ya rəsmi abreviaturu ilə GTA — oyun proqramçıları Deyvid Cons, Mayk Deylli, Den HauzerSem Hauzer, oyun dizayneri Zakeri Klark tərəfindən yaradılan videooyun seriyası. İlk dəfə İngiltərədə Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən nəşr edilmişdir. Oyun seriyasının adı, böyük avtomobil oğurluğu mənasını verən "grand theft auto" ifadəsindən gəlir.

2011-ci ildən bəri istifadə oluan seriya loqosu
JanrlarDöyüş-macəra oyunu
YaradıcılarBöyük Britaniya Rockstar North
Böyük Britaniya Rockstar Leeds
ABŞ Digital Eclipse
Kanada Rockstar Toronto
Nəşrçilər Rockstar Games
MüəlliflərDeyvid Cons
Mayk Deylli
PlatformalarMicrosoft Windows
İlk buraxılışGrand Theft Auto
21 oktyabr 1997
Son buraxılışGrand Theft Auto V
17 sentyabr 2013
Rəsmi vebsaytıRockstar Games

Serialdakı xəyali məkanlar Amerika şəhərlərindən ilham alaraq dizayn edilmişdir. Oyunlar, oyunçuların hekayə boyunca irəliləməsi üçün hərəkət edə biləcəyi, habelə döyüş-macəra, sürücülük, rol oynamaq, yarış elementlərini özündə cəmləşdirən sərbəst dünyaya malikdir. Oyunların başlıca mövzusunda sətiraltı Amerika mədəniyyəti tənqid olunsa da, yetkin təbiəti və şiddət mövzusu ilə bir çox mübahisələrə səbəb olmuşdur. Oyunların ssenarisi cinayət dünyasında fərqli səbəblərdən yüksəlməyə çalışan əsas personajlara yönəldilmişdir. Dəstəkləyici personajlarda isə əsas personaja və ya təşkilatına xəyanət edən və əsas personajın irəliləməsini ləngidən personajlardan ibarətdir.

hal-hazırda on əsas və dörd inkişaf paketindən ibarət olan seriyanın təməli DMA Design tərəfindən 1997-ci ildə qoyulmuşdur. Seriyanın üçüncü oyunu Grand Theft Auto III, seriyaya üç ölçülü qrafika və sərbəst dünyalar gətirmişdir. Sonrakı oyunlar Grand Theft Auto III konsepsiyasında müxtəlif şəkildə inkişaf etdirilərək yaradılmışdır. Maykl Medsen, Rey Liotta, Bort Reynolds, Dennis Hopper, Denni Trejo, Geri Byusi, Samuel Cekson, Kris Penn, Ceyms Uods, Coe Pantoliano, Debi Mazar, Cena Ceymson, Frank Vinsent, Robert Lociya, Riki Cervays, Endi Dik, Debbi Herri, Fill Kollins və Peter Fonda kimi bir çox görkəmli kino və musiqi sənətçiləri tərəfindən obrazlar səsləndirilmişdir. Grand Theft Auto seriyasının dördüncü bölümündə Maykl Hollik, Ceyson Zumuolt və Skott Hill kimi az tanınan aktyorlar yer almışdır.

2018-ci ildə, 280 milyondan çox nüsxə sataraq 9 milyard dollar gəlir gətirmiş və ən bahalı oyun françayzinqləri siyahısında 4-cü yeri tutmuşdur. 2006-cı ildə Grand Theft Auto, BBC və Dizayn Muzeyi tərəfindən təşkil olunan dizayn yarışmasında yer almışdır. 2013-cü ildə The Telegraph qəzeti, Grand Theft Auto oyun seriyasını İngiltərənin ən uğurlu ixracatı olaraq göstərmişdir.

Siyahı

İl Başlıq Yaradıcılar Buraxılışlar Dünya
Konsol Kompüter Əl cihazları Telefonları
Əsas buraxılışlar
1997 Grand Theft Auto DMA Design PS1 GBC 2D
1999 Grand Theft Auto 2
Windows GBC
2001 Grand Theft Auto III
  • iOS
  • Android
  • Fire OS
3D
2002 Grand Theft Auto: Vice City Rockstar North
  • PS2
  • Xbox
  • Windows
  • OS X
  • iOS
  • Android
  • Fire OS
2004 Grand Theft Auto: San Andreas
  • Windows
  • OS X
  • iOS
  • Android
  • WP
  • Fire OS
2008 Grand Theft Auto IV
  • PS3
  • Xbox 360
Windows HD
2013 Grand Theft Auto V
Windows
İnkişaf paketi
1999 Grand Theft Auto: London 1969 Rockstar Canada PS1
  • Windows
  • MS-DOS
2D
1999 Grand Theft Auto: London 1961
  • Windows
  • MS-DOS
2009 Grand Theft Auto IV: The Lost and Damned Rockstar North
  • PS3
  • Xbox 360
Windows HD
2009 Grand Theft Auto: The Ballad of Gay Tony
  • PS3
  • Xbox 360
Windows
Xüsusi buraxılışlar
2004 Grand Theft Auto Advance Digital Eclipse GBA 3D
2005 Grand Theft Auto: Liberty City Stories Rockstar Leeds PS2 PSP
  • iOS
  • Android
  • Fire OS
2006 Grand Theft Auto: Vice City Stories PS2 PSP
2009 Grand Theft Auto: Chinatown Wars
  • PSP
  • DS
  • iOS
  • Android
  • Fire OS
HD
Notes:
1. Originally available on PlayStation 3 as part of the PlayStation 2 Classics line via the PlayStation Network, but later replaced with a HD native release.[1]
2. Originally available on Xbox 360 as part of the Xbox Originals line via the Xbox Live Marketplace, but later replaced with a HD native release.[2]

İstinadlar

  1. Harradence, Michael. "GTA San Andreas for PS3 gets rated for upcoming re-release". psu.com. 16 November 2015. 17 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2015.
  2. Makuch, Eddie. "GTA: San Andreas Re-Release Coming to Xbox 360 [UPDATE]". GameSpot. CBS Interactive. 23 October 2014. 25 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2014.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.