Goranboy
Goranboy (1991-ci ilə qədər Qasım İsmayılov) — Goranboy rayonunun mərkəzi, Goranboy şəhər inzibati ərazi dairəsində şəhər.[2] Azərbaycanın şimal-qərbində yerləşir. 1966-cı ildən şəhər statusuna malikdir. Əhalisi 11 000 nəfərə yaxındır.
![]() |
Bu məqalə Goranboy şəhəri haqqındadır. Goranboy rayonu üçün Goranboy rayonu səhifəsinə baxın. |
Şəhər | |
Goranboy | |
---|---|
![]() | |
40°36′36″ şm. e. 46°47′14″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 156 ± 1 m |
Saat qurşağı | UTCGMT+4 |
Əhalisi | |
Əhalisi | 11000[1] nəfər (2022) |
Sıxlığı | 59 nəf./km² |
Milli tərkibi | azərbaycanlılar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 022 24X XX XX |
Poçt indeksi | AZ2200 |
Nəqliyyat kodu | 22 |
| |
![]() |
Tarixi
Goranboy qədim insanların yaşadığı və məskunlaşdığı məkan olmuşdur. Əsasən, bunu müasir dövrdə aparılan tarixi araşdırmalar, arxeoloji tədqiqatlar da sübut etmişdir. Bundan əlavə müasir dövrümüzə qədər gəlib çatmış materiallar və dəlillər bunu sübut edir. Orta əsrlərdə Gəncə xanlığının tərkibində olmuşdur. Sonradan Goranboyun tarixi adı, sənədlərdə Goranboy-Əhmədli olub. 1938-ci ildə qəsəbənin adı dəyişdirilərək Qasım İsmayılov adlandırılmışdır. 1966-cı ildə bura şəhər statusu verilib. 1991-ci ildə isə şəhərin və rayonun tarixi adı özlərinə qaytarılıb[mənbə göstərin] .
Goranboyun görkəmli şəxsləri
- Vüqar Dəmirbəyli — Yazıçı, jurnalist. Hazırda Almaniyada yaşayır.
- Qatır Məmməd — Gəncə bölgəsində məşhur qaçaq dəstəsinin başçısı.
- İdris Süleymanov. Sovet İttifaqı Qəhrəmanı.
- Aqşin Quliyev (gizir) — Vətən müharibəsi şəhidi
- Arif Süleymanov — Vətən müharibəsi şəhidi
İstinadlar
- "City and towns of Azerbaijan". 2012-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- http://pop-stat.mashke.org/azerbaijan-cities.htm.
