Girov diplomatiyası
Girov diplomatiyası, bəzən girov dəyişmə diplomatiyası — diplomatik məqsədləri üçün girov alınması.[1]
Qədim dünyada girov diplomatiyası siyasətin və hərbin tərkibi hissəsi idi. Siyasi və ya hərbi başçılar bir və ya bir neçə girovu başqa tərəfə ötürməklə öhdəliklərinin yerinə yetirməsində xoş niyyətinin sığortası olaraq istifadə edirdilər. Bu öhdəliklər sülh və ya atəşkəs müqaviləsi ola bilərdi.[2] Müasir dövrdə girov diplomatiyası xariclərin uydurulmuş ittihamlar əsasında həbs olunması yolu ilə tədbiq olunur. Diplomatik girovlar tez-tez sövdələşmə üçün işlənilir.[3] Bağlanan müqavilələrdən başqa, girov diplomatiyasının iqtisadi üstünlükləri ola bilər. Məsələn, Avropa ölkələri öz vətəndaşlarını girovluqdan azad etmək üçün millionlarla pul verib. Eyni zamanda, girov diplomatiyası girov tutan ölkənin yumşaq gücünə zərar verir.[1]
Nümunələr
Çin
Qədim Çinin yaz-payız və döyüşən çarlıqlar dövrlərində girov diplomatiyası hərbi razılaşmaların sığortası üçün işlənilirdi.[4] Məsələn, Şərqi Çjou sülaləsi vassal dövlətləri ilə qarşılıqlı güvəni təmin etmək üçün bir-birinə girov göndərirdi. Bu girovlar jiji (質子 zhìzǐ, yəni "girov oğul") adlanırdı, çünki onlar adətən hakim sülaləsinin oğlan şahzadəsi idi. Han sülaləsi dövründə mərkəzi monarxiya bir tərəfli şəkildə yi (bərbər) dövlətlərdən jiji alırdı.[5]
Bəzi Çin klassik mətnlərdə girov diplomatiyası tənqid olunur. Məsələn, Çjen və Çjou arasında baş verən belə bir olaydan yazan Dzo Çjuan, onu pisləyib.[6]
Araşdırmaçılar 2018-ci ildən Çin tərəfindən girov diplomatiyasının işlədilməsini onun döyüşcü qurd diplomatiyası ilə əlaqəndirir.
2018-ci ilin dekabrında ABŞ-nin müraciətinə görə Huawei şirkətinin baş maliyyə məmuru və Huawei qurucusunun qızı olan Men Vanjou Kanadada həbs olunmuş. Bundan az sonra, KİV-lər tərəfindən "iki Maykl" adlanan Kanadalı Maykl Spavor və Maykl Kovriq Çin Xalq Respublikası tərəfindən həbs olunub. Hər tərəf bunların arasında əlaqə olduğunu inkar etdiyinə baxmıyaraq, bu həbslər və Men Vanjou ilə Mayklların azadlığa buraxılması Çin və Kanada arasında baş verən girov diplomatiyasının nümunəsi sayılır.[1]
ABŞ
Çindən başqa, ABŞ həmçinin öz müttəfiqlərə qarşı girov diplomatiyasını aparır. Məsələn, ABŞ beynəlxalq konqlomeratı General Electric fransız şirkəti Alstrom ilə onun enerji hissəsini almaq üçün danışıqlar aparanda, Alstrom-un meneceri, Frederik Pyeruçi ABŞ-da həbs olunub.[7] O, azadlığa buraxılandan sonra bu əhvalatı haqqında həmmüəlif ilə kitab buraxıb.[8] Bu kitabın əsasında France Inter podkast və radio veriliş buraxıb.[9]
Monqollar
Monqol İmperiyasında Xan nəciblərdən (şahzadələrdən və generallardan) uşaqlar turqaq (girov) alınırdı. Bu uşaqlardan Tuluhua ordusu təşkil olunurdu.[10] Monqol nəciblərinin uşaqlar turqaq-ların böyük hissəsini təşkil edirdi, amma onların arasında həmçinin Koreyalı nəciblərin uşaqları da olurdu. Bu uşaqlar monqol dilini, saray dilini və sarayla bağlı ideologiyanı öyrənirdi.[11] Elxanilər dövləti də generalların oğullarını turqaq alıb, onları mühafizəçilər olaraq işlədirdi.[12]
Yaponiya
Toyotomi Hideyoşi Odavaraya yürüşü zamanı, 1589-cu ildə vasallarına öz həyat yoldaşlarını və uşaqlarını Kiotoya göndərməyə əmr verib. 1597-ci ildə, Koreyaya yürüşü zamanı isə onlar Kiotonun yaxınlarında yerləşən Fuşimi qəsrində yaşamalı olublar. Orada saxlanan girovlar arasında Matsu və əri Maeda Toşiie var idi. Onlar Hideyoşinin oğlu Hideyorinin qəyyumları idilər.
Tokuqava İeyasu ona buraxılmasını tələb etdiyi ilk girov elə Matsu olmuşdu. Tokuqava Şoqunluğu dövründə də bu siyasət 1860-cı illərə qədər davam edirdi. 1860-cı illərdə isə girov sistemi çökməyə başlayıb.[13] Tokuqava İeyasu özü də beş yaşında olanda və adı hələ Matsudaira Takeçiyo olanda, Oda Nobuhide tərəfindən oğurlanıb, girov kimi saxlanılırdı.[14][15]
Osmanlılar
Valaxiya Voyevodası II Vlad oğullarını III Vlad Tsepeşi və III Radunu Osmanlılara girov verib.[12]
Krım xanlığı Osmanlı İmperiyasının himayəsi altına düşəndən sonra, Rusiya İmperiyasının Krım xanlığına son qoymasına qədər, Osmanlılar Krımın hakim Giray sülaləsi ilə "girov siyasəti" (rehin usulü) aparırdı. Bu siyasətin çərçivəsində Krım taxtının qanuni varisi olan, xanın oğulları müntəzəm şəkildə Krımdan İstanbula göndərilirdi. Bunun məqsədi siyasi nəzarət idi.[16] Məsələn, I Dövlət Gəray oğlunu, II Mehmed Gərayın qardaşını II İslam Gərayı rehin (girov) olaraq Osmanlı sarayına göndərib. III Murad taxta çıxandan sonra, II Mehmed Gərayın təsirindən çəkilmək üçün II İslam Gərayı İstanbuldan Konyadaki iqamətgaha göndərilib.[17] II Mehmed Gəray Osmanlıların Səfəvilərə qarşı yürüşə qatılmağa iki xahişindən imtina etdiyinə görə, II İslam Gəray illər sonra İstanbula qaytarılıb və Krım Xanı vəzifəsinə təyin edilib.[18]
İran
Müasir İranın girov diplomatiyasının başlanğıcı İran İnqilabından az sonra baş vermiş İran girov böhranı idi.[19]
Vaxtı ilə Fərid Hüseyn, Şəhriyar del Geraninin (Hacızadə)[20] və s.[21] İranda girov şəkildə saxlanılmış. 2022-ci ildə İran 20-40 nəfər arasında xarici girov saxlayırdı.[22]
Şimali Koreya
Şimali Koreya girov diplomatiyasını ABŞ, Cənubi Koreya, Yaponiya, Malayziya və bir sıra Avropa ölkələrinə qarşı işlədir.[23][24][25] Girovlar tez-tez ölkəyə turist kimi gələn xariclərdir və onlar ya kiçik ittihamlar ya da cəsusluq ittihamı əsasında həbs olunur.[26] Buraxılmasından az sonra həlak olmuş ABŞ vətəndaşı Otto Uormbirin həbsi son illərdə baş vermiş Şimali Koreyanın girov diplomatiyasının ən çox tanınan nümunəsidir.[23][24]
İstinadlar
- "Arxivlənmiş surət". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- Umeå University, SE; Olsson, Stefan. The Hostages of the Northmen: From the Viking Age to the Middle Ages. Stockholm University Press. 16 December 2019. doi:10.16993/bba.a. ISBN 978-91-7635-107-9. 11 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2023.
- Davidson, Helen. "foreign policy 'Tit-for-tat': China's detention of Australian Cheng Lei is ringing alarm bells". The Guardian. 5 September 2020. 3 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 October 2020.
- "美人質談判專家 獲提名任國安顧問". 星島日報. 2019-09-23. 2021-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-21.
- Yang, Lien-sheng. "Hostages in Chinese History". Harvard Journal of Asiatic Studies. JSTOR. 15 (3/4). 1952: 507–521. doi:10.2307/2718238. ISSN 0073-0548. JSTOR 2718238.
- "春秋左氏傳/隱公". Wikisource (çin). January 20, 2006. February 4, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2021.
- Benoît Collombat. "Guerre économique: comment les Etats-Unis font la loi". franceculture.fr (fransız). 2018. 8 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2020.
- Emilie Grangeray. "L'ex-cadre qui relance l'affaire Alstom". Le Monde (fransız). 2019-01-15. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-30.
- "" L'Otage " : France Inter adapte l'affaire Alstom en podcast". Le Monde.fr (fransız). 2020-09-13. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-28.
- 《元史·兵志》:“或取诸侯将校之子弟充军,曰质子军,又曰秃鲁华军。”
- https://dergipark.org.tr/tr/download/article-file/620801 Arxivləşdirilib 2023-07-21 at the Wayback Machine p. 141
- "Arxivlənmiş surət". 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-28.
- "pp. 115-117". 2023-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
- Turnbull, Stephen. Battles of the Samurai. London: Arms and Armour Press. 1987. səh. 35. ISBN 0853688265.
- Screech, Timon (2006). Secret Memoirs of the Shoguns: Isaac Titsingh and Japan, 1779–1822. London: RoutledgeCurzon. ISBN 0-7007-1720-X, pp. 85, 234; n.b., Screech explains
Minamoto-no-Ieyasu was born in Tenbun 11, on the 26th day of the 12th month (1542) and he died in Genna 2, on the 17th day of the 4th month (1616); and thus, his contemporaries would have said that he lived 75 years. In this period, children were considered one year old at birth and became two the following New Year's Day; and all people advanced a year that day, not on their actual birthday.
- "Arxivlənmiş surət". 2020-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-01.
- "Arxivlənmiş surət". 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-31.
- https://dergipark.org.tr/tr/download/article-file/258449 Arxivləşdirilib 2023-07-21 at the Wayback Machine pp.495-496
- Philip, Catherine. "Kylie Moore-Gilbert: Iran uses crises to get what it wants". The Times. 27 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2020.
- "Arxivlənmiş surət". 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-04.
- Staff, Foreign. "Iran's 'hostage diplomacy': All the known detainees with British links". The Daily Telegraph. United Kingdom. 11 September 2019. 17 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2019.
- Bobby Ghosh. "Expect More Hostage Diplomacy From a Desperate Iran". The Washington Post. Washington, D.C. Bloomberg. 2022-07-12. ISSN 0190-8286. OCLC 1330888409.
- Bock Clark, Doug. "The Untold Story of Otto Warmbier an American Hostage". GQ. 23 July 2018. 1 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2019.
- Sang-Hun, Choe. "Otto Warmbier's Death a New Wedge Between U.S. and North Korea". The New York Times. 20 June 2017. 17 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2019.
- "North Korea is holding our citizens hostage, says Malaysia's PM Najib, after tit-for-tat travel bans". South China Morning Post. 7 March 2017. 17 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2019.
- Min-yong, Lee. "Countering North Korea's Hostage Diplomacy". The Diplomat. May 12, 2017. 17 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 December 2019.