Giorgi Meşvildişvili
Giorgi Meşvildişvili (13 may 1992, Tbilisi) — 2012–2018-ci illərdə Gürcüstanı, 2023-cü ildən isə Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]
Giorgi Meşvildişvili | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Giorgi Meşvildişvili |
Vətəndaşlığı |
Gürcüstan → Azərbaycan |
Doğum tarixi | 13 may 1992 (31 yaş) |
Doğum yeri | |
Boyu | 184 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 2004— |
Məşqçisi | Amiran Maysuradze |
Karyerası
Giorgi Meşvildişvili 2012-ci ildə Tailandda baş tutan gənclər arasında Dünya Çempionatını 14-cü pillədə başa vurdu.[2] Həmin il Ermənistanda baş tutan Stepan Sarqsyanın xatirəsinə həsr olunan beynəlxalq turnirdə isə Giorgi Meşvildişvili bürünc medala sahib oldu.[3]
2013-cü ildə Kazan şəhərində (Rusiya) baş tutan Universiada Oyunlarını 8-ci pillədə[4] başa vuran Giorgi Meşvildişvili, 2014-cü ildə Fransada Qızıl Qran-Pri beynəlxalq turnirinin[5] və Rusiyada Dmitri Korinin xatirəsinə həsr olunnan beynəlxalq turnirin qalibi oldu.[6]
Giorgi Meşvildişvili 2015-ci ildə Polşada baş tutan U23 Avropa Çempionatının gümüş medalına[7] sahib olsa da, il ərzində üç beynəlxalq turniri medalsız başa vurdu.[8][9][10]
2016-cı ildə Ermənistanda baş tutan Stepan Sarqsyanın xatirəsinə həsr olunan beynəlxalq turnirinin bürünc medalına[11] sahib olan Giorgi Meşvildişvili, 2017–2018-ci illərdə də nüfuzlu beynəlxalq turnirlərdə, o cümlədən Dünya və Avropa Çempionatlarında mübarizə aparmadı.[12][13][14][15][16][17][18] Həmin illərdə Gürcüstan yığmasının lideri Qeno Petriaşvili idi.
2023-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) Giorgi Meşvildişvilini heyətinə cəlb elədi. Giorgi Meşvildişvilinin 2023-cü ilin fevralında Zaqreb şəhərində (Xorvatiya) Zagreb Open beynəlxalq turnirinin gümüş[19], martda Sofiya şəhərində (Bolqarıstan) D. Kolov — N. Petrov beynəlxalq turnirinin gümüş medalına sahib oldu.[20] Apreldə isə Giorgi Meşvildişvili Avropa Çempionatlarında debüt elədi. Zaqreb şəhərində (Xorvatiya) baş tutan turnirin bürünc medal uğrunda görüşündə İtaliya nümayəndəsi Abraham Konyedoya 8:4 hesabı ilə qalib gələn Giorgi Meşvildişvili Avropa Çempionatının bürünc medalına sahib oldu.[21] İyulda Polşada Poland Open beynəlxalq turnirinin gümüş medalına sahib olan Giorgi Meşvildişvili sentyabrda Belqrad şəhərində baş tutan Dünya Çempionatını 12-ci pillədə başa vurdu.[1]
Nəticələri
Gənclərin Dünya Çempionatı | Tailand | |||
Stepan Sarqsyan Turniri | Ermənistan | |||
Moscow Lights Turniri | Rusiya | |||
Universiada Oyunları | Rusiya | |||
Fransa Qran-Prisi | Fransa | |||
Dmitri Korin Turniri | Rusiya | |||
Taxti Cup | İran | |||
A. Medved Turniri | Belarus | |||
U23 Avropa Çempionatı | Polşa | |||
Əli Əliyev Turniri | Rusiya | |||
Stepan Sarqsyan Turniri | Ermənistan | |||
G. Kartozia — V. Balavadze Turniri | Gürcüstan | |||
Poland Open | Polşa | |||
Stepan Sarqsyan Turniri | Ermənistan | |||
Alaniya Turniri | Rusiya | |||
D. Kunayev Turniri | Qazaxıstan | |||
Kiyev Turniri | Ukrayna | |||
D. Kolov — N. Petrov Turniri | Bolqarıstan | |||
Zagreb Open | Xorvatiya | |||
D. Kolov — N. Petrov Turniri | Bolqarıstan | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Poland Open | Polşa | |||
Dünya Çempionatı | Serbiya |
İstinadlar
- International Wrestling Database. "GIORGI MESHVILDISHVILI". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2022.
- International Wrestling Database. "2012 // World Championship // Juniors // Freestyle // 96 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2012 // Stepan Sargsyan Tournament // Seniors // Freestyle // 120 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2013 // World University Games // Seniors // Freestyle // 120 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2014 // Golden Grand Prix // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2014 // Dmitri Korin Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2015 // European Championship // U23 // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2015 // Tahti Cup // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2015 // Alexander Medved Prizes // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2015 // Ali Aliyev Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2016 // Stepan Sargsyan Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2017 // G. Kartozia & V. Balavadze Price // Seniors // Freestyle // 97 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2017 // Poland Open // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2017 // Stepan Sargsyan Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2017 // Alany Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2017 // International D. A. Kunaev Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2018 // International Kyiv Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2018 // D. Kolov - N. Petrov Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2023 // Zagreb Open // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2023 // D. Kolov - N. Petrov Tournament // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- International Wrestling Database. "2023 // European Championship // Seniors // Freestyle // 125 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.