Gillikdağ

GillikdağNeolit dövrünə aid ilkin yaşayış məntəqəsi Azərbaycanın Göygöl rayonunun cənubunda yerləşir. Hündürlüyü 772 m.[1]

Gillikdağ
ÖlkəAzərbaycan
YerləşməsiGöygöl rayonu
VəziyyətiDövlət tərəfindən qorunur

Tarixi

1930-cu ildə alman əsilli arxeoloq Yakob Qummel Gəncəçayın hövzəsində neolit və tunc dövrünə aid qalıqlar aşkarlayır. Bu tapıntılar Göygöl şəhəri diyarşunaslıq muzeyinə verilmişdir. 1955-ci il növbəti ekspedisiya təşkil edilir. Bu zaman neolit, brünc, ermək dəmir və həm də erkən orta əsrlərə aid materiallar aşkar edilmişdir. Bu arxeoloji materiallara 18 daş alət, 45 daş fraqmenti və 9 daş lövhəsi daxildir.

İstinadlar

  1. Gillikdağ // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.