Gilas

Gilas (lat. Cerasus avium)[1]gavalı cinsinə aid bitki növü.[2]

Gilas
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Yarımfəsilə:
Triba:
Amygdaleae
Cins:
???:
Gilas
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  24770
NCBI  42229
EOL  231737

Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır.

Yabanı gilas

Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, KrımQafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir.

Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir. Qara, sarı-qırmızı və tünd qırmızı rəngdə olur. Dadı acıtəhər və bəzən şirin olur. Şirinlər təzə halda yeyilir, eləcə də ondan kompot, şirə, ekstrakt, mürəbbə və başqa məhsullar hazırlanır. Acı gilaslar isə şərab istehsalı üçün yararlıdır. Çəyirdəyində 30% yağ və 1%-ə qədər efir yağı vardır. Texniki məqsədlər üçün işlədilə bilər. Yarpaqlarında 250 mq% C vitamini vardır. Yabanı gilas külli miqdarda qatran ifraz edir ki, bundan da parçaların boyanmasında istifadə edilir.

Gilas şirəsi qidanın yaxşı həzm olunması üçün tətbiq edilir. Xalq təbabətində qəbz olmağa qarşı da istifadə olunur. Oduncağı bərk, sarı-qırmızı rəngdədir. Gilasın oduncağından xarrat məmulatı, nazik budaqlarından isə qəlyan çubuqları hazırlanır. Gilas balverən və bəzək bitkisi kimi də əhəmiyyətlidir. 1 hektar çiçəkləyən gilas sahəsindən arılar 36–40 kq bal hasil edə bilirlər.

Əhəmiyyəti

Gilas mədə-bağırsaq, sidik yolları xəstəliklərində, həmçinin iştahartırıcı pəhriz qidası kimi çox xeyirlidir. Gilas və albalı meyvələrindən və onların şirəsindən qaraciyər xəstəliklərinə tutulanlara müalicə məqsədilə vermək zəruridir.

Bu meyvələrdən eyni zamanda xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran və maddələr mübadiləsini tənzim edən vasitə kimi də istifadə etmək faydalıdır.

Gilas insan orqanizminə ürək-damar xəstəliklərinin dərmanı kimi təsir edir, eləcə də damarları təmizləyir. Həkimlər bütün yaş təbəqələrindəki insanlar üçün gilasın xeyirli olduğunu bildirir. Gilasların tərkibində qlükozapektin var. Bu da orqanizmdən xolesterini çıxarmağa kömək edir. Gilas əsasən qanazlığı (anemiyadan) və damarların varikoz genişlənməsindən əzab çəkən xəstələr üçün daha xeyirlidir. Çünki onların köməyi ilə orqanizmdə olan artıq maye çıxarılır və damarların divarları bərkiyir.[3]

Həmçinin bax

İstinadlar

İstinad

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. "Gilas damarları bərkidir". 2011-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.