Gilan qızı
Gilan qızı — rejissor Leo Murun 1928-ci ildə ekranlaşdırdığı tammmetrajlı bədii film.
Gilan qızı | |
---|---|
Janr |
dram müharibə |
Rejissor | Leo Mur |
Əsərin müəllifi | Yuri Slyozkin |
Ssenari müəllifləri |
Leo Mur A.V.Bıxovski |
Baş rollarda |
Sidqi Ruhulla — Hacı Zəkidər S.A.Makuxina — Səkinə Lətif Səfərov — Gülgül Georgi Parisaşvili — kiçik xan |
Operator | İvan Frolov |
Rəssam | Aleksandr S.Qonçarski |
İstehsalçı | Azdövlətkinosənaye |
İlk baxış tarixi | 26 fevral 1929 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 72 dəq. |
Ölkələr | SSRİ |
Dil | səssiz (titrlər ruscadır) |
İl | 1928 |
Texniki məlumatlar |
8 hissə 2127,4 metr |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
Məzmun
Filmdə 1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından, qüvvəcə üstün olan şah və ingilis qoşunlarının güclü təzyiqi altında Gilanın faciəli süqutundan bəhs olunur.
Film haqqında
Film Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusu əsasında çəkilmişdir.[1]
Film aktyor Lətif Səfərovun kinoda ilk işidir.
Azərbaycan kinematoqrafı tarixində ilk dəfə bu filmdə qısa montajdan istifadə edilir. Bu da filmə dinamika qatıb.
Film çəkildiyi günlərdə yazıçı Seyid Hüseynin "Gilan qızı" adlı bir hekayəsi çıxmış[2] və az vaxt ərzində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. "Tunc ay" romanı kimi, "Gilan qızı" hekayəsi də eyni mövzuya həsr edilmişdir. Çox güman ki, rejissor hekayənin adını münasib görmüş və öz filmini də "Gilan qızı" adlandırmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Leo Mur
- Ssenari müəllifi: Leo Mur
A.V.Bıxovski - Əsərin müəllifi: Yuri Slyozkin
- Operator: İvan Frolov
- Rəssam: Aleksandr S.Qonçarski
Rollarda
- Sidqi Ruhulla — Hacı Zəkidər
- S.A.Makuxina — Səkinə
- Lətif Səfərov — Gülgül
- Georgi Parisaşvili — kiçik xan
- Ağarza Quliyev — Əli
- Əhsənullah — Əhsənullah
- A.İ.Bəzirganov — Hacı Mübarək
- Z.D.Tsıs — Rəqqasə Maro
- Qasım Zeynalov — Hacıbəy
- A.A.Qlinski — kababxana sahibi
- V.M.Korolyov — Həsən
- Mirseyfəddin Kirmanşahlı
- A.Aleksandrovski
İstinadlar
- Ю. Слезкин. Бронзовая Луна. Изд. "Укрпролетарий", 1926.- стр. 169-189.
- "Gilan qızı". Seyid Hüseyn. Seçilmiş əsərləri, Bakı: Azərnəşr, 1960.- səh. 62-73.
Mənbə
- Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
- “Azərbaycanın kino tarixindən...” ["Kəndlilər", "İsmət", "Gilan qızı", "Fətəli xan" və "Səbuhi" filmləri haqqında] //Kino yenilikləri.- 1968, № 29-30. — səh. 7.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
- "Almaz", "İsmət", "Gilan qızı"... yenidən ekranda. //Kino yenilikləri.- 1970.- 21-30-dək.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20.
- Azərbaycanın ilk erotik filmi (VİDEO)