Gilan ostanı

Gilanİranın şimal-qərbində ostan.

Gilan ostanı

37°16′39″ şm. e. 49°35′20″ ş. u.


Ölkə
İnzibati mərkəz Rəşt
Tarixi və coğrafiyası
Sahəsi
  • 14.042 km²
Əhalisi
Əhalisi
  • 2.530.696 nəf. (2016)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu IR-01
Rəsmi sayt
Gilan ostanı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilak sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu.[2]

Mirzə Kiçik xan

Ərazi

Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km²[3] (İSM-nə görə 14.042 km²)[4]-dir.

Əhali

Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir.[5][6]

Milli tərkib

2021-ci ildə Gilan ostanında əhalinin
ana dilinə əsasən etnik tərkibi[7]
etnik qrup nisbəti
Giləklər
 
60.33%
Talışlar
 
19.88%
Azərbaycanlılar
 
18.32%
Kurmanclarləklər
 
1.13%
Lurlar
 
0.25%

Ostan əhalisinin çoxluğu giləklərdən[8] ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) ,[9] talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir.[10] Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar.

  • Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir. Giləklər ana dil olaraq giləkcə, ikinci dil olaraq farsca danışırlar. Gilək dilinin dialektləri:[11] Qaleşi, Rəşti, Rudbari, Someye Sarayi, Lahıcani, Ləngrudi, Rudsəri, Fuməni. Tarixən Təbəri dili adlandırılmış Mazandaran dili ilə Gilək dili olduqca yaxındır.[11] Anadili və ya ikinci dil olaraq 3,000,000 nəfər gilək dilində danışmaqdadır.[12]
  • Azərbaycanlılar:Azərbaycan vilayətlərindən Talış şəhristanının şəhərlərinə güclü miqrasiya nəticəsində talış və gilək dilləri öz mövqelərini itirərək öz yerlərini türkcəyə verirlər.[12] Azərbaycan türkləri Astara bölgəsi,[13]Məncil, Lövşan,[14] Həviq[15]Çubər, Lisar[16]Həştpər şəhərlərində üstünlük təşkil etməklə, geniş olaraq ostanın başqa bölgələrində də yaşamaqdadırlar.
  • Talışlar: Etnologue[17]-nin verdiyi təxminə görə 1993-cü ilə əsasən Gilanda talış dilində danışanların sayı təxminən 112,000 nəfərdir. DAK-ın yayınladığı məlumatlara əsasən hazırda 2012-ci ildə Gilan ostanında 200,000 nəfər talış əsilli əhali yaşamaqdadır.[18] İran İslam Respublikasının rəsmi dövlət saytlarından biri olan National Portal for Electronic Services of İran-a əsasən İran və Azərbaycan Respublikalarında toplam 500,000 nəfər talış əsilli əhali yaşayır.[19]
  • Kürdlər: Kürd əsilli əhali üç müxtəlif tarixi mərhələdə Gilan ostanında məskunlaşmışdır.[20] Onlardan ilk mərhələdə gələnləri rişvan tayfasına mənsub insanlar təşkil edir.[20] XVII əsrin əvvəllərində 1622–1623-cü illərdə İrak torpaqlarını yenidən tamamiylə Səfəvilər İmperiyasının tərkibinə qaytaran I Şah Abbas tərəfindən Osmanlı tərəfində Səfəvi dövlətinə qarşı savaşmış ancaq müharibədə yenilərək tabe edilmiş və o zaman indiki Ərbil vilayətinin dağlıq bölgələrində yaşayan köçəri kürd tayfalarını Səfəvi dövlətinin ucqar sərhəd bölgələrinə sürgün etdirmişdir. O zaman Ərbil ətrafında yaşayan Rişvan (digər deyilişləri-Reşvan, Reşvand, Raşvand, Rəşvənd və s.) tayfası da Gilan vilayətinə sürgün olunmuşdur. Müəyyən iddialara əsasən Rişvan tayfası türk kökənlidir.[21][22][23] Rişvan tayfasından olan əhali Siyahkəl şəhristanının Deyləman bəxşində, Rudbar şəhristanının Amarlu (əslində Ömərli) bəxşində, Rudbar şəhristanının Rəhmətabad və Blukat bəxşində yaşamaqdadırlar.[20] 2-ci mərhələdə gələnləri Nadir şah (1736–1747) hakimiyyəti dövründə Xorasanın Quçan bölgəsindən buraya köçürmüşdür, onlar isə Rudbare Zeytun bölgəsində bəzi kəndlərdə yaşayırlar. 3-cü mərhələdə gələnlərin isə burada məskunlaşması XX əsrin əvvələrinə təsadüf edir. Bu mərhələdə gələnlər Kirmanşah ostanı ərazisindən buraya Ruslara qarşı mübarizədə istifadə edilmək üçün yerləşdirilmişdilər, onlar az saylıdırlar və hazırda Siyahkəl şəhristanının kənd əraziləri qismən bu kürdlərlə məskunlaşdırılmışdır.[20]
Gilan ostanı
Bölgə (Şəhristan)Əhalisi (2006 s.a.)Ərazisi (km²)Etnik çoxluqDigər millətlər
Astara79,416[24]432[25]Azərbaycanlılar[25][26]Talış[25]
Talış179,499[24]291,9[27]Talış[27][27], Azərbaycanlı[12][28]Gilək[12]
Rizvanşəhr64,193[24]783,5[29]Talış[29], Azərbaycanlı[29]Gilək[30]
Masal47,648[24]633[31]Talış[31][32]Gilək
Sövməə Sara129,628[33]572,9[34]Gilək, Talış[34]Azərbaycanlı, Kurmanc[35]
Bəndər Ənzəli130,851[24]304,7[36]Gilək[26][37]Azərbaycanlılar[37]
Fumən96,788[24]777,9[38]Gilək[39][40]Azərbaycanlı, Kurmanc[41]
Rəşt847,680[24]127,2[42]Gilək[42]Azərbaycanlılar[26], Fars[42], Erməni[42]
Şəft63,375[24]586,9[43]Gilək[44]Talış[44]
Astaneyi-Əşrəfiyyə107,801[24]42,8[45]Gilək[45]məlumat yoxdur
Rudbar101,884[24]237,2[46]Tat[26][46][47][48]Azərbaycanlı[46][49]Talış[46], Kurmanc[26][46] Gilək[46]
Siyahkəl46,991[24]1088[50]Gilək[50]Kurmanc[20]
Əmləş46,108[24]410[51]Gilək[52]məlumat yoxdur
Lahican161,491[24]436,7[53]Gilək[53]məlumat yoxdur
Ləngərud133,133[24]438[54]Gilək[54]məlumat yoxdur
Rudsər144,576[24]1331,1[55]Gilək[55]məlumat yoxdur

İstinadlar

  1. جمعیت به تفکیک تقسیمات کشوری (fars.). 1965.
  2. Atabaki, Touraj. Iran in the 20th Century: Historiography and Political Culture. I.B.Tauris. 2009. səh. 63. ISBN 978-0857731876. Leaders of regional movements like Ra'is Ali Dilvari, Mirza Kuchik Khan, Muhammad Khiyabani and others or revered politically active intellectuals such as Mirza Hassan Khan Pir Nia Mushir al-Dawlah or Hassan Mudarris have become unquestioned national heroes (...)
  3. World Gazetteer :Divisions administratives of İran Arxivləşdirilib 2012-04-17 at the Wayback Machine
  4. (Farsca:پورتال — مرکز آمار ایران) Portal — Statistical Center of Iran (Markaz-e Amar-e Iran) :گیلان Arxivləşdirilib 2012-07-05 at the Wayback Machine
  5. İranın amar mərkəzi Arxivləşdirilib 2012-11-15 at the Wayback Machine 2006-inci il
  6. Statoids.com :Provinces of Iran Arxivləşdirilib 2016-12-27 at the Wayback Machine
  7. http://iranatlas.net/index.html?module=module.language-distribution.gilan_heritage
  8. Majzooban.org :A Paradise : Gilan , North of Iran Arxivləşdirilib 2014-04-01 at the Wayback Machine:…The majority of the population speaks Gilaki as their first language while many children, particularly in the cities, tend to use Standard Persian amongst themselves. Gilan has some Azerbaijani-speaking people in Astara and Manjil. The northern part of the province is inhabited by Talesh people. The Kurdish language is used by some Kurds who have moved from Arbil to the Amarlu region. The language of Rudbar is Tati. Gilanis call themselves gilamard, which is a combination of 'Gil' and 'Amard.'
  9. "azenglishnews". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  10. Science Alert :Factors Affecting the Success of Fisheries Co-Management as Perceived by Guilan`s Fishermen Arxivləşdirilib 2012-01-18 at the Wayback Machine
  11. Ethnologue report for language code :glk Arxivləşdirilib 2012-12-11 at the Wayback Machine
  12. Encyclopædia Iranica: Donald Stilo :GĪLĀN x. LANGUAGES Arxivləşdirilib 2021-02-22 at the Wayback Machine--Originally Published: December 15, 2001
  13. "Astara bölgəsinin icra hakimiyyəti". 2019-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  14. "İranica". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  15. "abadis". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  16. "Arxivlənmiş surət". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-01.
  17. Etnologue report for language code :tly Arxivləşdirilib 2011-06-28 at the Wayback Machine
  18. Dünya Azərbaycanlıları Konqresi (DAK): GAMOH Umumi Əlaqələr Məsulu Məmməd GOLAN :İranda yaşayan Azərbaycanlı ve digər Türklərin sayı---yayınlanma tarixi: 07.01.2012
  19. National Portal for Electronic Services of İran (farsca: درگاه ملی خدمات الکترونیکی ایران): About İran :People
  20. Encyclopædia Iranica: Christian Bromberger :GILĀN xiv. Ethnic Groups Arxivləşdirilib 2013-10-16 at the Wayback Machine--Originally Published: November 12, 2010
  21. Kahta ilçesi Adıyaman ili , Nemrut ve Menzil hakkında her şey — Kahtanet.com :Rişvan aşiretinin kökeni Kürt değil, Türk Arxivləşdirilib 2012-11-10 at the Wayback Machine
  22. Gurmanc ve Kürtlerin Kökeni — Gurmanc.com :Rişvan (Reşvanlılar, Reşi, Rışan, Rışi), Aşiretinin Kökenleri Arxivləşdirilib 2012-10-31 at the Wayback Machine
  23. Kalemler ve Kılıçlar :Kürtleşen Türk boyları
  24. World Gazetteer :Gīlān: Administrative Divisions (population and area)
  25. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Astara (county) Arxivləşdirilib 2013-11-27 at the Wayback Machine
  26. Guilan İnformation : People and culture Arxivləşdirilib 2013-06-02 at the Wayback Machine:…themselves and also guilan has large Azeri speaking population in the city,s like Anzali, Astara, Rasht, Masouleh .
  27. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Talesh (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  28. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  29. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Rezvanshahr (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  30. İran Radio Culture (İRİB — English Radio)-Department in Guilan :شهر رضوانشهر Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine
  31. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Masal (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  32. Encyclopædia Iranica :MĀSĀL Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine
  33. "Census of the Islamic Republic of Iran, 1385 (2006)" (Excel)
  34. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Somesara (county) Arxivləşdirilib 2012-06-22 at the Wayback Machine
  35. "Guilan.fa". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  36. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Anzali (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  37. Encyclopædia Iranica :ANZALĪ Arxivləşdirilib 2012-05-17 at the Wayback Machine
  38. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Fouman (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  39. وبسایت ادبیات گیلکی، مسعود پورهادی
  40. Encyclopædia Iranica :FŪMAN Arxivləşdirilib 2021-11-19 at the Wayback Machine, Talış
  41. "gsi.ir". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-01.
  42. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Rasht (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  43. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Shaft (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  44. Encyclopædia Iranica :ŠAFT Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine
  45. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Astaneh Ashrafiyeh (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  46. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Roudbar (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  47. "تا یک شاعر با یک زبانی صحبت می‌کند آن زبان نمی‌میرد". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
  48. زبان تاتی (توصیف گویش تاتی رودبار)، دکتر جهاندوست سبزعلیپور.
  49. Iran Review :Iran's Heritage : A Paradise, Gilan North of Iran Arxivləşdirilib 2012-04-26 at the Wayback Machine:…Compiled By Deputy Editor of Iran Review-Firouzeh Mirrazavi
  50. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Siyahkal (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  51. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Amlash (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  52. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
  53. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Lahijan (county) Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine
  54. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Langroud (county) Arxivləşdirilib 2012-05-02 at the Wayback Machine
  55. Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Roudsar (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.