Giləzi

GiləziAzərbaycanın Xızı rayonunda qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Giləzi kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Giləzi kənd Soveti ləğv edilərək, Giləzi şəhər tipli qəsəbəsi mərkəz olmaqla Giləzi qəsəbə Soveti yaradılmışdır.[1]

Giləzi
40°52′04″ şm. e. 49°20′26″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 5 m
Saat qurşağı
Giləzi xəritədə
Giləzi
Giləzi

Toponimikası

Əsl adının Gilyazı olduğu göstərilir. Tədqiqatçıların fikrincə, oykonim gil və yazı (düzən) sözlərindən düzəlib, "gil torpaqlı düzən" mənasındadır. XIV əsrdə Barmaq dağının yaxınlığında Giləzi adlı yer olduğu göstərilir. 1870-ci ildə kəndin yerində poçt məntəqəsi (çaparxana) vardı. Sonralar poçt məntəqəsi dəmir yolu stansiyasına, daha sonralar isə yaşayış məntəqəsinə çevrilmışdir. Oykonimi "gil çölü, gil düzü" kimi də izah etmək olar. Kəndin yaranmasında Gərmiyan, Upa, Xəl, Gədi kimi hal-hazırda yaşayış olmayan kəndlərin əhalisinin böyük rolu var.[2]

Coğrafiyası və iqlimi

Qəsəbə Bakı şəhərindən 73 km şimalda, Xızı rayonun mərkəzindən 30 km aralıda, Böyük Qafqaz dağları ilə Xəzər dənizi arsında, düzənlikdə yerləşir. İqlimi yayı quraq keçən yarımsəhra quru çöl iqlim tipidir. Yağışlar əsasən oktyabr-aprel ayları arasında düşür. Yaxınlığında yay aylarında quruyan Tıxlı çayı keçir. İlin böyük bir əksəriyyətində xəzri və gilavar adlanan küləklər əsir.

Əhalisi

Əhalinin sayı 2011-ci il statistikasına görə 3500 nəfərdən çoxdur.

İqtisadiyyatı

Qəsəbədə Giləzi yem zavodu, Giləzi Kərpic Zavodu və Asfalt zavod fəaliyyət göstərir. Bundan başqa əhali əsasən heyvandarlıq və kiçik ticarətlə məşğul olur.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.