Giləmeyvəli qaraçöhrə
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür.
Giləmeyvəli qaraçöhrə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Gymnosperms Şöbə: Pinophyta Sinif: Yarımsinif: Cupressidae Dəstə: Fəsilə: Cins: ???: Giləmeyvəli qaraçöhrə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ümumi yayılması
Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır.
Azərbaycanda yayılması
Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir.
Bitdiyi yer
Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir.
Təbii ehtiyati
Azərbaycanda arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri
Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir. Saplaqların uzunluğu 1–2 mm-dir. Bitkinin cavan zoğları yaşıl rəngdə və elastikdir. İynəyarpaqları 1,0-2,5 sm uzunluğunda olub, tünd yaşıl rəngdə, ucu sivri və alt hissəsində stoma zolağı yoxdur. Yarpağın üst tərəfi tünd, alt tərəfi isə solğun yaşıl rəngdədir. Yarpaq saplaqları qısadır. Giləmeyvəli qaraçöhrə sıx çətirli, həmişəyaşıl iynəyarpaqlı, ikievli ağac və ya koldur. Azərbaycanda xalq arasında bu bitkiyə Avropa qaraçöhrəsi, "çürüməyən ağac" və ya "qırmızı ağac" da deyilir.
Bitkinin cavan yaşlarında gövdəsinin qabığı nazik, qırmızımtıl-boz, hamar olur, yaşlaşdıqca qalınlaşıb və üzərində çatlar əmələ gəlir. Erkək hamaşçiçəklərin uzunluğu 5 mm-ə qədər olub, kürəvaridir. Toxumları 6–8 mm uzunluqda, 4–5 mm enində qırmızı, şirəli, giləşəkilli, yumurtaşəkillidir, təpə hissəsi sivridir, lətli qatla örtülür. Yetişmiş toxumları qaidə hissəsində lətli, şirin, qırmızı rəngli toxumaltı əmələ gəlir. Toxumlarının üstü qırmızı şirəli giləyəbənzər lətli qatla örtülür. Buna görə də həmin növ giləmeyvəli qaraçöhrə adlanır.
Bitmə və iqlim şəraitindən asılı olaraq aprel-may aylarında tozlanır, meyvələri oktyabr ayında yetişir.
Bioloji, ekoloji və fitosenolojixüsusiyyətləri:
Mart-aprel aylarında, yuxarı dağ qurşaqlarında bəzən mayda tozlanır. Toxumları elə həmin il avqust-sentyabr aylarında (bəzən oktyabr ayında) yetişir. Toxumla, qələmlərlə, basdırmaqla və calaq edilməklə çoxaldılır; kötüyündən pöhrə verir və bu xüsussiyyətini qocalana qədər mühafizə edir. Tozlanması entomofildr. Toxumları quşlar və gəmirici heyvanlar tərəfindən yayılır. Mezofitdir, havanın rütubətliyinə tələbkardıt. Kölgəyə, şaxtaya və küləyə davamlıdır. Torpağa qarşı çox tələbkardır, çürüntüsü çox olan təzə, qalın əhəngli torpaqlarda daha çox yayılmışdır. Aşağı dağ qurşağından yuxarı dağ qurşağınadək, dəniz səviyyəsindən 1900 m-ə qədər yüksəkliklərdə bitir. Adətən enliyarpaqlı meşələrdə tək—tək və quruplarla dağınıq halda yayılaraq, ikinci və ya üçüncü mərtəbə əmlə gətirir. Fıstıq meşələrinin bəzi tiplərində (Fagetum taxosum) kol şəklini alır və meşəaltı bitki rolunu oynayır. Çox az hallarda edifikator olur (qaraçöhrə - fıstıq meşəliyi). Göbələk xəstəliklərinə qarşı davamlıdır, köklərində endotrof mikoriza əmələ gəlir.
Təbii ehtiyatın dəyişilməsi səbəbləri
Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
Mədəni şəraitdə Nəbatat bağlarında və parklarda becərilir.
Qəbul edilmiş qoruma tədbirləri
Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.
Zəruri qoruma tədbirləri
Yeni yasaqlıqların yaradılması vacibdir.
- Cephalotaxus adpressa Beissn.
- Cephalotaxus brevifolia Beissn.
- Cephalotaxus tardiva Siebold ex Endl.
- Taxus adpressa Carrière
- Taxus aurea K.Koch
- Taxus baccata var. adpressa-aurea A.Henry
- Taxus baccata f. aurea (J.Nelson) Pilg.
- Taxus baccata var. cavendishii Hornibr.
- Taxus baccata var. dovastoniana Leight.
- Taxus baccata f. dovastoniana (Leight.) Rehder
- Taxus baccata var. dovastonii-aurea Sénécl.
- Taxus baccata var. dovastonii-aureovariegata Beissn.
- Taxus baccata var. dovastonii-variegata Gordon
- Taxus baccata var. elegantissima C.Lawson
- Taxus baccata f. elegantissima (C.Lawson) Beissn.
- Taxus baccata var. erecta Loudon
- Taxus baccata f. erecta (Loudon) Pilg.
- Taxus baccata f. ericoides (Carrière) Pilg.
- Taxus baccata f. expansa (Carrière) Rehder
- Taxus baccata var. glauca Jacques ex Carrière
- Taxus baccata f. glauca (Jacques ex Carrière) Beissn.
- Taxus baccata f. linearis (Carrière) Pilg.
- Taxus baccata var. lutea Endl.
- Taxus baccata f. lutea Rehder
- Taxus baccata var. macrocarpa Lavallée
- Taxus baccata f. pendula (J.Nelson) Pilg.
- Taxus baccata f. pendula-graciosa (Overeynder) Beissn.
- Taxus baccata var. pendula-overeynderi Fitschen
- Taxus baccata var. prostrata Bean
- Taxus baccata var. pyramidalis C.Lawson
- Taxus baccata f. pyramidalis (C.Lawson) Beissn.
- Taxus baccata f. repandens (Parsons) Rehder
- Taxus baccata f. semperaurea (Dallim.) Rehder
- Taxus baccata f. stricta (C.Lawson) Rehder
- Taxus baccata var. variegata Weston
- Taxus baccata f. variegata (Weston) Rehder
- Taxus baccata f. xanthocarpa Kuntze
- Taxus baccifera Theophr. ex Bubani
- Taxus columnaris K.Koch
- Taxus communis J.Nelson [Illegitimate]
- Taxus communis var. pyramidalis (hort. ex Ravenscr., C. Lawson & et al.) Nelson
- Taxus disticha Wender. ex Henkel & Hochst. [Invalid]
- Taxus dovastonii Carrière [Invalid]
- Taxus elegantissima Carrière [Invalid]
- Taxus elvastonensis Beissn.
- Taxus empetrifolia Gordon [Invalid]
- Taxus erecta Carrière [Invalid]
- Taxus ericoides Carrière [Invalid]
- Taxus expansa K.Koch
- Taxus fastigiata Lindl.
- Taxus foxii Carrière [Invalid]
- Taxus hibernica Hook. ex Loudon [Invalid]
- Taxus horizontalis Carrière [Invalid]
- Taxus imperialis Gordon [Invalid]
- Taxus jacksonii K.Koch
- Taxus lugubris Salisb. [Illegitimate]
- Taxus marginata Carrière [Invalid]
- Taxus michelii Carrière [Invalid]
- Taxus microphylla Gordon [Invalid]
- Taxus mitchellii Carrière [Invalid]
- Taxus monstrosa Gordon [Invalid]
- Taxus nana Parl. [Invalid]
- Taxus parvifolia Wender.
- Taxus pectinata Gilib. [Invalid]
- Taxus pendula Carrière [Invalid]
- Taxus pyramidalis Carrière [Invalid]
- Taxus pyramidalis (hort. ex Ravenscr., C. Lawson & et al.) Severin
- Taxus recurvata C.Lawson
- Taxus sparsifolia Loudon [Invalid]
- Taxus tardiva (Siebold ex Endl.) C.Lawson
- Taxus variegata Carrière [Invalid]
- Taxus virgata Wall. ex Gordon [Invalid]
- Verataxus adpressa (Carrière) Carrière
İstinadlar
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
- http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
- Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1040.