Gigantomani

Gigantomani (yun. γίγας gigas, "nəhəng" və μανία mania, "dəlilik") — qeyri-adi və ya böyük ölçüdə işlərin, tikililərin, binaların, abidələrin istehsalını təsvir etmək üçün istifadə edilən termindir.

Gigantomani anlayışı

Gigantomaniya yunanca "nəhəng" və "çılğınlıq" sözlərinin birləşməsindən yaranan qeyri-adi və ya böyük ölçüdə işlərin, tikililərin, binaların, abidələrin istehsalını təsvir etmək üçün istifadə edilən termindir.

Gigantomani müdafiəçilərinə görə, tarixi hadisələri təsvir etmək və ya gələcək nəsillərə çatdırmaq lazımdır, lakin tənqidçilərə görə, bu, gərəksiz bir güc nümayişidir. Gigantomani müxtəlif dərəcədə Sovet İttifaqı, Nasist Almaniyası, İtaliya Sosial Respublikası, Çin Xalq Respublikası və Koreya Xalq Demokratik Respublikası kimi totalitar rejimlərin siyasi və mədəni həyatının bir hissəsi olmuşdur.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.