Gicgah sümüyü
Gicgah sümüyü (lat. os temporale) — kəllənin beyin şöbəsinə aid cüt sümüklərdəndir. Kələ əsasının və yan divarlarının təşkilində iştirak edir. Onda eşitmə mə müvazinət üzvüləri, daxili yuxu arteriyası, "S"-bənzər cibin bir hissəsi, dəhliz-ilbiz siniri və üz siniri, üçlü sinirin düyünü, azan sinirinin şaxələri və dil-udlaq siniri yerləşir.
Gicgah sümüyü | |
---|---|
Bitişir | |
Vikianbarda əlaqəli mediafayllar |
Gicgah sümüyü üç hissədən ibarətdir; bunlar xarici qulaq dəliyini — lat. porus acusticus externus əhatə etmişdir. Bu dəlik öz növbəsində xarici qulaq keçəcəyinə — lat. meatus acusticus externus açılır. Xarici qulaq dəliyindən yuxarı və ön tərəfə pullu hissə və ya gicgah pulu — lat. pars squamosa (sqama temporalis — BNA), ön və aşağı tərəfdə təbil hissə — lat. pars tympanica və içəri tərəfdə daşlıq hissə — lat. pars petrosa (pyramis — BNA) yerləşmişdir.
Tikişləri
Pullu hissə
Pullu hissənin daxili beyin səthi — lat. facies cerebralis və xarici gicgah səthi — lat. facies temporalis vardır. Beyin səthində — lat. impressiones digitatae, juga cerebralia et sulci venosi et arteriasi adlı beyin səthinə müvafiq barmağabənzər basırıq və vena və arteriyalara məxsus sırım gözə çarpır. Gicgah səthi hamardır və arxasında şaquli istiqamətdə gedən orta gicgah arteriyasına məxsus şırım — lat. silcus arteriae temporalis mediae vardır. Pullu hissədən önə doğru iki köklü almacıq çıxıntı — lat. processus zygomaticus ayrılır. Bundan arxaya və yuxarıza doğru gicgah xətti — lat. linae temporalis gedir və təpə sümüyünün aşağı gicgah xətti ilə birləşir. Almacıq çıxıntı kökləri arasında çənə ilə calanmaya məxsus çuxur — lat. fossa mandibularis vardır. Bu çuxurdan önə, almacıq çıxıntının ön kökü üzərində oynaq qabarcığı — lat. tuberculum articulare olur.
Təbil hissə
Təbil hissə xarici qulaq dəliyinin aşağı və ön tərəfini əhatə etmişdir. Bunun yuxarı səthində xarici qulaq keçəcəyinin dibində qulaq pərdəsinə məxsus şırım —lat. sulcus tympanica vardır. Təbil hissənin xarici kənarı qövs şəklində olub ön ucu kiçik təbil tini — lat. spina tympanica minor adlanır. Xarici qulaq dəliyinin üstündə kiçik çıxıntı — lat. spina suprameatum vardır.
Daşlıq hissə
Daşlıq hissə üçüzlü piramidaya bənzəyir. Bunun zirvəsi — lat. apex ön və içəri tərəfə baxır, əsası dal və bayır tərəfdə məməyəbənzər çıxıntı — lat. processus mastoideus adlanan hissəyə keçir. Bu çıxıntının içəri səthində oyma — lat. incisura mastoidea vardır. Bu oymadan içəri ənsə arteriyasına məxsus şərəm — lat. sulcus arteriae occipitalis keçir. Məməyəbənzər çıxıntının daxili səthində venoz cibə məxsus "S"-ə bənzər cib şırımı — lat. sulcus sinus sigmoidei (sulcus sigmoideus — BNA) vardır. Bu şırımım üzərinə müxtəlif böyüklükdə lat. foramen mastoideum adlanan dəlik açılır. Çox vaxt həmin dəlik ənsə-məməyəbənzər tikiş — lat. sutura accipitomastoidea üzərində yerləşir. Məməyəbənzər çıxıntı daxilində hava ilə dolu hüceyrələr — lat. cellulae mastoideae vardır. Məməyəbənzər çıxıntının dal kənarı — lat. margo occipitalis ənsə sümüyü ilə birləşərək yuxarıda qeyd olunan tikişi əmələ gətirir. Daşlıq hissənin üç səthi vardır: ön səthi — lat. facies anterior, dal səthi — lat. facies posterior və aşağı səthi — lat. facies inferior və üç kənarı vardır: yuxarı kənarı — lat. margo superior (angulus superior — BNA), dal kənarı — lat. margo posterior (angulus posterior — BNA) və ön kənarı — lat. margo anterior (angulus anterior — BNA) vardır.
Ön səthi
Ön səthində zirvəyə yaxın üçlü sinirin qanqlionuna məxsus basıqlıq (lat. impressio trigemini) və bundan dala və bayır tərəfə böyük daşlıq siniri kanalı deşiyi — lat. hiatus kanalis nervi petrosi majoris (hiatus kanalis facialis — BNA) yerləşmişdir. Həmin deşikdən önə doğru böyük daşlıq siniri şırımı — lat. sulcus nervi petrosi majoris (sulcus nervi petrosi superficialis majoris — BNA) gedir. Bu şırımdan bayır tərəfə kiçik daşlıq siniri şırımı — lat. sulcus nervi petrosi minoris (sulcus nervi petrosi superficialis minoris — BNA) yerləşmişdir. Kiçik daşlıq siniri şırımının arxa ucu kiçik daşlıq siniri kanalı deşiyinə — lat. hiatus canalis nervi petrosi minoris (apertura superior canaliculis tympanici - BNA) keçir. Daşlıq hissənin yuxarı səthinin ortasında hündürlük — lat. eminentia arcuata vardır. Bu hündürlükdən bayır tərəfə nazik səfhə təbil boşluğunun (orta qulağın) damını — lat. tegmen tympani təşkil edir. Pullu hissə ilə daşlıq hissə arasında lat. canalis musculotubaris adlanan kanal keçir. Bu kanal bir arakəsmə lat. septum canalis musculotubarii vasitəsilə iki yarım kanala bölünür: yuxarıda qulaq pərdəsini gərginləşdirən əzələ yarım kanalı — lat. semikanalis musculi tensoris tympani və aşağıda eşitmə borusu yarım kanalı — lat. semicanalis tubae auditivae. Daşlıq hissənin dal səthini ön səthindən ayıran yuxarı kənar üzərində yuxu daşlıq cib şırımı — lat. sulcus sinus petrosi superioris (sulcus petrosus superior — BNA) və həmin səthi aşağı səthdən ayıran dal kənar üzərində aşağı daşlıq cib şırımı — lat. sulcus sinus petrosi inferioris (sulcus petrosus inferior — BNA) vardır.
Arxa səthi
Arxa səthin ortasında daxili qulaq keçəcəyi — lat. meatus acustucus internus ilə birləşən daxili qulaq dəliyi — lat. porus acusticus internus vardı. Daxili qulaq keçəcəyinin dibindən uz kanalı — lat. canalis fascialis başlanır. Daxili qulaq dəliyindən arxa və yuxarıda beynin sərt qişası çıxıntılarına məxsus lat. fossa subarcuata adlanan çuxur yerləşmişdir. Uşaqlarda bu çuxur çox geniş olur. daxili qulaq dəliyindən arxa və aşağıda bir dəlik — dəhliz su kəmərinin xarici dəliyi — lat. apertura externa aquaeductus vestibuli vardır. Bu dəliyin önündə daşlıq hissəsnin dal kənarında ilbiz kanalcığının xarici dəliyi — lat. apertura externa canaliculi cochleae vardır.
Aşağı səthi
Aşağı səthi qabarıqlı olub arxa tərəfində biz çıxıntı — lat. processus styloideus vardır. Həmin çıxıntı təbil hissənin biz çıxıntı yatağı — lat. vagina processus syloidei adlanan səfhəsi ilə örtülü olur. Biz çıxıntıdan arxaya — lat. foramen sylomastoideum adlanan dəlik vardır. Bu dəlikdən üz siniri xaric olur. Yuxarıda göstərilən dəlik və çıxıntıdan qabaq tərəfə vidaci çuxur — lat. fossa jugularis vardır. Bunundibində məməyəbənzər kanalcıq — lat. canaliculus mastoideus kiçik bir dəlik vasitəsilə başlayır.
Daşlıq hissənindal kənarında vidaci oyma — lat. incisura jugularis və vidacidaxili çıxıntı — lat. processus intrajugularis vardır. Vidaci oyma ənsə sümüyündə olan eyni adlı oyma ilə birləşərək vidaci dəliyi — lat. foramen jugulare əmələ gətirir. Vidaci çuxurdan bayır tərəfdə yuxu kanalının xarici dəliyi — lat. fotamen caroticum externum yerləşmişdir. Daşlıq hissənin aşağı səthində yuxu kanalının xarici dəliyi, vidaci çuxur və ilbiz kanalcığının xarici dəliyi yerləşmişdir. Daşlıq hissənin zirvəsində yuxu kanalının daxili dəliyi — lat. fotamen caroticum internum (BNA) olur.
Gicgah sümüyünün yarıqları
Gicgah sümüyün hissələri arasında yarıqlar vardır: pullu hissə ilə daşlıq hissə arasında daşlıq-pullu yarıq — lat. fissura petrosquamosa, daşlıq hissə ilə təbil hissə arasında daşlıq-təbil yarığı — lat. fissura petrotympanica (fissura petrotympanica Glaseri — BNA), təbil hissə ilə məməyəbənzər hissə arasında təbil-məməyəbənzər yarıq — lat. fissura tympanomastoidea və təbil hissə ilə pullu hissə arasında təbil-pullu yarıq — lat. fissura tympanosquamosa vardır.
Gicgah sümüyü kanalları
Gicgah sümüyündə bir neçə kanallar vardır.
Üz kanalı
Daxili qulaq keçəcəyinin dibindən orada olan köndələn daraqdan yuxarı üz kanalı — lat. canalis facialis (canalis facialis Falloppii — BNA) başlayır və daşlıq hissənin yuxarı səthinin altı ilə içəri tərəfdən bayıra doğru gedir, sonra geriyə dönür və üz kanalının dizini — lat. geniculum canalis facialis əmələ gətirir. Bir qədər geriyə doğru gedərək, şaquli istiqamət alır və aşağıya doğru enir, burada ikinci diz təşkil edərək daşlıq hissənin aşağı səthində olan biz-məməyəbənzər dəlikdə qurtarır. Üz kanalının çıxacağından bir az yuxarı təbil telinə məxsus lat. canaliculus chordae tympani adlanan kanalçıq başlanır. Bu kanalcıq təbil boşluğundan keçərək daşlı-təbil yarığında — lat. fissura petrotympanica tamam olur. Təbil teli kanalcığından yuxarı üz kanalı məməyəbənzər kanalciq — lat. canaliculus mastoideus ilə çarpazlaşır; məməyəbənzər kanalcıq daşlıq hissənin aşağı səthində olan vidaci çuxurdan başlayaraq təbil-məməyəbənzər yarığında qurtarır.
Təbil kanalcığı
Təbil kanalcığı — lat. canaliculus tympanicus daşlıq hissənin aşağı səthində olan daşlıq çuxurcuğundan başlayıb təbil boşluğuna keçir və daşlıq hissənin yuxarı səthində tamam olur.
Yuxu kanalı
Yuxu kanalı — lat. canalis caroticus ən geniş kanallardan olub, daşlıq hissənin aşağı səthində xarici yuxu dəliyi — lat. foramen caroticum externum vasitəsilə başlayır, yuxarıya doğru gedir və daşlıq hissənin zirvəsində daxili yuxu dəliyi — lat. foramen caroticum internum vasitəsilə kəllə boşluğuna açılır. Yuxu kanalının divarında yuxu-təbili kanalcıqları — lat. canaliculi caroticotympanici başlayaraq, təbil boşluğuna açılır.
Gicgah sümüyünün məməyəbənzər çıxıntısı yeni anadan olmuş uşaqlarda çox az inkişaf etmiş olur: xarici qulaq keçəcəyi əvəzində təbil pərdəsinə məxsus halqa — lat. anulus tympanicus (annulus tympanicus — BNA) vardır.