Gicduvan

Gicduvan (özb. Gʻijduvon) — Özbəkistanın Buxara vilayətində şəhər.

Gicduvan
40°06′ şm. e. 64°40′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 256 m, 261 m
Əhalisi
Əhalisi
  • 30.486 nəf. (1989)[2]
Gicduvan xəritədə
Gicduvan
Gicduvan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi

2010-cu ilin məlumatlarına görə Gicduvanda 44.289 nəfər yaşamaqda imiş.[3]

Milli tərkibi

Gicduvanda yerli Özbəklər üstünlük təşkil etsə də burada az sayda TaciklərRuslar da yaşayır.

İqtisadiyyat

Gicduvanın ən tanınmış əl işlərindən saxsı qablar

Gicduvan, Özbəkistanın Zərəfşan çayı çökəkliyi ilə Şimali kanalı arasında suvarılan pambıq əkin yerlərində yerləşir. Qəsəbədə bölgədəki əkinçilər tərəfindən yetişdirilən pambığı ixraca hazırlayan pambıq emalı zavodu var. Özbəkistan iqtisadiyyatında pambığın önəmi 1991-ci ildə müstəqillik qazandıqdan bəri davamlı olaraq azalmaqdadır, buna görə Gicduvan və bölgə iqtisadiyyatını şaxələndirir və kənd təsərrüfatı pambıqçılıqdan uzaqlaşaraq, tərəvəz və meyvə əkinçiliyinə çevrilir. İqtisadiyyatın nəqliyyat kimi bəzi sahələri də artmaqdadır. M34 magistral yolu Gicduvanı Buxara, SəmərqəndDaşkəndi daxil olmaqla ölkənin ayrı bölgələrinə birləşdirir.

Tarixən Gicduvan başqa böyük ticarət mərkəzlərinə səyahət edən və yerli bazara müxtəlif mallar gətirən çalışqan tacirləri ilə tanınırdı. Görünür ki, bu nüfuzu bu günə kimi qoruyurlar. Yerli iş adamları Çin, Rusiya, Baltikyanı ölkələr, Türkiyəİrana topdan mal almaq və Gicduvana gətirmək üçün səyahət edirlər. Bu günlərdə yaxın bölgələrdən alıcılar ərzaq məhsulları, müxtəlif növ ləvazimatlar, məişət texnikası və elektronika, avtomobil hissələri, geyim və s. daxil olmaqla hər cür alış-veriş üçün Gicduvana gəlirlər. Gicduvanın ətraf ərazilərdəki tacirlərin olduğu bütün satış bazarı var. Burada yerlilərin mal-qarasını ala və sata biləcəyi bir heyvançılıq bazarı da fəaliyyət göstərir.

Gicduvan sənətçiləri yerli iqtisadiyyatda önəmli rol oynayaraq, işləri isə turistlər üçün böyük bir cazibədir. Bura dulusçuluğa bənzərsiz bir firuzəyi-mavimsi boya tətbiq etməklə təyin olunan fərqli saxsı üslubuna malikdir. Şahzadə Çarles, Qaller Şahzadəsi və Hillari Klinton da daxil olmaqla bəzi tanınmışlar yerli sənətkarların işlərini görmək üçün Gicduvanda olmuşlar.[4]

Həmçinin bax

İstinadlar

  1. GEOnet Names Server. 2018.
  2. SSRİ əhalisinin siyahıya alınması (1989).
  3. "Arxivlənmiş surət". 2012-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-08.
  4. Pritvorov, A.P.; Akmalov, A.U.; Lisov, V.A. Vanchin V.A. (redaktor ). Узбекистон Республикаси географик атласи [Uzbekiston Republic geographical atlas] (Uzbek). DIK publishers, Tashkent, Uzbekistan. 1999. səh. 49. ISBN 5-8213-0011-8.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.