Gertruda Roqman
Gertruda Roqman (nid. Geertruydt Roghman; oktyabr 1625[1] və ya 1624[2], Amsterdam, Hollandiya qraflığı[1][3] – ən tezi mart 1651 və ən geci dekabr 1657[1], 1650[4] və ya ən tezi mart 1651 və ən geci dekabr 1657[3], Amsterdam, Hollandiya qraflığı[1]) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, çap ustası.
Gertruda Roqman | |
---|---|
nid. Geertruydt Roghman | |
Doğum tarixi | oktyabr 1625[1] və ya 1624[2] |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi mart 1651 və ən geci dekabr 1657[1], 1650[4] və ya ən tezi mart 1651 və ən geci dekabr 1657[3] |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, qravüraçı, çap ustası |
Janrlar | Rəsmxət, qravür |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Gertruda Roqman Amsterdamda qravüraçı Henrik Lamberts Roqman və Mariya Yakobs Savereyin ailəsində anadan olub. Anası məşhur sənətkar ailəsindən idi. Buna görə Gertruda qardaşı Rolant Roqman və kiçik bacısı Maqdalena Roqman anası vasitəsilə rəssam Rolant Saverey nəvəsi sayılırdı. Çünki Rolant Saverey anaları Mariya Yakobs Savereyin əmisi idi.[5] Gertruda yəqin ki, atasının emalatxanasında işləyib və qısa ömründə böyük bir iş görməyib. O, daha çox qardaşı Rolantın eskizləri əsasında Amsterdamda Klas Yanson Visher tərəfindən nəşr edilmiş Xoş mənzərələr və ya Rolant Roqmanın həyatdan çəkdiyi əyləncəli səhnələr adlı 14 çapı ilə tanınır.[6][7] Bu səhnələr XVII əsrin ikinci yarısı və XVIII əsrin əvvəllərində yaxşı satılırdı və mənzərə üslubunda işləyən rəssamlara ilham verirdi.[7] O, həm də orijinal işi ilə tanınır. Gertruda Roqman interyerdə işləyən qadınların həkk edildiyi 5 qravürdən ibarət seriyanın müəllifidir.[7]
Gertruda Roqman 1651–1657-ci illər arasında vəfat edib. Onun əsərlərinin çoxu Amsterdamdakı Reyksmüzyemun çap otağında mühafizə olunur.
İstinadlar
- RKDartists (nid.).
- https://www.kansallisgalleria.fi/en/search?authors%5B%5D=Geertruyt%20Roghman.
- ECARTICO (ing.).
- https://www.kansallisgalleria.fi/en/search?authors%5B%5D=Geertruyt%20Roghman. Finnish National Gallery.
- Geertruydt Roghman Arxivləşdirilib 2022-11-04 at the Wayback Machine in the en:RKD
- "Plaisante Landschappen ofte vermakelijcke Gesichten na 't Leven geteekent door Roelant Rogman", ca. 1645–1650
- Geertruydt Roghman Arxivləşdirilib 2012-10-11 at the Wayback Machine on en:inghist