German Mqaloblişvili
German Andreyeviç Mqaloblişvili (gürc. გერმანე ანდრიას ძე მგალობლიშვილი; 1884 – 1937) — sovet və gürcü siyasətçisi, 1931–1937-ci illər ərzində Gürcüstan SSR Xalq Komissarları Şurasının sədri olmuşdur.
German Mqaloblişvili | |
---|---|
gürc. გერმანე ანდრიას ძე მგალობლიშვილი | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1884 |
Vəfat tarixi | 1937 |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
1921-ci ildən RK(b)P-nin üzvü olmuşdur, 1920-ci illərin ikinci yarısında Gürcüstan SSR maliyyə xalq komissarı idi.
1930-cu il noyabrın 20-dən 1931-ci il oktyabrın 13-dək Gürcüstan Kommunist Partiyasının (bolşeviklərin) MK siyasi bürosunun üzvlüyünə namizəd idi.
1931-ci ilin sentyabrın 22-dən 1937-ci ilin iyulunadək Gürcüstan SSR Xalq Komissarları Şurasının sədri vəzifəsində çalışmışdır.
Daha sonra həbs edilərək 1937-ci ildə ya vəfat etmişdir yada qətlə yetirilmişdir.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.