Georgi lenti
Georgi lenti — Rusiyanın imperiya simvollarından biri.[1]
1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurdu. Həmin vaxtlardan başlayaraq, lentin standartı belədir: 3 qara, 2 narıncı xətt.[1]
Hazırda isə "Georgi lenti" Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur.
Qalmaqallar və qadağalar
Latviya
Latviya hökuməti Georgi lentini 2014-cü ilin mayında qadağan etməyə təklif edib. Bundan əvvəl, Latviya ictimai tədbirlərdə Sovet rəmzlərinin istifadəsini qadağan etmişdi.[2]
Litva
Litvada da Latviyada kimi qadağa müzakirə olunurdu.[3]
İstinadlar
- Rusiyanın Bakıdakı səfirliyi “Georgiyev lenti” paylayır - təxribat! Arxivləşdirilib 2014-04-26 at the Wayback Machine musavat.com (az.)
- "Latvia proposes ban on Russian St. George's ribbon". 20 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2014.
- "Lithuanian faction: St. George Ribbon a symbol of 'Russian aggression and imperialist ambitions'". 9 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 August 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.