Georgi Vayner
Georgi Aleksandroviç Vayner — Rusiya yazıçısı.
GEORGİ VAYNER | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Nyu-York, ABŞ |
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı, jurnalist, ssenarist, redaktor, mühəndis |
Fəaliyyət illəri | 1960-cı ildən |
Əsərlərinin dili | rus dili |
Janrlar | detektiv, nəsr |
Üzvlüyü | |
Mükafatları |
![]() |
![]() |
Həyatı
Georgi Vayner 10 fevral 1938-ci ildə Moskva şəhərində doğulub. O, qardaşı Arkadi ilə birlikdə bir çox detektiv romanı yazarıdır. Qardaşı ilə yazdığı 150-dən çox kitabın arasında "Ya sledovatel" ("Mən təhqiqatçıyam"), "Vizit k Minotavru", "Qonki po vertikali", "Çası dlya mistera Kelli" kimi ünlü əsərlər də var. 1979-cu ildə rejissor Stanislav Qovoruxin Vaynerlərin "Era miloserdiya" kitabı əsasında məşhur "Görüş yerini dəyişmək olmaz" filmini çəkib.
1990-cı ildən bəri ABŞ-də yaşayırdı. O, 11 iyun 2009-cu ildə vəfat edib[1].
G. Vayner keçmiş SSRİ Yazıçılar İttifaqının və Daxili İşlər Nazirliyinin çoxsaylı mükafatlarına layiq görülüb.
İstinadlar
- "Məşhur yazıçı Georgi Vayner vəfat edib" (az.). deyerler.org. 13 iyun 2009 [16:07]. 2013-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-20.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.