Georgi Svetaçov

Georgi Georgiyeviç Svetaçov (25 noyabr 1922, Kalaçev rayonu[d]22 noyabr 1943, Qorodnya[d], Çerniqov vilayəti) — Sovet İttifaqı Qəhrəmanı (15 yanvar 1944)

Georgi Svetaçov
Şəxsi məlumatlar
Doğum tarixi 25 noyabr 1922(1922-11-25)
Doğum yeri
  • Kalaçev rayonu[d]
Vəfat tarixi 22 noyabr 1943(1943-11-22) (20 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi Leytenant
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Həyatı

Georgi Svetaçov 25 noyabr 1922-ci ildə Rusiyanın Voronej vilayətinin Kalaçev rayonunun Blaqoveşşensk xutorunda rus ailəsində anadan olub. 1941-ci ildə Bakı şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Leytenant 1942-ci ildə Oryol tank məktəbini bitirmişdir. 65-ci ordunun 1-ci taqım korpusunun 95-ci tank briqadasının taqım komandiri olmuşdur. Belarusiyanın Qomel vilayətinin Loyev yaşayış məntəqəsinin alınmasında fərqlənmişdir[1].

22 noyabr 1943-cü ildə Ukraynada aldığı yaralardan vəfat etmişdir. Ukrayna Respublikasının Çerniqov vilayətinin Qorodnya şəhərində dəfn edilmişdir[1].

15 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni ilə təltif edilmişdir[1][2].

İstinadlar

Ədəbiyyat

  • Юные герои Витебщины. Минск, 1980.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.