Georgi Məmmədov
Georgi Məmmədov (tam adı: Georgi Ənvəroviç Məmmədov, rus. Гео́ргий Энве́рович Маме́дов; 9 sentyabr 1947, Moskva) — Azərbaycan əsilli SSRİ və Rusiya diplomatı, Rusiyanın Kanadadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri (2003–2014).[1]
Georgi Məmmədov | |||||
---|---|---|---|---|---|
Georgi Ənvər oğlu Məmmədov | |||||
| |||||
5 iyun 2003 – 24 oktyabr 2014 | |||||
Əvvəlki | Vitali Çurkin | ||||
Sonrakı | Pyotr Ilyiçev Vasili Nebenzya | ||||
28 dekabr 1991 – 5 iyun 2003 | |||||
Şəxsi məlumatlar | |||||
Doğum tarixi | |||||
Doğum yeri | Moskva, Rusiya SFSR, SSRİ | ||||
Partiya | |||||
Təhsili | Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu | ||||
İxtisası | Diplomat | ||||
Fəaliyyəti | diplomat | ||||
Atası | Ənvər Məmmədov | ||||
Elmi fəaliyyəti | |||||
Elmi dərəcəsi | Tarix Elmləri üzrə fəlsəfə doktoru | ||||
|
|||||
Təltifləri |
|
Həyatı
Azərbaycanlı olan Georgi Məmmədov 1962–1985-ci illərdə Radio və Televiziya Yayımları Dövlət Komitəsi sədrinin müavini Ənvər Məmmədovun ailəsində anadan olmuşdur.
1970-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Tarix elmləri namizədidir. İngilis və İsveç dillərini bilir.
1970–1974-cü illərdə SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun aspiranturasında oxuyub.
1972–1973-cü illərdə SSRİ-nin ABŞ-dakı səfirliyində təlim keçdi,1974–1977-ci illərdə — ABŞ və Kanada İnstitutunun kiçik elmi işçisi olub.
Diplomatik fəaliyyəti
- 1977–1981-ci illər SSRİ-nin ABŞ-dakı səfirliyində işləmiş: attaşe, səfirliyin ikinci, üçüncü, katibi.
- 1981–1989-cu illər SSRİ Xarici İşlər Nazirliyinin birinci, ikinci katibi, məsləhətçisi, şöbə müdirinin müavini, ABŞ və Kanada Ofisi rəhbərinin birinci müavini.
- 1989–1990 -cu illər ABŞ və Kanada, SSRİ Xarici İşlər Nazirliyi Ofisi rəhbərinin birinci müavini.
- 1990–1991-ci ilər SSRİ Xarici İşlər Nazirliyinin ABŞ və Kanada nümayəndəliyinin rəhbəri[2].
- 1991-ci il Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini.
- 1993–1995-ci illər Rusiya Federasiyasının xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq üzrə idarələrarası komissiyasının üzvü idi.
- 1993–1994-cü illər Rusiya Federasiyasının ərazisində kimyəvi silahların məhv edilməsi obyektlərinin yerləşdirilməsi üçün ərazilərin seçilməsi üzrə Hökumət Komissiyasının üzvü.
- 1994–1995-ci illər Rusiya Federasiyasının sərhəd maraqlarının müdafiəsi üzrə idarələrarası komissiyanın rəhbəri.
- 1995 — Rusiya Federasiyasının beynəlxalq maliyyə və iqtisadi təşkilatlarla əməkdaşlıq üzrə idarələrarası komissiyası rəhbərinin və G-7 müavini.
- 1995–1996-cı illər Rusiya Federasiyasının müdafiə sənayesi üzrə Dövlət Komitəsinin üzvü.
- 1997-ci il Rusiya Federasiyası Təhlükəsizlik Şurasının müdafiə təhlükəsizliyi üzrə idarələrarası komissiyasının tərkibində olmuşdur.
- 1997–2003 — Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini olub.
- 2003–2014-cü illər Rusiya Federasiyasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiri olub.
Ailəsi
- Qızı — Tatyana Məmmədova, geyim dizayneri.
- Övladlığa götürülmüş oğlu Sergey Məmmədov — "Volgaburmaş" şirkətinin sahibi, BTM Qrup ASC-nin idarə heyətinin sədri[3].
- Nəvələri — David və Leo, Tatyananın övladları və Pavel, Sergeyin tennisçi Anastasiya Mıskina ilə qanuni evliliyindən olan oğlu[3][4][5][6]..
Diplomatik rütbə
Fövqəladə və Səlahiyyətli Səfir (5 iyun 1992)
Mükafatları
- "Fəxri Fərman" (7 iyun 1996) — dövlətə göstərdiyi xidmətlər və uzun illər vicdanla çalışdığı üçün[7].
- Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində fəal iştirakına və uzun illərin vicdanla işləməsinə görə — IV dərəcəli "Vətənə xidmətə görə" ordeni (14 noyabr 2002)[8].
- 26 il Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük töhfəyə və vicdanlı diplomatik xidmətə görə — "Mükəmməl xidmətə görə" ordeni, (26 yanvar 2008)[9].
- Rusiya Federasiyası Prezidentinin fəxri Sertifikatı (16 noyabr 2012) — Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsindəki xidmətlərinə görə[10].
- Rusiya Federasiyasının Diplomatik Xidmətinin əməkdar işçisi (21 dekabr 2013) — Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsində böyük töhfəsinə, elmi və pedaqoji fəaliyyətinə və uzun illər vicdanla çalışmasına görə[11].
- "Xalqların dostluğu" ordeni[12].
Həmçinin bax
İstinadlar
- "Чрезвычайный и Полномочный Посол". 2016-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-04.
- "Георгий Мамедов на сайте Центра военно-политических исследований". 2016-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- "NEWSru.com | Бронированный BMW мужа теннисистки Мыскиной сбил мотоциклиста на Тверской". 2019-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- "Анастасия Мыскина выходит замуж за сына посла — Новости шоу-бизнеса — Телегид АКАДО". 2010-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- "Мыскина собирает Большой детский шлем // KP.RU". 2012-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- "Анастасия Мыскина родила сына Павла". 2012-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-14.
- Президент Российской Федерации Указ Президента Российской Федерации от 7 июня 1996 г. № 839 "О награждении государственными наградами Российской Федерации" // Собрание законодательства Российской Федерации — 1996.
- Президент Российской Федерации Указ Президента Российской Федерации от 14 ноября 2002 г. № 1327 "О награждении государственными наградами Российской Федерации сотрудников Министерства иностранных дел Российской Федерации" // Собрание законодательства Российской Федерации — 2002.
- Президент Российской Федерации Указ Президента Российской Федерации от 26 января 2008 г. № 98 "О награждении государственными наградами Российской Федерации" // Собрание законодательства Российской Федерации — 2008.
- Президент Российской Федерации Распоряжение Президента Российской Федерации от 16 ноября 2012 г. № 523-рп "О поощрении" — 2012.
- Президент Российской Федерации Указ Президента Российской Федерации от 21 декабря 2013 г. № 929 "О награждении государственными наградами Российской Федерации" // Собрание законодательства Российской Федерации — 2013.
- "Биография на сайте «Биография. Ру»". 2012-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.