Georgi Keçaari

Georgi Avetisiğar Keçaari[1] (udi Jora Keçaari[2] 25 iyul 1930, Nic8 sentyabr 2006, Nic, Qəbələ rayonu) — Udi əsilli Azərbaycan yazıçısı.

Georgi Keçaari
Doğum tarixi
Doğum yeri Nic kəndi, Qutqaşen rayonu, Azərbaycan SSR
Vəfat tarixi
Vəfat yeri Nic qəsəbəsi, Qəbələ rayonu, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti udi
Təhsili Bakı Dövlət Universiteti
İxtisası Şərqşünaslıq
Fəaliyyəti yazıçı, tərcüməçi
Əsərlərinin dili udicə, azərbaycanca

Udi Milli Mədəniyyət Mərkəzi "Orayin"in yaradıcısı və 1991–2006-cı illər aralığında rəhbəri olub.[3]

Həyatı

1930-cu ildə Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Nic kəndində anadan olub. 1938-ci ildə həmin kənddə yerləşən 1 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1946-cı ildə həmin məktəbi bitirmişdir. 1946–1952-ci illər arasında Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsilini bitirdikdən sonra 1952–1957-ci illər aralığında Qutqaşen rayonu Mıxlıqovaq kəndində məktəb direktoru işləmişdir. 1952-ci ildən ehtibarən Nic 1 saylı orta məktəbində müəllim və müdir mavini olaraq çalışıb.

1991-ci ildə Udi Milli Mədəniyyət Mərkəzi "Orayin"i (azərb. Bahar, Yaz) yaratmışdır. Bir sıra tərcümə və kitabların müəllifidir.

8 sentyabr 2006-cı ildə vəfat etmişdir. Nic qəsəbəsində "Kala Gərəmzux"da (azərb. "Böyük qəbiristanlıq ") dəfn olunub.[3]

Kitabları

1996-cı ildə "Nana Oçal" (azərb. Ana torpaq) kitabı udincə işıq üzü görür. 2001-ci ildə "Orayin" kitabı yüksək tirajla çap olunur. 2003-cü ildə "Buruxmux" (azərb. Dağlar), "Udilərin ənənəvi toy mərasimləri", "Udilərin ənənəvi yas mərasimləri", "Yaddaşlarda yaşayanlar", rusca "Şunurok" və "Udi nağılları və lətifələri" kitabları çap edilmişdir. 2004-cü ildə Udi dili 1, 2, 3-cü siniflər üçün dərsliklər çap edilmişdi. Georgi Keçaari uzun illər "Bibliya"nın udi dilinə tərcüməsində çalışmışdı.[3]

Siyahı

  • "Nana oçal" (udi Нана очъал; azərb. Ana torpaq) — Udi dili haqqında müxtəlif müəlliflərin yazılarının udicə nəşri (Bakı, Azərnəşr, 1996)
  • İ. Aydınovla birgə "Əlifba" (udi TIetIir) — orta məktəblər üçün əlifba dərsliyi (Bakı, "Maarif", 1996)
  • "Orayin" (azərb. Bahar, Yaz) — udi folklor nümunələri (nağıllar, hekayələr, atalar sözü və lətifələr) toplusu (Bakı, Azərnəşr, 2001)
  • "Ocaq başında rəqs"Azərbaycan dilində Udi folklor nümunələri (Gəncə, "AGAH" nəşriyyatı, 2002)
  • "Buruxmux" (azərb. Dağlar) — müəllifin işləri və 150-dən çox Azərbaycan ədəbiyyatı nümunəsinin tərcüməsi (Gəncə, "AGAH" nəşriyyatı, 2003)
  • "Udilərdə ənənəvi toy mərasimləri" (udi Udiğoy ənənəvi laşkoy məclisxo) — Azərbaycaningilis dillərində (Gəncə, "AGAH" nəşriyyatı, 2003)
  • "Şnurok" (rus. Шнурок; azərb. Bağ) — Rus dilində udi xalq məzəli hekayələri (Gəncə, "AGAH" nəşriyyatı, 2003)
  • "Udilərdə ənənəvi yas mərasimləri" (udi Udiğoy ənənəvi yas məclisxo) — Azərbaycaningilis dillərində (Gəncə, "AGAH" nəşriyyatı, 2004)

İstinadlar

  1. Georgi Keçaari. "Udilərdə ənənəvi toy mərasimləri" Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine, Gəncə, "AGAH" nəşriyyatı, 2003.
  2. Jora Keçaari. Nana Oččal. Baku, 1996
  3. Sevinc Mahmudova. www.orayin.com "Udi icmalarının rəhbərləri" (#bad_url). Orayin.com. 20/01/2018. 10 fevral 2018-ci il tarixində arxivləşdirilib. (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.