Georgi Çiçerin
Georgi (Yuri) Vasilyeviç Çiçerin (rus. Гео́ргий (Ю́рий) Васи́льевич Чиче́рин; psevdonimləri: Ornatski, Batalin, Mixail Şaronov, Osvedomlennıy; 24 noyabr 1872[1][2][…] – 7 iyul 1936[3][1][…], Moskva[3]) — Rusiya marksist inqilabçısı, sovet diplomatı, musiqişünası, RSFSR və SSRİ Xarici İşlər Xalq Komissarı (1918–1930), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin I, II, III IV və V çağırış deputatı, Sov.İKP MK deputatı (1925–1930).
Georgi Çiçerin | |
---|---|
rus. Гео́ргий Чиче́рин | |
| |
RSFSR Xarici İşlər Xalq Komissarı müavini | |
10 yanvar 1918 – 21 may 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Maksim Litvinov |
RSFSR Xarici İşlər Xalq Komissarı | |
30 may 1918 – 6 iyul 1923 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Anatoli Lavrentiyev[lower-alpha 1] |
6 iyul 1923 – 30 iyul 1930 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Maksim Litvinov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 noyabr 1872[1][2][…] |
Vəfat tarixi | 7 iyul 1936[3][1][…] (63 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | hemorragik insult |
Dəfn yeri | |
Milliyyəti | rus, sovet |
Vətəndaşlığı |
Rusiya İmperiyası SSRİ |
Partiya |
Rusiya Sosial Demokrat İşçi Partiyası (Menşeviklər) (1905–1912) Sovet İttifaqı Kommunist Partiyası (1912–1936) |
Təhsili | Sankt-Peterburq Dövlət Universiteti |
İxtisası | siyasətçi, diplomat, tarixçi, musiqişünas |
Fəaliyyəti | siyasətçi, diplomat, musiqişünas, inqilabçı |
Atası | Vasili |
Dini | Yoxdur; ateizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[4], diplomatiya[4], musiqi[4] |
Vikianbarda əlaqəli mediafayllar |
Çiçerinlər nəslinə bağlı bir ailədə anadan olan Çiçerin Sankt-Peterburq Dövlət Universitetinin Dil və Tarix fakültəsindən məzun olmuş və Rusiya imperiyası Xarici İşlər Nazirliyində işləmişdir. Bu dövrdə marksizmlə tanış olan Çiçerin sosialist qruplarla əlaqə quraraq Almaniya və Rusiyada siyasi fəaliyyət göstərmişdir. O, 1905-ci ildə Rusiya Sosial Demokrat İşçi Partiyasının menşeviklər fraksiyasına qoşulmuşdur.
Çiçerin Birinci Dünya müharibəsi illərində bolşeviklərin müharibə əleyhdarı görüşlərini mənimsədiyi üçün siyasi təzyiqə məruz qalmışdır. O, müharibə əleyhinə təbliğat etdiyinə görə İngiltərədə həbs edilmişdir. Çiçerin 1917-ci ildə Rusiyada gerçəkləşən Böyük Oktyabr Sosialist inqilabından sonra ardından Xarici İşlər Komisarı Lev Trotskinin səyi nəticəsində sərbəst buraxılmış və Rusiyaya qayıtmışdır. O, SSRİ rəhbərləri – Vladimir Lenin və Lev Trotskinin qərarı ilə Xarici İşlər Komissarlığında işləməyə başlamışdır. Çiçerin Trotskinin vəzifəsindən istefa verməsindən sonra 1918-ci ilin mart ayında Xarici İşlər Xalq Komissarı olmuşdur. Georgi Çiçerin vəzifəsi dövründə xarici siyasətdə aldığı qərarlarla önəmli bir şəxs olaraq tanınmışdır. Kominternin birinci qurultayında idarəçi seçilmişdir.
Çiçerin Rusiyada vətəndaş müharibəsi zamanı xarici qüvvələrin müdaxiləsindən sonra sovet iqtidarını möhkəmləndirmək üçün "kapitalist dövlətləri bölmək" məqsədi ilə müxtəlif diplomatik vəzifəni öz boynuna almışdır. O, atəşkəs müqavilələrinin imzalanması və SSRİ hökumətinin bir çox ölkə tərəfindən rəsmi olaraq tanınmasına səbəb olan görüşlər keçirmişdir.
Çiçerin ümumiyyətcə Almaniya tərəfdarı və Böyük Britaniya imperializminin əleyhdarı bir xarici siyasət yürütmüşdür. O, Böyük Britaniya müstəmləkəçiliyinə qarşı bir çox ölkə ilə müqavilələr imzalamışdır. Çiçerin xarici siyasətdə Rusiyanın tarixi mənfəətlərini yeni sovet sistemi ilə birləşdirərək sosializmin dünya səviyəsində genişləməsinə və digər ölkələrdə təbəqələr arası mübarizəyə dəstək vermək hədəfini tərk etmədən qərbin kapitalist gücləri ilə sülhsevər bir münasibəti qoruyub-saxlaya bilmişdir.
Çiçerin getdikcə ağırlaşan xəstəliyinə görə 1930-cu ildə siyasətdən tamamilə çəkilmiş, vəzifəsini isə Maksim Litvinova buraxmışdır. O, 7 iyul 1936-cı ildə Moskva şəhərində hemorragik insult nəticəsində vəfat etmişdir. Çiçerinin meyiti Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.
Həyatı
Ailə tarixi və ilk illəri
Aleksandr Puşkinin uzaq qohumu olan Çiçerin, "Çiçerin nəsli"nin bir nümayəndəsi olaraq dünyaya gəlmişdir.[5] Nəsil şəcərəsi III İvanın həyat yoldaşı, Bizans kraçilası Sofiya Paleoloqa qədər uzanmaqdadır.[6] Ailə tarixindəki şəxslər Böyük Moskva knyazlığında müxtəlif vəzifələrdə çalışmışlar.[6][7] Rusiya generalı Vasili Çiçerin də eyni ailəyə mənsubdur.[8] Sibir qubernatoru Denis Çiçerin də eyni nəslin nümayəndəsidir.[9] Atası Vasili N. Çiçerin Rusiya İmperiyasında yaşamış diplomat idi. Əmisi bələdiyyə sədri və M.V.Lomonosov adına Moskva Dövlət Universitetində hüquq professoru olmuş Boris Çiçerindir.[6][10][11]
Dindar xristian ailəsində anadan olan Çiçerin, uşaqlığında hədislər dinləyir, dualar və müqəddəs İncili oxuyurdu.[12][13] Gəncliyində klassik musiqi pərəstişkarı idi. Bethoven, Motsart və Vaqnerin musiqilərini dinləyir,[14][15] piano çalırdı.[16] Motstardan bəhs edən bir kitab yazmışdır. Rusiya şairi və bəstəkarı Mixail Kuzminin yaxın dostu idi. 1884-cü ildə ailəsi onu Tambovda yerləşən gimnaziyaya yazdırdı.[17] 1886-cı ildə ailəsi ilə birlikdə Sankt-Peterburqa köçdü.[16] Tələbəlik illərində müxtəlif mövzuları öyrənməyə maraq göstərirdi.[18] Fridrix Nitsşenin əsərlərini oxumaqdan zövq alırdı. Çoxlu sayda dil təlimləri aldı. Bu onun zadəgan bir nəsildən gəlməsindən ilhamlanırdı. İngilis, fransız, italyan, polyak, serb və rus dillərində sərbəst bir şəkildə danışa bilirdi.[11][19][20] Həmçinin tarixə də maraq göstərirdi.[14][21] 1895-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin dil və tarix fakültəsindən yüksək dərəcə ilə məzun olmuşdur.[22] 1898-ci ildən 1903-cü ilə qədər Rusiya İmperiyası Xarici İşlər Nazirliyinin arxiv şöbəsində işlədi.[11][23] Çiçerin bu dövrdə həyatın mənasına aid fəlsəfi rəylərə diqqət çəkici ölçüdə maraq göstərdi və fəlsəfə ilə sıx şəkildə maraqlandı.[24][25][26] Bu məqsədlə fəlsəfə və siyasətlə bağlı təhsil almaq üçün 1895-ci ilin payızında Qərbi Avropaya getməyi qərarlaşdırdı, lakin 1897-ci ildə anasının ölüm xəbərini eşidib Rusiyaya geri qayıtdı.[27][28] Bu dövrdə zadəganların məskunlaşma yeri olaraq bilinən Çarski Seloda yaşamağa başladı.[29] Ərazidə yer alan Sosialist İnqilabçılar Partiyasının mənsubları ilə əlaqələr yaratdı və sosialist fikirlərlə tanış oldu.[11] Burada vaxtının böyük bir hissəsini, əsas Karl Marks və Fridrix Engelsin əsərlərinin olduğu çoxlu sayda inqilabçı kitablar oxuyaraq və bu əsərlərin üzərində çalışaraq keçirdi.[29] Sahib olduğu imtiyazlı ictimai mövqeyi ilə, "sosial ədalətsizliklər" mövzusu üzrə təhsil aldı və bu problemlərə istiqamətli olaraq Marksizm fəlsəfəsindəki "proletar inqilab" tezisini dəstəklədi.[30]
Sürgün illəri
Çiçerin, çar polisinin inqilabçılarla danışıqlarını və işlərini kəşf edəcəyi şübhəsi ilə 1904-cü ilin yazında işlədiyi nazirlikdən ayrılmaq tələbi etdi və Qərbi Avropaya geri dönməyə qərar verdi.[29][31] Daha sonra "Rusiyada müalicə edilməyən ruhi və fiziki pozğunluqları müalicə etdirmək" fikri ilə rəsmi olaraq Almaniyaya getdi.[11][32] Əmisi oğlu, Çiçerinin homoseksual hərəkətlərini aradan qaldırmaq üçün Almaniyada tibbi müalicə gördüyünü iddia etmişdir.[10]
Bonn Universitetində təhsilini başa vurdu və 1905-ci ildə Berlində yaşamağa başladı. Həmin il Rusiya Siyasi-Demokrat İşçi Partiyasının (RSDP) menşeviklər fraksiyasına qatıldı. 1905-ci ildə Rusiyada inqilabın baş verməsi ilə inqilabı dəstəkləmək üçün Rusiyaya qanunsuz yollarla daxil olmaq istədi, lakin səhiyyə problemləri ilə bağlı gedə bilmədi və Alman sosialist gənclik təşkilatları ilə birlik olaraq Almaniyada yaşamağa başladı.[33] Almaniya Sosial Demokrat Partiyası və RSDP-nın dəstəklədiyi, Almaniyada Rus Universitet tələbələrini maddi dəstəkləyən bir sosialist dərnəyin katibi olaraq işlədi.[33][34] Bu dərnəyin Rusiyada o dövr ortaya çıxan inqilabçı fəaliyyətlərə görə gəncləri dəstək üçün Rusiyaya göndərdiyi iddiaları var idi.[35] Əmisi Boris Çiçerinin 1904-cü ildə vəfatından sonra onun mirasını RSDP-nın maliyyə ehtiyaclarını ödəmək üçün istifadə etdi. Rusiya Sosial Demokrat İşçi Partiyasının beşinci qurultayının ümumi maliyyə xərclərinin yarısından çoxunu Çiçerin ödədi.[33]
Çiçerin "Oxranka"dan gizlənmək və yanıltmaq üçün bir çox fərqli adla siyasi fəaliyyətini davam etdirdi.[33] Rusiya Sosial Demokrat İşçi Partiyasının dördüncü qurultayında ortaya çıxan fikir ayrılıqları nəticəsində fərqli qruplar arasındakı birliyi təmin etmək və Rusiyadakı fəaliyyətləri təşkil etmək üzrə 1907-ci ilin yanvarında yaradılan "Xarici Mərkəz Təşkilatı"nın (ZTsB) rəhbərliyində vəzifələndirildi. Beşinci qurultayda nümayəndə olmamasına baxmayaraq qurultayın təşkil olunmasında əsaslı rol oynadı.[36][37] 1907–1908-ci illər arasında Lenin rəhbərliyindəki bolşeviklər ilə fikir ayrılıqları oldu və Menşeviklərlə yaxınlaşdı. Bolşeviklərin bank və poçt oğurluqları edərək RSDİP-nın maliyyə ehtiyaclarını qarşılamaları taktikalarını rədd etdi.[38][39] Oğurluq və cinayət fəaliyyətlərinin beşinci qurultayda açıqca qadağan olunmasına baxmayaraq 1907-ci ildə Tiflisdə baş tutan bank soyğunu RSDP daxilində bolşeviklərə qarşı qəzəbə səbəb oldu. Bu qarətə qərar verənlər arasında illər sonra Çiçerinin Xarici İşlər Nazirliyində vəzifəsində köməkçisi olacaq Maksim Litvinov da var idi.[40] Hadisədən sonra bir çox partiya mənsubunun həbs olunmasına və çoxlu miqdarda pulun ələ keçirilməsinə baxmayaraq oğurlanan pulların seriya nömrəsinin polislər tərəfindən bilinməsi səbəbilə istifadə edilə bilməməsi, bolşeviklərə qarşı olan qəzəbi və əleyhdarlığı daha da artırdı.[41][lower-alpha 2]
Siyasi təzyiqlər və polis nəzarətini önləmək üçün 1908-ci ildə Parisdə yaşamağa başladı.[15] Menşeviklərə yaxın olan "Qolos Sosial-Demokrat" qəzetinin nəşriyyat heyətində vəzifələndirildi.[43] Parisə gəlməzdən əvvəl Prussiya polisi tərəfindən Saksoniyadan və İsveçrədən deportasiya edildi.[44][45] Parisdə ZTsB-nın və Qərbi Avropadakı "Rus Marksist tələbə dərnəyləri"nin katibliyini və maliyyə məsuliyyətlisi vəzifələrini davam etdirdi.[46] Bu dövrdə RSDİP mərkəz təşkilatı ilə ZTsB arasındaki uzlaşdırma səyləri müvəffəqiyyətsiz oldu.[47]
Çiçerin, 1910–1912-ci illər arasında təsviyyəçiliyi rədd etməsinə və bəzi mövzularda eyni fikirdə olmasına baxmayaraq bolşeviklərlə bir çox mübahisələr yaşadı.[48] Bu illərdə o dövrün qarşıda gələn Menşevik rəhbərlərindən olan Yuli Martov ilə yaxın işlər davam etdirdi.[49]
Birinci Dünya Müharibəsi dövrü və bolşeviklərlə yaxınlaşması
1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda Paris şəhərində idi. Müharibə Çiçerinin fikirlərinin dəyişməsində böyük rol oynadı.[50][51] Müharibənin başladığı dövrdə Georgi Plexanovun sosial vətənpərvərlik fikirlərinə yaxın düşüncələrə sahib idi.[52] "Feodal və mürtəce olmasına baxmayaraq Almaniyanın savaşa girməsini və vətənini müdafiə etməsini" Çar Rusiyası ilə ittifaq halında olan Fransa və Böyük Britaniya imprealizminə görə üstün sayırdı.[53] 1915-ci ildə isə müharibə haqqındakı öz fikirlərini dəyişdi, bolşeviklərin antimilitarizm fikirlərini mənimsədi və "yalnız sosializm qələbəsi müharibəyə son qoya bilər" fikrini qəbul etdi.[54][53][52] Lilə gedərək yerli sosialist gənclik təşkilatları ilə birlikdə müharibəyə qarşı təbliğat aparsa da, istədiyi nəticələr baş tutmadı və Lil yaxınlığındakı Brüssel şəhərinə getdi.[50] Almaniya İmperatorluq Ordusunun irəliləməsi səbəbi ilə burada uzun müddət qala bilmədi və London şəhərinə üz tutdu.[50][55]
Londonda olduğu müddətdə rus immiqrantlara və ingilis sosialistlərinə Böyük Britaniyanın müharibə planlarını bildirərək müharibəyə qarşı sıx bir kampaniya irəli sürdü.[56] Müharibə müddətində ölkədəki rusların sürgün edilməsini və ya deportasiya edilməsini sığınacaq hüququnün ciddi bir pozuntusu olaraq bildirdi və bu vəziyyətə qınayan məqalələr nəşr etdirdi.[57] Böyük Britaniyada məcburi əsgərə alınma səylərini əksinə çevirmə cəhdlərinin həyata keçirilməsi üçün çalışdı.[58][59][60] Bu müddətdə diqqətləri öz üzərinə çəkdi, antimilitar fəaliyyətləri səbəbi ilə Böyük Britaniya hakimiyyəti və müttəfiqi Çar Rusiyasının təzyiqlərinə məruz qaldı. 1915-ci ilin dekabrında qısa müddətlik həbs edildi.[61][62]
Böyük Britaniya Silahlı Qüvvələri daxilində hərbə getməyi rədd edən rusların sürgün və ya deportasiya edilməsini nəzərdə tutan Çar Rusiyası ilə Böyük Britaniya arasındaki müqavilə Fevral inqilabı ilə birlikdə təxirə salındı.[57][61][63] İnqilab ilə birlikdə monarxiyanın sona çatması, şərtləri tamamilə dəyişdirdi və sürgün edilən ruslar Rusiyaya qayıdış tələbi etməyə başladılar. Bu müddəti asanlaşdırmaq üçün bir təşkilat yaradıldı və Çiçerin bu təşkilatın katibi seçildi.[64][65] Təşkilatda gələcəkdə Sovet Xarici İşlər Xalq Komissarlığında birlikdə işləyəcəyi Maksim Litvinov və İvan Mayski də mövcud idi.[64] Təşkilat sürgünlərin və xüsusilə də müharibəyə müxalif şəxslərin Rusiyaya geri qayıtmasını təşkil etməyə işləyərkən bir tərəfdən də Avropanın digər ölkələrindən gələn tələblərdə məşğul oldu və davamlı olaraq antimilitar fikirləri yaymağa çalışdı.[66][67][68] Bu dövrdə Çiçerinin, dünya müharibəsinə yalnız internasionalizmin və ölkələrdəki inqilabi axının mane ola biləcəyinə inancı tam idi.[69]
Böyük Britaniya hakimiyyəti Çiçerinin Rusiyaya qayıtması mövzusunda xəbərdarlıqlar etdi, ancaq Çiçerin bu xəbərdarlıqlara məhəl qoymayıb antimilitar təbliğatlarına davam etdi.[70][71] Bundan sonra 1917-ci ildə həbs edildi və Brikston həbsxanasında bir neçə ay həbsdə qaldı.[50] Çiçerin həbsdə olarkən Rusiyada 1917-ci il Oktyabr inqilabı reallaşdı və bolşeviklər iqtidara gəldi.[11] Keçmiş Xarici İşlər Nazirliyinin yerini tutmuş Xarici İşlər Xalq Komissarlığının ilk naziri Trotski, Çiçerinin və digər internasionalistlərin azad edilməsini və Rusiyaya etibarlı bir şəkildə göndərilməsini tələb etdi.[72][73][74] Böyük Britaniya hakimiyyətinin bu tələbi rədd etməsindən dərhal sonra Trotski 3 dekabr 1917-ci il tarixində Böyük Britaniyanın Rusiya səfiri Corc Bukenenin həbs edilməsi qərarını verdi.[24][75] Böyük Britaniya rəhbərliyi diplomatını qorumaq üçün geriyə çəkildi və Bukenen ilə dəyişmə qarşılığında məhbus antimilitar internasionalistlərin Rusiyaya göndəriləcəyini bildirdi.[76][73] Çiçerin 1918-ci ilin yanvarında Aberdin və Berger üzərindən Skandinaviyaya üz tutdu.[11][73] Yanvarın 19-u Moskvaya gəldi və daha sonra yanvarın 23-ü baş tutan Rusiya Sovet Federativ Sosialist Respublikasının rəhbərlik təşkilatı Bütün Rusiya Sovetləri Qurultayının üçüncü qurultayında qəhrəman olaraq qarşılandı.[73][77] Qısa müddət sonra Bolşevik Partiyasına qatıldı.[11][78][79]
Sovet hakimiyyətindəki illəri
Xarici İşlər Xalq Komissarlığı və bolşevik rəhbərləri ilə münasibətlər
Xalq Komissarları Şurasının sədri Vladimir Lenin ve Xarici İşlər Xalq Komissarı Trotski tərəfindən Çiçerinin Xarici İşlər Komissarlığında işləməsi qərarı onun Rusiyaya gəlməsindən əvvəl alınmışdı.[24][80] Yaxşı təhsil alması, çoxlu sayda dili bilməsi və Avropada sürgündə olarkən əldə etdiyi təcrübələrə görə Xarici İşlər Xalq Komissarı müavini təyin edildi.[11][14][24] İttifaq dövlətləri ilə imzalanan Brest-Litovsk sülh müqaviləsi zamanı Trotskinin müavini idi.[80][81] 1918-ci ilin fevral ayının axırlarında müqavilə şərtləri barədə ağır siyasi müzakirələr aparıldı və 8 martda Trotski vəzifəsindən istefa verdi.[82] Çiçerin Xarici İşlər Xalq Komissarlığının başçılığını öz öhdəsinə götürdü və daha sonra 30 mayda rəsmi olaraq Xarici İşlər Xalq Komissarı təyin edildi.[80][83]
Bu dövrdə bir çox sovet məmuru menşevik keçmişinə görə Çiçerinin bolşeviklərə olan sədaqətinə şübhə ilə yanaşdı, ancaq Lenin internasionalizmə bağlılığına görə onun partiyaya girişini məmnuniyyətlə qarşıladı.[84] Xarici İşlər Xalq Komissarlığı dövründə diplomatik vəzifələrini müvəffəqiyyətlə yerinə yetirərək özünü isbat etdi,[84] çünki SSRİ-nin xarici siyasəti ümumi olaraq Leninin rəhbərliyindəki Sov.İKP MK və Sov.İKP MK Siyasi Bürosu tərəfindən idarə edilirdi.[84] Çiçerin bu idarəetmə orqanlarının bir üzvü deyildi, ancaq Lenin ilə olan şəxsi münasibəti xarici siyasətləri müəyyənləşdirməkdə onun da önəmli bir rola sahib olmasına imkan yaratdı.[85][86] Sov.İKP MK-nə 1925-ci ildə keçirilən XIV Sov.İKP(b) qurultayı zamanı qoşuldu və bu qurultayda ölkənin xarici siyasəti və beynəlxalq vəziyyətindən bəhs edən bir raport təqdim etdi.[87] 1927-ci ildə keçirilən XV Sov.İKP(b) qurultayındə də SSRİ diplomatiyasının inkişaf etməsində göstərdiyi səylərə görə təriflənmişdir.[85] Bu dövrdə özünü sosializmə həsr etməsilə və sovet sisteminin inşası mövzusundakı səylərinə görə bolşeviklərin heyrətini əldə etmişdir.[85] Leninin xəstəliyi və ölümü dövründə sovet rəhbərləri arasında meydana gələn münaqişələrdə bitərəf qalan Çiçerin xarici siyasətdə aldığı qərarlarla əhəmiyyətli bir şəxsə çevrilmişdi.[85]
Xarici İşlər Xalq Komissarlığınıb bu dövrdəki ən əhəmiyyətli vəzifəsi Avropada inqilab mövzusuna əsaslanan siyasi fəaliyyətləri idi.[11][14] Sovet hakimiyyətinin təsis edildiyi ilk illərdə Avropa ölkələrində baş verən yönetiminin oluştuğu ilk yıllarda Avrupa ülkelerindeki 1917–1923-cü illər inqilabları dövründə bütün sovet vəzifəlilərində proletar inqilab intizarı yaratdı.[14] Bu səbəbə görə diplomatiya yerinə daha çox inqilabçı propaqanda və bu məqsədlə fərqli-fərqli rəsmi orqanların yaradılmasına daha böyük əhəmiyyət verildi.[88] İzvestiya və Pravda kimi rəsmi mətbuat orqanları ümumi olaraq xarici siyasət haqqında məqalələr nəşr edirdi.[88] İnqilabdan əvvəl Rusiya çarına bağlı keçmiş xarici işlər nazirliyinin işçilərindən çoxu bolşeviklərlə işləmək təklifini qəbul etmədikləri üçün Çiçerin kimi təcrübəli və təşkilati mütəxəssislərə ehtiyac var idi.[24][89]
Rəhbərlik xüsusiyyətləri və səhiyyə vəziyyəti
Dövrün Avropa diplomatiyasında, münasibətlərində və danışıqlarında nəzakətlilik, ədəblilik, xoşrəftarlıq, lütfkarlıq və şirindillik önəmli idi. Lenin bu xüsusiyyətlərə malik olduğunu düşündüyü Çiçerini Avropa dövlətləri və Avropadakı sosialist qruplarla münasibətlərindən məsul tutdu.[90] Nəzakətli və başqalarını düşünən halı sovet vəzifəliləri tərəfindən xoş qarşılanırdı və bu xüsusiyyətlərinə görə fəhlələrin hörmətini qazanmışdı.[91] Əcnəbi həmkarları onun bilgisini tərifləyən çıxışlar edirdilər. Diplomatik sənədlərdə istifadə etdiyi dil və yazı üslubu Avropa tarixi haqqında geniş bilgiyə malik olduğunu göstərirdi.[92]
Olduqca ağır bir iş rejiminə malik idi.[11][12] Sürgünsəki illərindən qalma bir alışqanlıqla gecələri işləyər və yuxudan günortadan sonra oyanardı.[93][90] Şəfəq vaxtında yığıncaqlar keçirməsi və ya bu saatlarda iş yoldaşlarından məsləhət alması tez-tez reallaşan bir hadisə idi.[11][94] Bu ağır iş rejimi adətən yuxusuzluq problemlərinə səbəb olurdu.[11][94] Gündə iyirmi saat işləməsi və sadəcə dörd saa yatması nadir bir hadisə deyildi.[95] Özünü demək olar ki, tamamilə işinə həsr etmişdi. Demək olar ki, musiqişünaslıq və hobbilərindən başqa özəl bir həyata malik deyildi.[96] Ofisdəki iş masası daimi olaraq kağızlarla dolu olurdu.[92]
1922-ci ilə qədər komissarlığın mərkəzindəki kiçik bir otaqda yaşayırdı və lazım olanda ofisinə tezcə gedirdi.[90][97] Yaşının çoxalmasıyla donqarlaşdı və çəkisi artdı.[98] Sağlamlığını düzəltmək üçün idman etmək təklifindən imtina etdi, komissarlıq binasını və ya dairəsini nadir hallarda tərk etdi.[98][99] Bu həyat tərzi onun səhiyyə tərzinə çox pis təsir edirdi, ipoxondriyadan əlavə 1920-ci illərin axırlarında şəkərli diabet və nevrit diaqozu qoyuldu.[100]
Çiçerin homoseksual idi. Almaniyada qaldığı dövrdəki narahatçılıqları və sağalma müddətində əslinsə cinsi oriyentasiyasına müraciət edirdi. Bəzi iddialara görə Çiçerinin cavanlığında Mixail Kuzminlə yaxın dost olmasının təməlində ikisinin də homoseksual olması var idi ve eşq yaşamışdılar.[101][102][103][104] Digər homoseksual şəxslərlə olan əlaqəsi 1918-ci ildə Rusiyaya qayıtmasından və Xarici İşlər Komissarlığındakı vəzifəsindən sonra kəsildi.[105] 1925-ci ildən sonra sovet vəzifəliləri homoseksuallığını dəyərləndirmək üçün Çiçerini bir sıra klinik tədqiqatlardan keçirmişdilər.[106]
Çiçerin ümumiyyətcə özünə qapalı, təvazökar və utancaq idi. Yığıncaqlarda və ya rəsmi görüşlərdə müzakirələrini sakincə aparardı.[12][95][107] Əcnəbi diplomatlarla adətən müavini Maksim Litvinov maraqlanardı.[108]
Komintern ilə münasibətlər
Çiçerin Xarici İşlər Komissarı olaraq vəzifəsinə gəldikdə inqilabın yayılması məqsədilə propaqanda vəzifələrini öz boynuna götürdü.[109] 2 mart 1919-cu il tarixində "silahlı qüvvələr daxil olmaqla bütün mövcud vasitələrlə beynəlxalq burjuaziya devirmək və dövlətin tamamilə məhv edilməsi üçün keçiş mərhələsi olan Beynəlxalq Sovet Respublikasını yaratmaq" məqsədilə qurulan Kommunist İnternasionalının birinci qurultayına sədrlik edən beş nəfərdən biri idi.[110][111] Açıq şəkildə hökumət devirmə çağırışları edən Kominternin mövcudluğu dünyadaki bir çox hökumətin şikayətinə səbəb oldu.[112] Bir tərəfdən dünyanın hər yerində inqilab üçün səy göstərən və bu məqsədlə fəaliyyət göstərən qruplara dəstək verən Çiçerin, digər tərəfdən də eyni ölkələrlə diplomatik münasibətlər qurmağa cəhd göstərdiyi üçün müxtəlif problemlər yaşadı.[113] Kominternin və Xarici İşlər Komissarlığının ilkin məqsədi hər zaman mövcud siyasi vəziyyətdən asılı idi. Lazımi hesab edilən əsas mövzular Politbüronun qərarlarına görə dəyişirdi,[114] ancaq hər şəkildə diplomatik və inqilabi fəaıiyyətlərdən birlikdə bir siyasət vasitəsi olaraq istifadə edilirdi.[114]
Vətəndaş müharibəsi, qonşu ölkələrlə münasibətlər və müqavilələr
Son illəri və vəfatı
İrsi
Ölümündən dərhal onra Sovet İttifaqı Kommunist Partiyasının rəsmi tarixindən çıxarıldı.[115] Sonrakı illərdə Sovet ədəbiyyatında nadir halda bəhs edildi. Sovet Diplomatiya Məqaləsindəki, Litvinovun 92-ci səhifə və Vyaçeslav Molotovun 292-ci səhifədə yer aldığı "Xarici İşlər Komissarları" hissəsində Çiçerin 52-ci səhifədə yer aldı.[115][116][117] Stalinin ölümündən sonra Andrey Qromiko tərəfindən adı yenidən ön plana çıxarıldı və diplomatiyaya töhfələri dəfələrlə vurğulandı.[118]
Moskvada işlədiyi binanın divarında Çiçerinin xatirəsinə həsr edilmiş bir lövhə mövcuddur. Çiçerin küçəsi adı Moskvada, Orenburqda, Çelyabinskdə, Tambovda, Peterhofda, Kaluqada və Minskdə mövcud olan küçələrə verilmişdir.[lower-alpha 3] 1972-ci ildə Çiçerinin xatirəsinə sovet poçt markası buraxılmışdır. Eyni zamanda adı Rusiyadakı bir kruz gəmisinə verilmişdir.[119]
1986-cı ildə "Mosfilm" kinostudiyası tərəfindən Çiçerinin həyatından bəhs edən iki hissəli Çiçerinin adının verildiyi film ekranlaşdırılmışdır.[120]
Qeydlər
- 1944-cü ildə vəzifə yenidən təsis ediləndə.
- Lenin, bu pulları istifadə etmək məqsədilə 1908-ci ilin yanvar ayında Avropada pulları fərqli məkanlarda fərqli şəxslərin vasitəsilə hazırlayacaq bir plan hazırladı. Lakin bu plan müvəffəqiyyətli olmadı, bir çox şəxsin həbs olunmasına və hadisənin daha da tanınan hala gətirilib çıxarılmasına səbəb oldu.[42]
- Çiçerinin adına müxtəlif məkanlarda Çiçerin küçəsi olaraq adlandırma olsa da bu küçələrin bəziləri Georgi Çiçerinin adına deyil, özünün doğma nəsli olan Çiçerin ailəsindəki digər önəmli şəxslərin adına həsr edilmişdir.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Georgy Vasilyevich Chicherin // Encyclopædia Britannica (ing.).
- Чичерин Георгий Васильевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- Deutscher, 1997. səh. 540
- Debo, 1964. səh. 2
- OConnor, 1988. səh. 3
- "ЧИЧЕРИН Василий Николаевич" ( (rus.)). Museum.ru. 16 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2018.
- Gazenvinkel, 1893
- Meyendorff, 1971. səh. 175
- Jackson, 1989. səh. 119
- VonLauet, 1953. səh. 249
- Soviet, 1989. səh. 752
- Andreyev, 2003. səh. 76
- Deutscher, 1997. səh. 222
- OConnor, 1988. səh. 7
- Debo, 1964. səh. 7
- Debo, 1964. səh. 6-7
- Debo, 1964. səh. 8
- Gorodetski, 1994. səh. 23
- Meyendorff, 1971. səh. 173
- OConnor, 1988. səh. 8
- Debo, 1966. səh. 651
- VonLauet, 1953. səh. 250
- OConnor, 1988. səh. 7-8
- Debo, 1964. səh. 8-9
- OConnor, 1988. səh. 8-9
- Debo, 1964. səh. 9
- OConnor, 1988. səh. 11
- OConnor, 1988. səh. 12-13
- Debo, 1964. səh. 12-13
- Debo, 1964. səh. 13
- OConnor, 1988. səh. 16
- Debo, 1964. səh. 21-22
- Debo, 1964. səh. 21
- OConnor, 1988. səh. 17
- Debo, 1964. səh. 26
- OConnor, 1988. səh. 18
- Debo, 1964. səh. 27
- Brackman, 2000. səh. 58
- OConnor, 1988. səh. 20
- Debo, 1964. səh. 27-29
- OConnor, 1988. səh. 29
- OConnor, 1988. səh. 24
- Debo, 1964. səh. 34
- OConnor, 1988. səh. 29-30
- Debo, 1964. səh. 41
- Debo, 1964. səh. 42
- Debo, 1964. səh. 43
- OConnor, 1988. səh. 32
- Debo, 1964. səh. 50
- Debo, 1966. səh. 653
- OConnor, 1988. səh. 33
- Debo, 1964. səh. 55
- Debo, 1964. səh. 49
- Debo, 1966. səh. 656
- OConnor, 1988. səh. 41
- Debo, 1966. səh. 655
- OConnor, 1988. səh. 38
- Debo, 1964. səh. 59-61
- Debo, 1966. səh. 657
- Debo, 1964. səh. 64-65
- Debo, 1964. səh. 70
- OConnor, 1988. səh. 42
- Debo, 1964. səh. 76
- OConnor, 1988. səh. 42-44
- Debo, 1964. səh. 74
- Debo, 1966. səh. 658
- Debo, 1964. səh. 72-73
- Debo, 1966. səh. 658-659
- OConnor, 1988. səh. 44
- Debo, 1966. səh. 660
- OConnor, 1988. səh. 45
- Debo, 1964. səh. 83
- Debo, 1964. səh. 84
- Debo, 1966. səh. 661-662
- Debo, 1964. səh. 93-94
- OConnor, 1988. səh. 46
- VonLauet, 1953. səh. 247
- OConnor, 1988. səh. 48
- Debo, 1964. səh. 97
- VonLauet, 1953. səh. 235
- Debo, 1964. səh. 107
- OConnor, 1988. səh. 49
- OConnor, 1988. səh. 50
- Debo, 1964. səh. 107, 192
- VonLauet, 1953. səh. 248
- OConnor, 1988. səh. 57
- Debo, 1964. səh. 96
- OConnor, 1988. səh. 51
- OConnor, 1988. səh. 51, 53
- OConnor, 1988. səh. 54-55
- Debo, 1964. səh. 185-186
- Andreyev, 2003. səh. 77
- Debo, 1964. səh. 186
- Debo, 1964. səh. 182, 379
- Debo, 1964. səh. 184
- OConnor, 1988. səh. 52
- Debo, 1964. səh. 185
- OConnor, 1988. səh. 55
- Bogomolov, 2013. səh. 416
- Klösch, 2012
- Dinçel, 2010
- Dynes, 1992. səh. 189
- Dynes, 1992. səh. 178-179
- Dynes, 1992. səh. 179
- OConnor, 1988. səh. 53
- OConnor, 1988. səh. 53, 57
- OConnor, 1988. səh. 146
- VonLauet, 1953. səh. 241
- Volkogonov, 1998. səh. 45
- Debo, 1964. səh. 161
- OConnor, 1988. səh. 152
- VonLauet, 1953. səh. 244-245
- Medvedev, 1971. səh. 202
- Gordon, 1953. səh. 375
- Doveton, 2013. səh. 471
- OConnor, 1988. səh. 168
- "Описание теплохода «Георгий Чичерин» (проект 302)" ( (rus.)). Vodohod.spb.ru. 2017-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2019.
- "Чичерин" ( (rus.)). Mosfilm. 24 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2019.
Ədəbiyyat
- Andreyev, Alexandre. Soviet Russia and Tibet: The Debacle of Secret Diplomacy, 1918-1930s (ingilis). Brill Academic Publishers. 2003. ISBN 9789004129528.
- Benhür, Çağatay. "1920'li Yıllarda Türk-Sovyet İlişkileri: Kronolojik bir çalışma". Selçuk Üniversitesi Türkiyat Araştırmaları journalsi. 1 (24). 2008: 277–313.
- Bıyıklı, Mustafa. Kaynakçalı Türk dış politikası kronolojisi: (1918-1938). İstanbul: Hiperlink Yayınları. 2011. ISBN 978-9944-157-34-6.
- Brackman, Roman. The Secret File of Joseph Stalin: a Hidden Life (ingilis). Portland: Psychology Press. 2000. ISBN 978-0-7146-5050-0.
- Malmstad, Yonne, Bogomolov, Nikolay Alekseviç. Михаил Кузмин (rus). Molodaya Gvardiya. 2013. ISBN 978-5-235-03634-5.
- Debo, Richard Kent. George Chicherin : Soviet Russia's second Foreign Commissar (ingilis). University of Nebraska. 1964. OCLC 33387881.
- Debo, Richard Kent. "The Making of a Bolshevik: Georgii Chicherin in England 1914-1918". Slavic Review. 25 (4). 1966: 651–662.
- Deutscher, Isaac. The Prophet Armed: Trotsky, 1879-1921 (ingilis). Replica Books. 1997. ISBN 9780735100145.
- Dinçel, Birol. "Devrim Ufkunda Ortaklaşma". Kaos GL (112). 2010: 24–25. 10 Eylül 2010 tarixində arxivləşdirilib.
- Dyck, Harvey L. "German-Soviet Relations and the Anglo-Soviet Break, 1927". Slavic Review. 25 (1). 1966: 67–83.
- Dynes, Wayne R. History of Homosexuality in Europe and America (ingilis). Taylor & Francis. 1992. ISBN 9780815305507.
- Frattini, Eric. The Entity: Five Centuries of Secret Vatican Espionage (ingilis). 2008.
- Haslam, Jonathan. Soviet Foreign Policy, 1930-33: The Impact of the Depression (ingilis). Palgrave Macmillan. 1983. ISBN 9780333300497.
- Gazenvinkel, Konstantin Borisoviç. "Сибирский губернатор Д. И. Чичерин". Istoricheski Vestnik. 52 (6). 1893: 783–790.
- Holroyd-Doveton, John. Maxim Litvinov: A Biography (ingilis). Woodlands. 2013. ISBN 9780957296107.
- Gilbert, Felix, Gordon, Aleksandr Craig. The Diplomats, 1919-1939 (ingilis). Princeton University Press. 1953. ISBN 0691036608.
- Gorodetski, Gabriel. Soviet Foreign Policy 1917-1991: A Retrospective (ingilis). Londra: Psychology Press. 1994. ISBN 0-7146-4506-0.
- Hovannisian, Richard. The Armenians: Past and Present in the Making of National Identity (ingilis). New York: Routledge. 2004. ISBN 9780203004937.
- Robert James Devlin, George Jackson. Dictionary of the Russian Revolution (ingilis). Greenwood Press. 1989. ISBN 0313211310.
- Arthur, Klösch. "Русский гомосексуал (1905—1938 гг.): парадоксы восприятия". Новое литературное обозрение (117). may 2012. ISSN 0869-6365.
- Medvedev, Roy. Let History Judge: The Origins and Consequences of Stalinism (ingilis). Londra: Knopf. 1971. ISBN 0-394-44645-3.
- Meyendorff, Baron Aleksandr. "My Cousin, Foreign Commissar Chicherin". The Russian Review. 30 (2). aprel 1971. doi:10.2307/127897.
- O'Connor, Timothy Edward. Diplomacy and Revolution: G.V. Chicherin and Soviet Foreign Affairs, 1918-1930 (ingilis). Ames: Iowa State University Press. 1988. ISBN 0-8138-0367-5.
- Reiman, Michal. The Birth of Stalinism: The USSR on the Eve of the "Second Revolution" (ingilis). Indiana University Press. 1987. ISBN 0253311969.
- Sontag, John P. "The Soviet War Scare of 1926-27". Russian Review. 34 (1). yanvar 1975.
- Volkogonov, Dmitri. The Rise and Fall of the Soviet Empire: Political Leaders from Lenin to Gorbachev (ingilis). HarperCollins. 1998.
- Деятели СССР и революционного движения России (Rusça). Moskova: Böyük Sovet Ensiklopediyası. 1989. ISBN 5-85270-028-2.
- Von Laue, Theodore H. Soviet Diplomacy: G. V. Chicherin, People's Commissar for Foreign Affairs, 1918–1930 (ingilis). Princeton University Press. 1953. ISBN 9780691036601.
- Zürcher, Erik Jan. Turkey: A Modern History (ingilis). I. B. Tauris. 2004. ISBN 1860649580.