Corc Smit Patton
George Smith Patton, Jr. (11 noyabr 1885[1][2][…], San Qabriel[d], Kaliforniya – 21 dekabr 1945[1][2][…], Heydelberq, Almaniyanın Amerika tərəfindən ələ keçirilmiş ərazisi[d][3]) İkinci Dünya Müharibəsində Amerika Ordusunun aparıcı komandirlərindən biri olmuşdur. Tanklarla İkinci Dünya Müharibəsinin taleyini dəyişdirmişdir. 36 illik ordu həyatında həmişə müharibələrdə zirehli birləşmələrin əhəmiyyətini müdafiə etmiş və bunu İkinci Dünya Müharibəsi dövründə sübut etmişdir. Şimali Afrika Cəbhəsində tank korpusunun komandiri və Husky Əməliyyatında zirehli ordu komandiri olmuşdur.
Corc Smit Patton | |
---|---|
ing. George Smith Patton, Jr. | |
Doğum tarixi | 11 noyabr 1885[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 21 dekabr 1945[1][2][…] (60 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Təhsili | |
Fəaliyyəti | avtobioqraf[d], zabit, üzgüçü[d] |
Fəaliyyət illəri | 1909-cu ildən |
Vikianbarda əlaqəli mediafayllar |
İtaliyanın işğalı zamanı komandanlığı altında olan bəzi əsgərlərlə pis rəftar etdiyi əsas gətirilərək Normandiya əməliyyatı zamanı ehtiyatda saxlanılmışdır. Ancaq Normandiya çıxarmasından sonra, müttəfiq qoşunları Alman müdafiəsi qarşısında irəliləyə bilmədikdən sonra, Dwight Eisenhower tərəfindən zirehli ordu qrupunun komandiri olaraq yenidən vəzifəsinə çağırılmışdır. Fransanın işğalı zamanı komandirlik etdiyi zirehli birləşmələr, tələb ediləndən çox daha sürətli formada Alman xətlərinin arxasına keçdikdə, yanacaq tədarükü dayandırılmış və o arxadan gələn qoşunları gözləmək məcburiyyətində qalmışdır. Qışda Ardennada sonuncu dəfə əks-hücuma keçərək Müttəfiq Ordularını çətin vəziyyətə salan feldmarşal Gerd von Rundstedtin komandanlığı altındakı Alman Ordularını məğlub etmişdir.
Qərbi Almaniyanı işğal etdikdən sonra Sovet qoşunlarını Elba çayının kənarında dayandırmışdır. Daha sonra Alman ordusunu da müttəfiq olaraq qəbul edərək ümumi bir şəkildə Sovet İttifaqına girməyin lazım olduğunu söylədikdən bir neçə gün sonra Almaniyada şübhəli bir avtomobil qəzasında öldü. Patton, Üçüncü Ordunun digər üzvləri ilə birlikdə Lüksemburqun Hamm kəndindəki Lüksemburq Amerika Qəbiristanlığı Memorialında dəfn edilmişdir.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Lovelace A. George Patton // Encyclopædia Britannica (ing.).
- Deutsche Nationalbibliothek Record #119344106 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.