George Haci

George Haci (rum. Gheorghe Hagi; 5 fevral 1965[1][2]) — rumın futbol yarımmüdafiəçisi; XX əsrin ən yaxşı rumın futbolçusu. 2001-ci ildən məşqçi kimi fəaliyyət göstərir.

George Haci
rum. Gheorghe Hagi
Ümumi məlumatlar
Doğum tarixi 5 fevral 1965(1965-02-05)[1][2] (59 yaş)
Vətəndaşlığı
Boyu 174 sm
Çəkisi 73 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
1978–1980 Rumıniya "Farul" (Konstansa)
1980–1981 Rumıniya "Luçaferul" (Buxarest)
1981–1982 Rumıniya "Farul" (Konstansa)
Klub karyerası[* 1]
1982–1983 Rumıniya "Farul" (Konstansa) 18 (7)
1983–1987 Rumıniya "Sportul" (Buxarest) 108 (58)
1987–1990 Rumıniya "Styaua" (Buxarest) 97 (76)
1990–1992 İspaniya "Real" (Madrid) 64 (16)
1992–1994 İtaliya "Breşiya" 61 (14)
1994–1996 İspaniya "Barselona" 36 (7)
1996–2001 Türkiyə "Qalatasaray" (İstanbul) 132 (59)
Cəmi 516 (257)
Milli yığma[* 2]
1983–2000 Rumıniya Rumıniya 125 (35)
Məşqçisi olduğu klublar
2001 Rumıniya Rumıniya
2003–2004 Türkiyə "Bursaspor" (Bursa)
2004–2005 Türkiyə "Qalatasaray" (İstanbul)
2005–2006 Rumıniya "Politexnika" (Timişoara)
2007 Rumıniya "Styaua" (Buxarest)
2010–2011 Türkiyə "Qalatasaray" (İstanbul)
2014–dən Rumıniya "Viitorul"

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

George Haci 5 fevral 1965-ci ildə Rumıniyada Konstansa vilayətinin Seçele kəndində anadan olmuşdur.

Onun özündən böyük Elena və Sultan adında iki bacısı var. 6 yaşında ikən anası Çirata ona həyatını dəyişdirəcək və heç vaxt unutmayacağı bir hədiyyə verir nu futbol topu idi.

Klub karyerası

"Farul"

Hacini ilk kəşf edən "Farul" (Konstansa) klubunun gənclərdən ibarət heyətini çalışdıran İosif Bukossi olmuşdur. Sonradan Hacinin futbolçu olmasında onun böyük əməyi vardır.

Haci ilk rəsmi matçına 11 yaşında çıxmışdır. 1979/1980 mövsümündə lisenziyalı olaraq "Farul" (Konstansa) komandasının oyunçusu olub.

"Sportul"

1983-cü ildə imtahan vermədən universitetə daxil olmaq üçün "Universitatya Krayova" komandasıyla müqavilə bağlayır. Bundan Rumıniya Sosialist Respublikasının prezidenti, diktator Nikolae Çauşeskunun oğlu Niku xəbər tutur və dərhal Hacini Buxarestdə bir universitetə yazdırır və onu fəxri prezidenti olduğu "Sportul Studentes"ə transfer edir. Haci 1983–1987-ci illərdə formasını geyindiyi "Sportul"da 108 matça çıxmış və 58 qola imza atmışdır.

"Styaua"

Hacinin uğurları Çauşeskunun böyük oğlu Valentinin də diqqətini çəkir. Qardaşı ilə arası heç də yaxşı olmayan Valentin Hacini ordu komandası olan "Styaua"ya transfer edir. Həmin vaxt Buxarest klubu Avropa Çempionlar Kubokunun qalibi olmuşdu. Avropa Superkuboku uğrunda keçirilən oyunda isə artıq Haci də heyətdə idi. Həmin matç Hacinin vurduğu yeganə qolla – 1:0 hesabı ilə başa çatır.

Bundan başqa, "Styaua"dakı ilk ilində Rumıniya Kuboku və Rumıniya Liqa Çempionluğunu yaşayan Haci daha sonra bu komanda ilə 1 Rumıniya Kuboku və 2 çempionluq qazanmışdır.

"Styaua"da oynadığı dövrdə "Yuventus", "Liverpul", "Çelsi" və ən çox da "Milan" kimi güclü klublar tərəfindən dəfələrlə transfer edilmək istənilsə də, dövrün kommunist rejimi səbəbiylə bu baş tutmur.

"Real"

1990/1991 mövsümündə ölkədəki kommunist rejiminin dəyişməsindən sonra Haci 25 yaşında ikən İspaniyanın dünyaca məşhur klubu olan Madrid "Real"ına transfer olur. Bu transferi Madrid klubu heç də asan başa gəlmir. İspanlar 4 milyon dollara – o dövrə üçün rekord sayılan ödəniş qarşılığında onu transfer edə bilirlər.

1990–1992-ci illərdə formasını geyindiyi "Real"da Toşak və Antiç kimi mütəxəssislərlə çalışır; 64 oyunda 16 qol vurur.

"Breşiya"

Madriddə istədiyi uğuru əldə edə bilməyən futbolçu 2 mövsüm sonra – 1992-ci ildə İtaliyaya yollanaraq, "Breşiya" klubuna transfer olunur. "Breşiya"dakı ilk ilində klub elitanı tərk edən zaman yeni transfer təkliflərinə baxmayaraq, Haci komandadan ayrılmır. Klubdakı ikinci ilində "Breşiya" tarixindəki ən diqqətçəkən uğurlardan birinə imza atır: İngiltərə və İtaliya klublarının iştirak etdiyi "Anqlo-İtaliya Kuboku"nu qazandı.

"Barselona"

"Barselona"nın holland baş məşqçisi Yohan Kroyffun səyləri nəticəsində 1994/1995 mövsümündə Haci yenidən İspaniyaya qayıtdı. Burada iki mövsüm çıxış edir və 36 oyunda 7 qol vurdu.

"Qalatasaray"

Hacinin karyerasında ən uzun müddət və ən çox meydana çıxdığı klub məhz "Qalatasaray" olmuşdur. O, İstanbulda 5 mövsüm çıxış etmişdir.

Hacinin "Qalatasaray"a transferi Türkiyə mətbuatında tənqidlərlə qarşılandı. Onun yaşının əslində 31 yox, 35 olduğu iddia edildi. Qeyd edək ki, bu həm də onun transferində növbəti rekord qiymət idi.

Haci tənqidlərə meydanda qarşılıq verəcəyini deyərək, "Qalatasaray"dakı ilk üç çempionat matçında qələbə gətirən qolları vurur. Növbəti illərdə isə Haci komandanın lideri olur. Komandaya qazandırdığı kuboklarla yanaşı, oynadığı 132 matçda 59 qol vurdu və daha 51 dəfə isə qol vurdurur.

"Qalatasaray"da oynadığı 5 mövsümdə UEFA Kuboku, Avropa Superkuboku, 4 Superliqa çempionluğu, 2 Türkiyə kuboku və 1 Cumhurbaşkanlığı Kubokunu qazanmışdır.

Onun bu klubdakı uğurları fanatlar tərəfindən "I love you Hagi" şüarını yaratmışdı. Türklərin inanılmaz "10 nömrə" adlandırdığı Haci sərt, dəqiq zərbələri və ecazkar cərimə zərbələriylə "Qalatasaray" azarkeşlərinin qəlbində taxt quraraq, unudulmazlar sırasına daxil olmuşdur.

Milli komanda karyerası

George Haci 1983–2000-ci illərdə 125 dəfə Rumıniya millisinin formasını geyinmiş və 35 qol vurmuşdur.

Məşqçilik karyerası

Məşqçilik karyerasına Rumıniya milli komandasında başlayan George Haci, sonradan "Bursaspor", "Qalatasaray", "Politexnika", "Styaua" kimi klubları çalışdırmışdır.

2014-cü ildən isə o, Rumıniya Liqa 1-ində çıxış edən "Viitorul" klubunun baş məşqçisidir.

Ləqəbi

Ona "Karpat Maradonası" ləqəbi verilib. Lakin bu ləqəbi özü heç vaxt bəyənməyib. Ölkəsində dostları onu "Qiça" ləqəbiylə çağırıb.

Klub statistikası

Mənbələr:[3][4][5][6][7]

Klub performansı Çempionat Kubok Digər Qitə[nb 1] Total
Mövsüm Klub Çempionat OyunQol OyunQol OyunQol OyunQol OyunQol
Rumıniya Çempionat Rumıniya Kuboku Rumıniya Liqası Avropa Cəmi
1982–83"Farul" (Konstansa)Divizia A187187
1983–84"Sportul" (Buxarest)Divizia A31220332
1984–853020203220
1985–863131233334
1986–8716541206
1986–87"Styaua" (Buxarest)Divizia A1410111511
1987–883125843929
1988–893031963937
1989–902210312511
İspaniya Çempionat Kopa del Rey Superkubok Avropa Cəmi
1990–91"Real" (Madrid)La Liqa294001040344
1991–923512511035016
İtaliya Çempionat Kubok Superkubok Avropa Cəmi
1992–93"Breşiya"İtaliya A Seriyası315315
1993–94İtaliya B Seriyası309309
İspaniya Çempionat Kopa del Rey Superkubok Avropa Cəmi
1994–95"Barselona"La Liqa174212020235
1995–961934053286
Türkiyə Çempionat Kubok Superkubok Avropa Cəmi
1996–97"Qalatasaray" (İstanbul)Türkiyə Super Liqası30141220313617
1997–98308600060428
1998–99281441834018
1999–001912311543717
2000–012511101123713
ÖlkəRumıniya 2231411763116271163
İspaniya 100231123021613531
İtaliya 6114426516
Türkiyə 1325915420431019273
Yekun 5162374714509532663283

Milli komanda statistikası

Mənbə:[8][9]

Rumıniya milli futbol komandası
İlOyunQol
198350
198491
1985104
198683
198782
198842
198980
1990112
199162
199254
199351
1994115
199531
199681
199764
199871
199942
200060
Yekun12435

Qeydlər

  1. Buraya UEFA Çempionlar Liqası, UEFA Kuboku, UEFA Kuboklar KubokuUEFA Superkuboku (1986, 2000) daxildir

Mənbə

İstinadlar

  1. Gheorghe Hagi // Transfermarkt (çd.). 2000.
  2. Gheorghe Hagi // Enciclopèdia de l'esport català (kat.). Grup Enciclopèdia, 2012.
  3. "Gheorghe Hagi career stats". Football Database.eu. 23 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2012.
  4. "George Haci". National Football Teams. İstifadə tarixi: 15 February 2013.
  5. "Spanish La Liga & Segunda stats". LFP. 25 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 February 2013.
  6. "Gheorghe Hagi Turkey stats". TFF. İstifadə tarixi: 17 July 2012.
  7. "Gheorghe Hagi – Matches in European Cups". RSSSF. 28 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2012.
  8. "Gheorghe Hagi – Century of International Appearances" Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine. RSSSF. Retrieved 17 July 2012.
  9. Gheorghe HAGI Arxivləşdirilib 2012-05-20 at the Wayback Machine. FRF. Retrieved 17 July 2012.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.