Geodeziya

Geodeziya - yunan sözü olub, yerin bölünməsi deməkdir. Yerin bütövlükdə və yaxud onun ayrı-ayrı hissələrinin forma və ölçülərini, xəritə və planlarda yerin fiziki səthinin təsvirini almaq üçün eləcə də müxtəlif növ mühəndis məsələlərinin həllini təmin etmək və yer üzərində ölçmələrin yerinə yetirilmə metodlarını öyrənir.

Yerin fırlanması

Geodeziya - "Sferoidik geodeziya", "Fiziki geodeziya", "Peyk geodeziyası", "Geodezik astronomiya", "Kosmik geodeziya", "Geodeziya ölçmələrinin riyazi hesablanılması nəzəriyyəsi (Tarazılaşdırma nəzəriyyəsi)", "Topoqrafiya, "Tətbiqi (mühəndisi) geodeziya", "Alətşünaslıq və metrologiya", "Geodezik ölçmə metodları" kimi bölmələrdən ibarətdir.~~~~

Yerin Apollo 17-dən görünüşü

Geodeziyanın tarixi inkişafı

Geodeziya – qədim elmlər sırasına aiddir. Belə ki, hələ bizim eramızdan əvvəl IV – III minillikdə qədim Misirdə çoxlu sayda böyük ölçülü müdafiə qurğuları, istehkamları, suvarma sistemləri, piramidalar, eləcə də çoxlu sayda saraylar, məbədlər və digər tikililər inşa edilmişdir. Oxşar tikililərə qədim Çində, Hindistanda, Yunanıstanda da rast gəlinir. İsbat edilmişdir ki, geodeziya ölçmələri olmadan belə nəhəng tiklillərin tikilməsi qeyri – mümkün olardı. O zamanlarda, hətta qəbilələr öz torpaq sahələrini yer üzərində bölünməsi və qeydiyyatını həyata keçirmişdir ki, bu da geodeziya elminin qədimliyinə bir daha işarədir.

Geodeziyanın elmi məsələsi e.ə.VI – IV əsrlərdə Aristotel α Pifaqorun yerin kürə şəkilli olması haqqında söylədiyi fərziyyədən sonra meydana çıxmışdır. Elmi məsələnin həlli istiqamətində yəni yer kürəsinin radiusunun təyini ilə bağlı ölçmə işləri e.ə. III əsrdə Eratosfen tərəfindən həyata keçirilmişdir. Eratosfen yerin kürə şəkilli olmasını nəzərə almaqla ilk xəritələri təsvir etdi. α, bu tarix (e.ə. III əsr) kartoqrafiya elminin yarandığı tarix sayılır. Yer kürəsinin radiusunu müasir nəticələrdən çox kiçik (0,9 km – 900 m) fərqlənməklə ilk təyin edənlər bizim eranın 827-ci ildə ərəblər olub. Geodeziya elmi çox ciddi şəkildə hərtərəfli inkişafa XVI əsrdən başlayaraq nail olmuşdur. Buna bir sıra səbəblər imkan vermişlər.

Bu səbəblərə XVI əsrdə İtalyan astronomu Qalileyin teleskopu kəşf etməsi XVII əsrdə xüsusi ölçülü qurğusunun vernyer α bu əsasda yeni geodeziya ölçmə alətlərinin yaranması səbəb olmuşdur. XVIII əsrdən başlayaraq bir sıra ölkələr o cümlədən Çar Rusiyası öz ərazisində geniş planaalma işinə başladı. İşlərinicraçısı kimi peterburqda 1822-ci ildə hərbi topoqrafiyalar korpusu yaranır. Həmin korpusun müdavinləri başda polkovnik Xodzko olmaqla bizim ərazimizdə də ilk elmi əsaslı geodeziya ölçmələri aparılmışdır.

Bu dövrdə Zaqafqaziyada məşhur olan Şamxor bazisi yaradılmış və ölkə ərazisində trianqulyasiya şəbəkəsi yaradılmışdır. Sovetlər dövründə geodeziya kartoqrafiya işlərini o cümlədən bugünkü Azərbaycan ərazisində 15 mart 1919-cu ildə Vladimir İliç Leninin sərəncamı ilə yaradılmış baş geodeziya idarəsi həyata keçirilmişdir. Sonralar bu idarənin əsasında 1936-cı ildə QUGK (ГУГК - Главное Управление Геодезиия и Картографии) Baş Geodeziya və Kartoqrafiya İdarəsi yaradıldı. QUGK (ГУГК - Главное Управление Геодезиия и Картографии)-un keçmiş SSRİ ərazisinin müxtəlif rayonlarında müəssisələri fəaliyyət göstərmişdir. O cümlədən 1971-ci ildən Bakıda 16 nömrəli müəssisə yaradılmışdır. 1971-ci ilə qədər olan dövrdə geodeziya və kartoqrafiya işlərinin Azərbaycan ərazisində Tbilisi (4) müəssisəsi, Moskva (7) müəssisəsi və digər ittifaq tabeçiliyində olan geodeziya və kartoqrafiya müəssisələri həyata keçirilmişdir.

16 nömrəli müəssisə 1986-cı ildə Azərbaycan Aerogeodeziya İstehsalat Birliyinə və nəhayət Azərbaycan müstəqillik əldə etdikdən sonra 1991-ci ildə Dövlət Geodeziya və Kartoqrafiya Komitəsinə çevrildi. 2001-ci ildən Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi Torpaq Komitəsi ilə birləşərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradıldı. 2015-ci ildə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, funksiyaları iki təşkilat - Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Əmlka Məsələləri Dövlət Komitəsi arasında bölüşdürüldü. Komitəin geodeziya və kartoqrafiya ilə əlaqədar funksiyaları ETSN-nə verilərək ETSN yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradıldı. Hazırda Azərbaycan ərazisində dövlət əhəmiyyətli geodeziya-kartoqrafiya siyasətini və işlərini Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi həyata keçirir. Azərbaycanda geodeziya kartoqrafiya yönümlü mütəxxəssis (Geodeziya və Kartoqrafiya mühəndisi) hazırlığı Bakı Dövlət Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində və bir sıra kolleclərdə hazırlanır.

Ayrıca bax

Xarici keçidlər

Mənbə

  • Bakı Dövlət Universiteti, Coğrafiya fakültəsi, Geodeziya və Kartoqrafiya kafedrası
  • Piriyev R.X. Geodezihyanın əsasları və topoqrafiya. Bakı, 1994.
  • Məmmədov Q.Ş, Əhmədov İ.H. Geodeziya. Bakı, 2002.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.