Soyqırım
Soyqırımı və ya genosid (yun. γένος — nəsil и lat. caedo — öldürürəm sözlərindən) – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi; kütləvi şiddət forması. Bu, "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri" kimi nəzərdə tutulmuşdur.
Ümumi hökmlər |
Beynəlxalq cinayətlər |
Kütləvi qətl İnsan alveri Soyqırım Müharibə İmmiqrant qaçaqçılığı Terrorizm |
Şəxsə qarşı törədilən cinayətlər |
Qətl Sifarişli qətl Adamöldürmə Övlad qətli Ata qətli Ehtiyatsızlıqdan qətl Linç mühakiməsi Namus qətli Ayin qətli İntihar Duel Padşahöldürmə Adam yaralama İşgəncə Əziyyət Cinsi təcavüz Uşaqların cinsi istismarı Şantaj Təhlükə Təhqir Oğurluq Təhrik Dələduzluq |
Qatil |
Muzdlu qatil Seriyalı qatil Kamikadze • Assasin |
Kriminal olmayan qətl |
Ölüm hökmü Evtanaziya • Abort |
Millətə və dövlətə qarşı cinayətlər |
Rüşvət Vəzifədən sui-istifadə Böhtan Yalandan şahidlik etmək Respublikanı, Dövlətin təşkilat və orqanlarını alçaltma Dövlətin birliyini və ölkə bütövlüyünü pozmaq Hərbi xidmətdən boyunqaçırma Vətənə xəyanət |
Hüquq portalı |
SCQACK-nın preambulasında soyqırım yalnız "beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət" hesab edilmir, həmçinin "bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi" sayılır.
Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırım cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqrım cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir.
Hansı tarixi hadisələrin soyqırım, hansıların isə daha az kriminal və ya qeyri-insani əməl olduğunu müəyyən etmək çətindir. Soyqırım ittihamlarının cərəyan etdiyi demək olar ki, hər bir hadisədə müxtəlif mövqelərin tərəfdarları faktların geniş müxtəlif versiyalarını təşviq edərək hadisənin şərhlərini və detallarını qızğınlıqla müzakirə edirlər. Soyqırımı ittihamı sözsüz ki, tam aydın olmur və demək olar ki, həmişə ziddiyyətlər olur. Aşağıdakı soyqırımıların və soyqırım iddialarının siyahısı da bu kontekstdə anlaşılmalı və bu subyektlər barəsində son söz kimi qəbul edilməməlidir.
Soyqırımın alternativ anlayışları
"Soyqırım" sözünün müvafiq tərifi barədə bir çox debatlar keçirilir. SCQACK-da soyqırımın hədəfi kimi sosial və siyasi qrupların istisna olunması bəzi tarixçilər və sosioloqlar tərəfindən tənqid edilmişdir, məsələn, Hassan Kakar "Sovet müdaxiləsi və Əfqan cavabı: 1979–1982" kitabında bildirir ki, soyqırımın beynəlxalq tərifi çox məhduddur, bura siyasi və ya soyqırım törədən tərəfindən müəyyən olunan hər hansı qrup da əlavə olunmalıdır və Frenk Çok və Kurt Conassondan sitat gətirir: "Soyqırım soyqırımı törədənin müəyyənləşdirdiyi bir qrupun dövlət və ya başqa hakimiyyətin məhv etməyə çalışdığı birtərəfli kütləvi qırğınının bir formasıdır." Beynəlxalq hüququn soyqırıma verdiyi hal-hazırkı təriflə razılaşmayan bəzi tənqidçilər qeyd edirlər ki, bu tərifə Stalinin qismən təsiri olub, buna görə də orada siyasi qruplar nəzərdə tutulmayıb.
R. C. Rammelə görə soyqırımın 2 müxtəlif mənası var. Ənənəvi məna hökumət tərəfindən insanların milli, etnik, irqi və ya dini mənsubiyyətinə görə qətlidir. Leqal məna beynəlxalq razılıqla SCQACK-da ifadə olunub. Bura həmçinin doğumların qarşısının alınması və uşaqların zorla bir qrupdan digərinə köçürülməsi kimi öldürməklə əlaqəli olmayan elə hərəkətlər daxildir ki, qrupun məhvinə yönəlib. Əsas məna ənənəvi məna kimidir, bundan əlavə bura siyasi opponentlərin hakimiyyət tərəfindən öldürülməsi və başqa beynəlxalq qətllər daxildir. Bu qarışıqlıqdan yayınmaq üçün Rammel 3-cü məna üçün demosid ("democide") terminini yaratmışdır.
Soyqırımların zaman şkalası
1490-cı ildən əvvəl
Adam Cons özünün "Soyqırım: Ətraflı giriş" kitabında izah edir ki, tarix boyu insanların başqa qrupları yad kimi görmə qabiliyyətləri olub, Çok və Conassondan sitat gətirir: "Tarixi və antropoloji insanların özləri üçün həmişə bir adları olub. Əksər hallarda bu ad "xalq" olub və hər hansı yolla özlərindən daha keyfiyyətsiz hesab etdikləri başqa adamlara qarşı bu ad üzərində sahibliklərini yaradıblar. Xalq və bəzi başqa cəmiyyətlər arasındakı fərqlər din, dil, metod, adətlər və sairə ilə bağlı xüsusilə böyük olduğundan digərləri adi insana nisbətdə daha az qiymətləndirilib – kafirlər, barbarlar və ya hətta heyvanlar." (Çok və Conasson, "Soyqırımın tarixi və sosiologiyası", səhifə 28)
Cons davam edir: çox az xalq başqa bir qrupla daha rahat yaşaya bilir, çünki yadlar insandan daha aşağı qiymətləndirilir və buradan qısa bir arqument əldə edirlər ki, bizim yaşaya bilməmiz üçün onlar və ya biz məhv edilməliyik. Bu qiymətləndirmədən sonra Cons belə davam edir: "Frenk Çok və Kurt Conassonun erkən araşdırmalarında qeyd edildiyi kimi çətinlik ondadır ki, belə tarixi qeydlərin mövcudluğu ikibaşlı və qeyri-mötəbərdir. Belə ki, bu gün tarix bəzi sadiq "obyektiv" faktlarla, onu yazanın öz rəhbərini tərifləmək məqsədinə xidmət edən hesablamalarına və öz ilahlarının daha ali olmasını əsaslandırmaqla yazılır."
Antik dövr alimləri soyqırım (genosid) və cinslərin öldürüldüyü gendersidi fərqləndirirlər, lakin uşaqlar (xüsusilə qızlar) və qadınlar qalib cəmiyyətə daxil edilirdilər. Cons qeyd edir ki, "Çok və Conasson tarixi hadisələrin geniş səpkili təsnifatını aparırlar; Assuriya imperiyasının e.ə. I minilliyin I yarısındakı talanları, Peloponnes müharibələri zamanı (e.ə. V əsr) melosların Afina tərəfindən məhv edilməsi, Fukididin "Melian dialoqu"nda göstərdiyi gendersid çıxışlar."
Əhdi-ətiqdə (Tövrat) amaleklərin və midiyalıların soyqırımları təsvir edilir. Cons holokost araşdırmaları professoru Yehuda Bauerə istinad edir: "Bir yəhudi kimi mən öz qanunlarına əsasən soyqırım çağırışları ilə əhatə olunmuş irsi cəmiyyətdə yaşamağa məcburam."
Yu Dinq qeyd edir ki, Çjounun kralı Li (təxm. e.ə 828-ci il) ordusuna əmr vermişdir ki, qiyam edən ölkədə qoca və cavan heç kimi sağ qoymasınlar.
Yel Universitetindən Ben Kiernan III Pun müharibəsinin sonunda Karfagenin dağıdılmasını "İlk Soyqırım" kimi qələmə verir.
Ran Min (352-ci ildə ölüb) daha çox Vu Hunun bütün əmrlərini icra etməklə məşhur idi.
Tiele xalqına qarşı Xue Renguinin (614–683) kütləvi qırğın törətdiyi deyilir.
Yeni araşdırmalara görə Amerikan cənub-qərbində Anasazi qrupu təxminən 800-cü ildə baş vermiş soyqırım nəticəsində məhv edilmişdir. "Bu adamların hər birinin tarixi (o cümlədən Amerika hindiləri) qonşu tayfalar arasında demək olar ki, fasiləsiz mübarizə seriyasıdır" – Lüdvik Krjivitski qeyd edir. Müəllifə görə irokezlər Erini "məhv etmiş", İllinoysu "qarət" etmişdilər.
Erik Marqolisə əsaslanan Cons qeyd edir iki, 13-cü əsrdə monqol atlıları Çingiz xanın başçılığı ilə bütöv xalqları xarabalıq və sümüklərdən başqa heç nə qoymadan öldürən soyqırım törədiciləri idilər. O, əmr vermişdi ki, Tata monqollarını və Buxarada Kankalis kişilərini öldürsünlər. Rozanna Klass monqolların Əfqanıstandakı siyasətini soyqırım kimi təqdim edir. Monqolların Avropa işğalları zamanı sağ qalmış rahib Rocerius işğalın soyqırım əlamətindən başqa qeyd edirdi ki, monqollar xüsusilə alçaldılmış qadınlarla "rahatlıq tapırdılar". Çin bundan əhalisinin kəskin azalması kimi ziyan gördü. 1195-ci ildə Şimali Çinin əhalisi 50 milyon olaraq hesablanmış, 1235–1236-cı illərdəki birinci monqol siyahıyaalmasında isə bu rəqəm yalnız 8,5 milyon olmuşdu.
1471-ci ildə vyetnamlıların Çampaya hücumu zamanı vyetnamlılar Çam xalqına qarşı soyqırım törətmişlər, minlərlə çamlı öldürülmüş, Vyetnam sivilizasiyasına assimilyasiya olunmuşdu.
Amerikalılar
1490-cı ildən Xristofor Kolumb Amerikaya ayaq basandan Birləşmiş Ştatlar hərbisi tərəfindən Vaunded Nidə 1890-cı il Siu qırğını törədilənə qədər Qərb yarımkürəsinin yerli əhalisi birbaşa səbəb kimi əsasən xəstəliklərə görə azalaraq 100 milyondan 1,8 milyona düşmüşdür. Yalnız Braziliyada yerli əhali Kolumbaqədərki dövrdə olan 3 milyon nəfərdən 300 min nəfərədək azalmışdır (1997).
Kolumbun gəlişinə qədər Amerikada nə qədər insanın yaşaması barədə ehtimallar olduqca müxtəlifdir; 20-ci əsr alimləri ən azı 8,4 milyondan ən çoxu 112,5 milyona qədər hesablayıblar. Bu əhali debatları tez-tez ideoloji çalar alırdı. Robert Royal yazır ki, "Kolumbaqədərki əhali sayının hesablamaları çox siyasiləşdirilib, Avropanı və Qərb sivilizasiyasını tənqid edən alimlər çox böyük rəqəmlər göstərirlər."
Alimlər indi müxtəlif zidd faktorlar arasında yerli amerikalıların azalmasının birbaşa başlıca səbəbinin epidemik xəstəliklər olduğuna inanırlar. Avropalıların və afrikalıların ilk təmasından sonra ölən Yeni Dünya sakinlərinin 90–95%-i Köhnə Dünyanın çiçək, qızılca kimi xəstəliklərindən ölmüşdülər. Bəzi hesablamalar yerli amerikalıların ölümünün səbəbinə fantastik ölçüdə (80–90%) çiçəyin səbəb olduğunu göstərir.
Hələ də yüksək səviyyədə müzakirə olunan ən əhəmiyyətli informasiyalardan biri də Amerikanın yerli əhalisinə qəsdən etnosid kimi bilərəkdən xəstəliklərin bioloji silah olaraq tətbiq olunmasıdır. Bu ittiham ilk dəfə Ceffri Amhörstün başçılıq etdiyi Britaniya qüvvələrinə qarşı irəli sürülüb. Hər bir halda onun komandanlığı ilə bakterioloji hərbin tətbiqinə aid cəmi bir sənəd var.
Devid Stannard özünün "Amerika holokostu" kitabında qeyd edir ki, Amerikanın yerli əhalisinin məhvi avropalılar və onların varisləri tərəfindən "soyqırım zənciri"ndə dünya tarixinin ən kütləvi soyqırım aktıdır. Stannardın iddiası "bu, təbii olmayan, yerinə yetirilən dəqiq kindir" deyən Uord Çörcill tərəfindən davam etdirilmişdir. Stannardın 100 milyon ölü iddiasına etirazlar olmuşdur, çünki o, bu rəqəmi təsdiqləmək üçün heç bir demoqrafik göstərici verməmiş və buna görə də o, zorakılıq nəticəsində ölənlərlə xəstəlik nəticəsində ölənlər arasında fərq qoymamışdır. Latın Amerikalı və Florida Beynəlxalq Universitetinin professoru Nobl Devid Kuk, açıqlanması Kolumbun Amerikaya səyahətinin 500-cü ildönümünə təsadüf edən Stanfordun rəqəminə əsaslanmış və bununla əhali azalmasının izahının Qara Əfsanə kimi qeyri-məhsuldar növünə qayıtmışdır. "Köhnə və Yeni Dünyaların əlaqəyə başlamasından sonrakı bir əsr ərzində həlak olmuş yəhudiləri öldürmək üçün həddən az ispan var idi."
2003-cü ildə Venesuela prezidenti Huqo Çavez çağırış etdi ki, Latın Amerikalılar Kolumb Gününü qeyd etməsinlər. Çavez Kolumbu İspaniya tərəfindən yerli amerikalıların kütləvi soyqırımına yol açmaqda ittiham edib.
Amerikalı yazıçı, keçmiş Rodeziya alimi Devid Kammen kolonial amerikalıların yerli amerikalılara və Avstraliyanın aborigenlərə tətbiq etdiyi siyasəti onları "sözün tam anlamında qəddar, ikiüzlü, fürsətcil və hətta soyqırımçı" adlandıraraq qiymətləndirib.
Amerika Birləşmiş Ştatları
Holokost eksperti Devid Sesarani kimi bəzi müəlliflərə görə ABŞ-nin məlum yerli əhaliyə qarşı olan hökuməti və siyasəti əvvəlcədən düşünülmüş soyqırım kimi "Tale Manifesti"ni (Manifest Destiny) irəli sürür. Sesarani qeyd edir ki, "təmiz rəqəmlərə istinad etdikdə "Yerli Amerikalıların Soyqırımı" "Holkost"dan çox olur". O, "Amerika Holokostu" kitabının müəllifi Devid E. Stannarddan sitat gətirir: "yerli xalqlara qarşı soyqırım və irqi dəhşətlər Birləşmiş Ştatlar daxil olmaqla Qərb yarımkürəsinin bir çox xalqları tərəfindən tətbiq olunub və tətbiq olunur…"
Yerli amerikalılarla avropalılar arasında hərbi konfliktin birbaşa nəticəsindən ölən insanların sayını buna dair dəqiq qeydlər hər zaman saxlanılmadığından müəyyən etmək çətindir. Amerika-hindi müharibələrinin dağıntılarına dair müxtəlif statistikalar irəli sürülür. Qreqory Miçno tərəfindən irəli sürülmüş diqqətəlayiq məlumatda öhdəliklərin "birbaşa nəticəsi olan" rəqəmlərin qeydiyyatından istifadə edib, bu hesablamalara əsasən 1850–1890-cı illər üçün "bu sorğuda 21586 bədbəxt hadisə cədvəlləşdirilmişdir, burada hərbi heyət və mülki şəxslər 6596 (31%), hindi bədbəxt hadisələrinin cəmi 14990 (69%) olaraq hesablanmışdır. Buna baxmayaraq, Miçno bildirib ki, o, "demək olar ki, hər bir işdə ordu hesabatlarından istifadə edib" və "bu məlumatda bədbəxt hadisələrin sayı ordu hesabatları ilə mahiyyət etibarilə ziddiyyət təşkil edir."
"Allah, acgözlük və soyqırım: əsrlərlə Holokost" kitabında Qrenke Çeroki "Göz yaşı hekayəsi"nə münasibətdə Çok və Conassondan sitat gətirir ki, "Çeroki deportasiya aktı bu gün əlbət ki, bir soyqırım aktı hesab olunmalıdır." 1830-cu il "Hindilərin sürgün aktına" əsasən "Göz yaşları hekayəsi" həyata keçirilmiş və 17000 çeroki və onların təxminən 2000 qara qulu öz evlərindən köçürülmüşlər. "Göz yaşları hekayəsi" nəticəsində ölən adamların sayı barədə müxtəlif hesablamalar var. Bir hissədə köçmədə iştirak edən amerikalı həkim və missioner Elizur Batler 4000 ölü hesablamışdır.
Argentina
"Səhra İstilası" 1870-ci ildə 1300-nün öldürüldüyü yerli hindi xalqları tərəfindən məskunlaşmış Pataqoniya üzərində Argentinanın hakimiyyətini quran və əsasən general Hulio Argentino Rokanın başçılığı ilə həyata keçirilmiş kampaniyadır.
Yens Anderman qeyd edir ki, bu kampaniyanın indiki mənbələri göstərir ki, bu, Argentina hökumətinin yerli tayfalara qarşı soyqırımı olmuşdur. Digərləri hesab edir ki, bu kampaniya aborigenlərin xüsusilə o qrupuna qarşı yönəlmişdi ki, onlar ağ hökumətə tabe olmaqdan imtina edir və mülki metis qəsəbələrinə hücumlar edirdilər. Sonuncu arqument isə bundan ibarətdir ki, "Səhra İstilası" qırmaq üçünmü həyata keçirilib? Adətən belə ifadə olunur: "sivilizasiya, yoxsa soyqırım?"
Avstraliya
19-cu əsrin əvvəllərində Van Dimen torpağında, indiki Tasmaniya adasında Britaniya kolonistləri ilə Tasmaniya yerliləri arasında Qara Müharibə olmuşdur. Xəstəliklər və digər faktlarla birlikdə konflikt Tasmaniyanın yerli əhalisinə dağıdıcı təsir etmiş və Tasmaniya yerliləri qırılmışdır. 1780–1870-ci illər arası çiçək xəstəliyi yerlilərin ölməsinin yeganə səbəbi olmuşdur. Tarixçi Ceffri Bleyni 1830-cu il Tasmaniyası haqqında deyir: "Onların çoxunu çiçək öldürürdü, lakin hərbi və fərdi zorakılıq da dağıdıcı idi."
1940-cı ildə Rafael Lemkin tərəfindən soyqırım sözü işlədildikdən sonra Lemkin və əksər digər müqayisəli soyqırım tədqiqatçıları əvvəllər çap olunmuş analizlərinə əsasən Tasmaniya aborigenlərinin qırılmasını soyqırıma nümunə kimi göstərirdilər; buna baxmayaraq Avstraliya ekspertləri daha diqqətlidirlər, çünki Avstraliya tarixi üzrə ixtisaslaşmış tarixçilər tərəfindən qırğını əhatə edən hadisələrin daha detallı araşdırılması daha erkən tarixlərdəki bəzi detallar və şərhlər haqqında suallar ortaya çıxarıb. Bu hadisələrin təsvir olunduğu bir bölmədə Anna Körtos qeyd edir ki, "Əgər biz 19-cu əsrin I yarısında Tasmaniyada nə baş verdiyini, bunu ən yaxşı necə konseptuallaşdırmaq lazım olduğunu və bu tarixi biliklərdən hansının bizim üçün mənəvi və intellektual olaraq müvafiq olduğunu daha yaxşı anlayırıqsa, soyqırım və Tasmaniya tarixi araşdırmaları arasında daha güclü mübadilənin vaxtıdır."
Fransa
1986-cı ildə Reynald Seşer "Fransız soyqırımı: Vandeya" adlı ziddiyyətli kitab yazdı, orada o, iddia edir ki, Fransa İnqilabı dövründə antiklerikal Fransa hökuməti əleyhinə daha çox katolik üsyanı kimi tanınan Vandeya üsyanı zamanı (1793–1796) Fransa respublika hökumətinin fəaliyyəti ilk müasir soyqırım idi. Özünün siyasi və dini bağlantılarına əlavə olaraq, Seşerin iddiaları Fransada müasir Fransa tarixi alimləri arasında çox səs-küyə səbəb olmamışdır. Həm Fransada, həm də xaricdə dövrün əsas cərəyanı daxilində çap olunmuş məqalələr Seşerin iddialarını rədd edir. Klod Lanqlua (Fransa İnqilabı Tarixi İnstitutu) Seşerin iddialarını "kvazi-mifologiya" adlandıraraq lağa qoymuşdur. Kaliforniya Universitetindən Timoti Taket işi belə ümumiləşdirmişdir: "Reallıqda … Vandeya, tərəflərin hər ikisinin – faktiki üsyançıların özlərinin təşəbbüsü ilə törədilmiş sonsuz dəhşətlərlə dolu faciəvi vətəndaş müharibəsi idi. Vandeyalılar respublikaçılardan daha az günahkar deyildilər. Burada soyqırım sözünün işlədilməsi qeyri-dəqiq və namünasibdir." Dublin Kollec Universitetinin tarix professoru Hyu Qou Seşerin kitabını heç bir davamedici təsiri olmayan tarixi təftiş cəhdi hesab edir. Piter Makfi respublika hökumətinin funksiyaları ilə kommunist totalitarizmi arasında ümumiliklərin təsdiqi də daxil olmaqla Seşeri kəskin tənqid edir. Makfi öz fikirlərini Seşerin çoxsaylı şübhəli fərziyyələri və qüsurlu metodologiyası ilə izah edir. Belə ki, bu müharibə vandeyalıların yox, kral tərəfdarı olan vandeyalıların əleyhinə idi, hökumət respublikaçı vandeyalılara dəstək verirdi; royalist ordu tamamilə məğlub edildikdən sonra kampaniya başa çatdı – əgər məqsəd soyqırım olsaydı, onlar davam edər və asanlıqla əhalini qırardılar; oxucu Vandeyada respublikaçılara qarşı royalistlərin törətdiyi vəhşiliklər haqqında səhv informasiya alır, təkrar hekayələr indi faktiki folklor mifləri kimi tanınır, hər iki tərəfdən ölənlər barədə geniş hesablamalara əsaslanmamış və bədbəxt hadisələr "birtərəfli" baş verməyib və s.
Seşer əleyhinə çap olunmuş alimlər sırasında müasir tarix və əlaqəli sahələr üzrə professorlardan Culian Cekson, Fransua Lebrun, Pol Tallonyö, Klod Petitfrer və Jan Klement Martin qeyd edilə bilər.
Piter Makfi deyir ki, Vandeya barışdırıcılığı Birləşmiş Millətlərin SCQACK-da vermiş olduğu soyqırım tərifinə, yaxud Frenk Çok və Kurt Conassonun tərifinə ("Soyqırım soyqırımı törədənin müəyyənləşdirdiyi bir qrupun dövlət və ya başqa hakimiyyətin məhv etməyə çalışdığı birtərəfli kütləvi qırğının bir formasıdır.") uyğun gəlmir, çünki hadisələr vətəndaş müharibəsində baş verib. Buna görə də bu, birtərəfli kütləvi qırğın olmayıb və əhalinin bir hissəsi inqilabi hökumətlə müttəfiq olduğundan İctimai Təhlükəsizlik Komitəsi bütün əhalini qırmağı nəzərdə tutmayıb. Buna baxmayaraq, "Soyqırım və böyük insan hüquqları zorakılıqları"nda Kurt Conasson özü yazır ki, "Hadisəni soyqırım hesab etməmiz üçün səbəblərdən biri də odur ki, niyyət hökumətin bir neçə dekreti ilə yanaşı, generalların da əmrlərində nəzərdə tutulur."
Seşeri dəstəkləyən Adam Cons "Soyqırım: Ətraflı Giriş" əsərində Vandeya üsyanını Seşerdən sitat gətirərək soyqırım hesab edir: "Vandeya üsyanı yalnız son dövrlər "soyqırım" kimi konseptuallaşdırılmış kütləvi qətlə nəzərəçarpan nümunədir" və nə qədər ki, bu, soyqırım kimi beynəlxalq dərəcədə yayılmayıb, bu, konkret qrupun (Vandeya mülki əhalisinin) geniş şəkildə qətlinə uyğun gəlir. Pyer Şoun bunu "ideoloji soyqırım" adlandırmışdır. Soyqırım öyrənilməsi sahəsində ixtisaslaşmış tarixçi Mark Leven Vandeyanı "müasir soyqırımların arxetipi" hesab edir. Digər alimlərdən Frenk Çok, Kurt Conasson, R. C. Rammel, Jan Tulard və Entoni Ceyms kütləvi qırğını soyqırım hesab edirlər. Fransız antikommunist müəllif Stefan Kurtua qeyd edir ki, Lenin Vandeya əhalisini kazaklarla müqayisə edir və onları məmnuniyyətlə "müasir kommunizmin ixtiraçısı" Qrakx Baböfün (qraf Baböf) proqramının təsirinə alaraq 1795-ci il hadisələrini Vandeya əhalisinə qarşı "demosid" (Demosid –soyqırım, siyasi qırğın, kütləvi qırğın daxil olmaqla bir nəfərin və xalqın hökumət tərəfindən qırılmasıdır en:Populicide) kimi xarakterizə edir.
Britaniya tarixçisi Rut Skur qeyd edir ki, respublikaçıların Vandeyada gəmi toplarından atəş açmaqla kütləvi edamlar və kütləvi suda batırmalar kimi hərəkətləri insanlıq əleyhinə cinayətlər kimi təfsir olunur və bununla onlar özlərinin öncüllük etdikləri Avropa insan hüquqları qanunvericiliyi qarşısında bu gün hesabat verməli olardılar. Ziddiyyətlə razılaşaraq Fransa İnqilabı üzrə mütəxəssis Mişel Vovel qeyd edir: "Franko-fransız soyqırımı üzərində formalaşdırılmış bütün ədəbiyyat Vandeya müharibəsi haqqında dəhşətləri ifadə edən riskli hesablamalara başlayır: 128000, 400000 … niyə də 600000 yox? Mövzu üzrə mütəxəssis olmamasına baxmayaraq Pyer Şanu kimi tarixçilər lənətlənmiş mühakimənin inkişafı qarşısında böyük mənəvi avtoritetlərinin bütün ağırlığını qoyur və mövzuya əsaslandırılmış şəkildə baxmaq cəhdini buraxırlar." Rocer Prays oxşar məsələni yazır: "Mühafizəkar media tərəfindən dəstəklənən Pyer Şanu kimi bəzi tarixçilər nasist soyqırımı kimi təqdim etdikləri Vandeyada əksinqilabi hərəkat repressiyalarını təsvir edərkən tələfatı çox şişirdirlər. Bu, əsasən qeyri-tarixi və zəruri isterik münasibət yalnız bizim zəmanəmizin reaksiya hüququ siyasətinin təzahürü kimi anlaşıla bilər." Ferens Feher şərh edir ki, Seşer "demək olar ki, tamamilə aşkar olmayanlar əsasında" nəticə çıxarır.
Seşer 1991-ci ildə çap olunmuş "Yəhudilər və vandeyalılər: bir soyqırımdan digərinə" nəşrində royalist vandeyalılərın taleyini nasist Almaniyasındakı yəhudilərin taleyi ilə müqayisə etməklə kifayət qədər zidd mövqe ortaya qoyur.
Filippin
"Biz soyqırımı ödəyirik: Filippində ABŞ-nin qısa tarixi" məqaləsindən görünür ki, "Siyasi İşlər"in (özünü maliyyələşdirən virtual jurnal, "Marksist virtual düşüncə") 2005-ci il dekabr buraxılışında Konnektikutda Filippin Mədəni Tədqiqatlar Mərkəzinin direktoru E. San Xuan Jr. qeyd edir ki, 1899–1902-ci illər Filippin-ABŞ müharibəsi və Sakit okean kampaniyası zamanı Birləşmiş Ştatlar tərəfindən başladılmış özünün Sakit okean proqramının tərkib hissəsi olan, bir milyondan çox filippinlinin həyatı bahasına başa gəldiyi iddia olunan əməliyyatlar təşkil edilmiş soyqırımdır.
1901-ci ilin noyabrında "Philadelphia Ledger"in Manila müxbiri yazırdı: "İndiki müharibə qansız deyil. Bizim adamlar kəmfürsətdirlər, onlar kişilər, qadınlar, uşaqlar, məhbuslar və əsirlər, fəal üsyançılar və şübhəli şəxslərə qədər öldürürlər, belə fikir hakimdir ki, filippinlilər itlərdən də aşağıdırlar." Birləşmiş Ştatlar ordusunun 1906-cı ildə Moro Krater kütləvi qırğınında iştirak etmiş generalı Leonard Vud filippinli müsəlmanları ümidsiz fanatiklər hesab edərək onların hamısının məhvinə çağırmışdı.
Filippin kampaniyası haqqında "New York Review of Books"da məktublaşarkən Qor Vidal general C. Franklin Bellin Amerika qüvvələrinin yalnız Luson adasında 600 000 kişi, qadın və uşağın öldürülməsinə görə məsuliyyət daşıdığını yazdığı şəxsi raportunu müzakirə edərkən deyir: "Əgər bu, soyqırım siyasətidirsə (sözün lüğəti mənasında heç bir sirli hərf yoxdur), bu, real nəticə olana qədər davam edəcək."
Filippin bədbəxtliklərinə dair hesablamalar hələ də yüksək səviyyədə mübahisəli və siyasiləşdirilmiş rəqəmlərdir. Bunun diskussiya və analizləri Con M. Geytsin "Filippində müharibə qurbanları" Sakit okean icmalında yerləşdirilib. Hesablanıb ki, 34 min Filippin hərbçisi və 200 mindən çox mülki şəxs bilavasitə və ya dolayısı ilə müharibənin nəticəsində, əksəriyyəti də əsasən müharibənin sonuna yaxın yayılan vəba epidemiyasına görə həyatını itirib. Enkarta ensiklopediyasındakı başqa bir hesablamaya əsasən 200–600 min filippinli və ən azı 5000 amerikalı müharibədə ölüb. Müharibədə qələbəni bəyan edən Sakit okean proqramı (1902–1913) ərzində daha çox ölən olub. Bir hesabata görə Filippində bütün ölənlərin sayı 1,4 milyondan çoxdur.
Alman Cənub-Qərbi Afrikası
1985-ci ildə Birləşmiş Millətlər Təşkilatı üçün hazırlanmış, lakin qəbul edilməmiş Vayteker (Witaker) raportuna görə 1904–07-ci illərdə Alman Cənub-Qərbi Afrikasında Herero və Namaqua (indiki Namibiya) soyqırımı dövlət tərəfindən təşkil olunmuş ilk soyqırım idi. Herero həmçinin 20-ci əsrdə soyqırıma məruz qalan ilk etnik qrup olub. Alman generalı Lotar fon Trotanın başçılıq etdiyi qəddar yerüstü kampaniyada bütün Herero əhalisinin 80%-i, Nama əhalisinin isə 50%-i öldürülmüşdür. Ümumilikdə 10000 nama ilə birlikdə 24 mindən 100 minədək herero həlak olmuşdur.
İrlandiya
3 krallığın müharibəsinin (1639–1651) sonuna doğru ingilis "bud parlamenti" (Rump Parliament) işğal etmək, ölkənin katolik əhalisindən qisas almaq və II Karla loyal olan royalistlərin İngiltərəni qorxutmaq üçün İrlandiyadan baza kimi istifadə etməsinin qarşısını almaq üçün Yeni Model Ordunu İrlandiyaya göndərdi. Oliver Kromvelin başçılığı ilə yaradılan, sonra digər parlament generallarının komandanlığına keçən Yeni Model Ordu bunu həyata keçirdi. Bu müharibə İngiltərə Parlamenti üçün bir-neçə başqa əlaqəli obyektlərə də malik idi. Parlamentarilərlə döyüşə cəlb olunan irland ailələrinin torpaqlarının cəza kimi müsadirə olunması həyata keçirilmişdi. Bu, I Yelizavetanın İrlandiyanın protestant qəsəbələrini həvəsləndirən siyasətinin davamı oldu, çünki Yeni Model Ordu əsgərlərinə – əhəmiyyətli dərəcədə geri ödəniş edə biləcək protestant kişilərə – müsadirə olunmuş irland torpaqlarını ödəmək daha çox sərf edirdi, nəinki nağd ödəmə.
Keçid idarəçiliyi dövründə (1651–1660) bu siyasət, məqsədi bütün irland torpaqlarını ingilis əllərinə vermək olan və 1652-ci ildə qəbul olunmuş "İrlandiya qəsəbəsi Aktı" ilə davam etdirilmişdir. Təcili müharibə məqsədləri və İngiltərə parlamentarilərinin uzunmüddətli siyasəti yeni protestant mühacirlərə yol açmaq üçün ingilislərin irland katolikləri İrlandiyanın qərb ucqarlarına köçürməyə cəhd etməsi ilə nəticələndi. Bu siyasət Kromveli simvolizə edən "Cəhənnəmə və ya Konnauta" deyimi ilə ifadə edildi və tarixçilər tərəfindən soyqırım olmasa da, etnik təmizləmə kimi xarakterizə olundu. Böyük irland aclığı illərində İrlandiya yalnız öz 9 milyonluq əhalisini yox, 18 milyon əhaliyə kifayət edəcək qədər ərzaq, kətan, yun istehsal edirdi. Bu baxımdan tarixçilər hesab edirlər ki, aclıq süni olub və yemək qıtlığına əsaslanmayıb, əksinə Britaniya hökuməti irland məhsulunun ixracını təşkil etmək üçün limanları bağlamadı. Con Mitçelin dediyi kimi "Tanrı kartof zərərvericilərini göndərdi, ingilislər isə aclıq yaratdılar."
İllinoys Universitetinin beynəlxalq hüquq üzrə professoru Frensis A. Boyl 1996-cı il 2 mayda Nyu-Cersi Xolokost Təhsili üzrə Komissiyasına rəyində göstərib ki, hökumət zorakılığı SCQACK-nın 2-ci maddəsinin a, b və c bəndlərini pozaraq soyqırım törədib. O qeyd edir ki, "Aydındır ki, İrlandiya kartof aclığı dövründə – 1845–1850-ci illərdə Britaniya hökuməti İrlandiyada ümumi olaraq irland xalqı adlandırılan milli, etnik və irqi qrupun bir hissəsinin məhvinə yönəlmiş böyük aclıq siyasətini həyata keçirmişdir." Hüquq professoru Çarlz E. Rays da 2-ci maddəyə əsaslanaraq oxşar rəy vermişdir ki, hökumət soyqırım törədib.
Soyqırım iddiasının məzmununa münasibətdə Belfast doğumlu və Kembric təhsilli tarixçi Piter Qrey belə yekunlaşdırır ki, Birləşmiş Krallıq hökumətinin siyasəti "düşünülmüş soyqırım deyildi", lakin doqmatik imtina təsdiq edir ki, bu, "minlərlə insana 1 ölüm cəzası kəsən" səhv siyasət idi. Viskonsin-Medison Universitetində tarixçi olan professor Ceyms S. Donnelli Jr. yazır: "… mənim də fikrim belədir ki, əgər soyqırım törədilməyibsə, onda xeyli irlandın soyqırımına bənzəyən təmizləmə ərzində və nəticəsində baş verənlər nə idi?"
Qeydlər göstərir ki, aclıq dövründə İrlandiya ərzaq ixrac edirdi. İrlandiya 1782–83-cü illərdə aclıq yaşayarkən limanlar bağlanmışdı ki, İrlandiyada irland mənşəli ərzağı irlandlar yesin. Yerli ərzaq qiymətləri dərhal düşmüşdü. Tacirlər ixracın qadağan olunmasının əleyhinə lobbiçilik edirdilər, lakin hökumət 1780-ci illərdə onların etirazlarını yatırmışdı. 1840-cı illərdə heç bir belə ixrac qadağası olmadı.
İrland Aclığı mövzusunda aparıcı mütəxəssislərdən olan Vudhem-Smit "Böyük aclıq: İrlandiya 1845–1849"da yazırdı: "… 2 ölkənin münasibətlərində heç bir acıqlı, qisas zəminində təxribat baş verməmişdir, belə ki, İrlandiya xalqının aclıqdan öldüyü bütün dövr ərzində böyük həcmdə ərzağın İrlandiyadan İngiltərəyə ixrac olunması mübahisəsizdir."
İrlandiya 5 illik aclıq dövründə xalis ərzaq ixracatçısı kimi qaldı. Buna baxmayaraq Vudhem-Smit aclığın soyqırım sayılması ilə razılaşmır: "Bu bəlalar irland xalqını məhv etmək planının tərkib hissəsi deyildi, insanlar ona görə buna düçar oldular ki, lord Con Rasselin hökuməti nəticələr qarşısında fövqəladə acizlik nümayiş etdirib fəaliyyət göstərmədi. Bu, dəfələrlə elan olunub ki, Britaniya hökumətinin xəsisliyi aclıq dövründə insanların əzab çəkməsinə əsas səbəb olub, həmçinin xəsislik aclığı əhəmiyyətli dövrə qədər aparıb, lakin kütlük, burnundan uzağı görməmək və inkarçılıq ehtimal ki, buna daha çox yardım edib."
Buna baxmayaraq irland meteoroloqu Ostin Burk Vudhem-Smitin bəzi hesablamalarını müzakirə etmiş və qeyd etmişdir ki, 1846-cı ilin dekabrı ərzində idxal demək olar ki, iki dəfə artıb. O, belə hesab edir ki, "bu, kənar sualdır ki, 1846-cı ildə kartof məhsulunun olmamasından yaranan çatışmazlıq İrlandiyadan taxılın ixracına qadağanın sadə məqsədəuyğunluğu ilə aradan qaldırıla bilməzdi."
İrlandiya tarixçisi Kormak O’Qrada 2 əsasla aclığın soyqırım hesab olunması ilə razılaşmır: birincisi, o yazır ki, "soyqırıma qətl niyyəti daxildir və deyilməlidir ki, hətta günümüzün ən qərəzli və irqçi şərhçiləri də bu məsələdə irland xalqının qırılmasını görmürlər" və Ağ Evdəki bir-çox insanlar "İrlandiya üçün daha yaxşı günlərə ümid edirlər" və ikincisi, soyqırım iddiaları "mərkəzi və yerli, ictimai və fərdi çağırış cəhdləri ilə üzərindən keçilir və ya inkar edilir." Kormak hesab edir ki, fikir verməmək soyqırımdan daha asandır. 19-cu əsrin əvvəllərində zəifləmiş 8–9 milyonluq irland xalqı aclıq zamanı emiqrasiya və aclıqdan 4 milyona düşmüşdür.
Soyqırım üzrə alim V. D. Rubinşteyn Kormakla razılaşır. O, özünün "Soyqırım" kitabında belə yazır: "İrlandiya Aclığı soyqırıma misal kimi göstərilə bilməz, lakin 19-cu əsr Britaniyasının ən xoş saatı da sayıla bilməz."
Rusiya İmperiyası
Rusiya çar imperiyası təxminən 100 il Şimali Qafqazın şimal-qərbində çərkəzlərə qarşı onların Qara dəniz sahilindəki daimi mövqelərini ələ keçirmək üçün mübarizə aparıb. Bir əsrlik müharibələrdən, cəhdlərin davamlı uğursuzluğundan sonra çar əmr etdi ki, Şimali Qafqazın bütün müsəlman əhalisi köçürülsün. Bu hadisə çərkəzlər arasında faciə kimi tanınır və digər Qafqaz xalqlarına Türkiyəyə məlum olduğu qədər yaxşı məlumdur. Çərkəzlərin, qərb tarixçilərinin (Kolarusso, Çarlz Kinq və b.), türklərin və çeçenlərin iddialarına görə sözün müasir anlamında 1860-cı illərin hadisələri iqtisadi mənada güclü bir dövlətin tələblərinin təmin edilməsi üçün bütöv bir əhalinin məhv edildiyi, müasir tarixin ilk "modern" dəhşətli soyqırımlarından biridir. Bir-çox tarixçilər kimi Antero Leytzinger ilkin olaraq "Turkistan News"da nəşr olunmuş "Çərkəz soyqırımı" adlı məqaləsində yazırdı ki, bu soyqırım 19-cu əsrdə çar Rusiyası tərəfindən çərkəzlərə qarşı törədilmiş, demək olar ki, tamamilə unudulmuş və 19-cu əsrin ən böyük soyqırımı olmuşdur. Təxminən 1–1,5 milyon çərkəz öldürülmüş, çarın əmri ilə müsəlman əhalisinin əksəriyyəti (müsəlman osetinlər və kabardinlər istisna olmaqla) əsasən Osmanlı İmperiyasına deportasiya olunmuş, bu, digər 1,5 milyon çərkəzin sürgün olunmasına səbəb olmuşdur. Bu xalqın 90%-i məhv və ya deportasiya edilmişdir. Çərkəzlər Osmanlı hökuməti tərəfindən alət kimi görülür və narahat ərazilərdə və milli qəriblikdə – Ermənistanda, ərəb regionunda, Balkanlarda məskunlaşdırılırdılar. O vaxt müstəqil olan Balkan dövlətlərinin, xüsusən Serbiya və Bolqarıstanın siyasəti nəticəsində əksər çərkəzlər öldürüldü.
1994-cü ilin mayında keçmiş Rusiya prezidenti Boris Yeltsin elan etdi ki, çar hökumətinə qarşı müqavimət qanuni olub, lakin o, "çar hökumətinin soyqırım təqsirini" tanımadı. 1997 və 1998-ci illərdə Kabardin-Balkar və Adıgey liderləri Dumaya vəziyyəti yenidən qiymətləndirmək və zəruri üzrxahlığı təmin etmək barədə müraciət göndərdilər. 2006-cı ilin oktyabrında Rusiya, Türkiyə, İsrail, İordaniya, Suriya, ABŞ, Belçika, Kanada və Almaniya adıgey təşkilatları Avropa Parlamentinə adıgey (çərkəz) xalqının soyqırımının tanınması barədə müraciət məktubu göndərdi. 2005-ci ilin 5 iyununda Rusiya Federasiyasında müxtəlif çərkəz xalqlarının nümayəndələrini birləşdirən təşkilat olan Çərkəz Konqresi Moskvanı çarizmin çərkəzlərə qarşı siyasətini təşkil olunmuş soyqırım kimi əvvəlcə etiraf etməyə, sonra isə tanımağa çağırdı. Onların müraciətində diqqət çəkilmişdir ki, "Çarizmin rəsmi sənədlərinə əsasən 400 mindən çox çərkəz öldürülmüş, 497 mini Türkiyəyə sürgün olunmuş, yalnız 80 mini öz doğma torpaqlarında sağ qalmışdır." Hərəkat "Çərkəz soyqırımı"nın tanınması kampaniyasına başlayıb. Hər bir halda, soyqırım tanınsa da, tanınmasa da, ermənilərin və yəhudilərin işində olduğu kimi çərkəzlər Rusiyanın əli ilə qəddar sürgünləri və qətlləri görür və çərkəz kimliyinin mərkəzi hissəsi kimi bundan ziyan çəkirlər.
Çin sülalələri
Bir-çox Min generalları və rəsmiləri döyüşən azlıqların və dövlətlərin uşaqlarını kütləvi qırmış və xədim kimi işlətmək üçün axtalamışlar. Soyqırımlardan sonra Bo xalqı demək olar ki, yoxa çıxdı. Onlar Min ordusu tərəfindən kütləvi qətl ediliblər və yoxa çıxmış hesab edilirlər. Buna baxmayaraq Bonun bir neçə nümayəndəsi 2005-ci ildə Siçuanın Xinvenq regionunda tapılmışdır.
Böyük Çin səddinin qərb qurtaracağından İndiki Qazaxıstanın şərqinə qədər və indiki Qırğızıstanın şimalından Sibirin cənubuna qədər uzanan ərazidə (hal-hazırda bu ərazi Sinszyan adlanır) yaşamış Dzunqar (Zunqar) monqolları Çini qorxu altında saxlayan köçəri imperiyalardan sonuncusu olub və 17-ci əsrin əvvəllərindən 18-ci əsrin ortalarına qədər mövcud olub. 1680-ci ildə başlanmış hərbi münaqişələrdən sonra dzunqarlar 1750-ci illərin sonunda Mancu Qin sülaləsindən (1644–1911) asılı vəziyyətə salındı. Bəzi alimlərin hesablamalarına əsasən xəstəliklərin və "yalnız Zunqar dövlətinin yox, zunqarların xalq kimi tamamilə məhv olunmasına hesablanmış" hərbi siyasətin nəticəsində 1755–1758-ci illər arası Dzunqar əhalisinin təxminən 80%-i və ya 500–800 min nəfər öldürülmüşdür. Baxmayaraq ki, 19-cu əsr Çin hesabatlarına əsasən 40%-dək dzunqar əhalisi çiçək xəstəliyi nəticəsində ölmüşdür, tarixçi Piter Perdü göstərir ki, dzunqarların azalması Qianlong imperiyasının açıq qırğın siyasətinin nəticəsi olmuşdur. "Kütləvi qırğının məqsədli istifadəsi"nin müasir alimlər tərəfindən geniş şəkildə inkarına baxmayaraq, Perdü bunu "etnik soyqırım" adlandırmış və göstərmişdir ki, bu, Çinə şimal-qərb cəbhəsindəki problemlərin 1 əsrlik həlli üçün "son həll" variantı olmuşdur. Soyqırımın öyrənilməsi sahəsində ixtisaslaşmış tarixçi Mark Leven qeyd edir ki, dzunqarların qırğını "mübahisəli 18-ci əsrin mükəmməl soyqırımı" idi.
1915–1950-ci illər
1915-ci ildə, I Dünya müharibəsi zamanı Antanta qüvvələri Osmanlı İmperiyası hökumətinə imperiya ərazisində müttəfiqlərə qarşı törədildiyi iddia olunan kütləvi qırğınlarla bağlı nümayəndələr göndərəndə "İnsanlıq əleyhinə cinayətlər" konsepsiyası beynəlxalq münasibətlər sisteminə daxil edildi.
Osmanlı İmperiyası
1915-ci il 24 mayda müttəfiq qüvvələr (Britaniya, Fransa və Rusiya) ilk dəfə başqa hökumətə bu rejimin özünün xristian azlıqlarını, o cümlədən erməniləri, assuriyalıları, yunanları və b. təqib etməsinə münasibətdə aşkar surətdə "insanlıq əleyhinə cinayət" ifadəsini ehtiva edən birgə bəyannamə verdilər. Bir-çox tədqiqatçılar hesab edirlər ki, bu hadisələr türk dövlətinin Gənc Türklər tərəfindən yönləndirilən planlaşdırılmış etno-dini təmizləmə siyasətinin tərkib hissəsidir.
Birgə bəyannamədə deyilirdi: "Türkiyənin bəşəriyyət və sivilizasiya əleyhinə bu yeni cinayətlərini görərək, Müttəfiq Hökumətlər ictimaiyyətə açıq olaraq keçid hökumətinə (Gənc türklərə) elan edir ki, onlar bu kütləvi qırğınlarla əlaqəli olduqca Osmanlı hökumətinin bütün cinayətlərinə görə fərdi məsuliyyət daşıyacaqlar."
Ermənilər
Qərbdə "erməni soyqırımı" adı ilə tanınan hadisələrə münasibətdə Türkiyə soyqırım ifadəsini qəbul etməyərək, onları zərurətdən doğan deportasiya və bu prosesin icrası zamanı yol verilmiş təşkilati səhvlər səbəbindən qəsd məqsədi olmadan baş verən hallar kimi qəbul edir.
Qərbdə bu hadisələr zamanı ölən ermənilərin cəmi sayı 1–1,5 milyon arası götürülsə də, Türkiyə həmin dövrdə bu ərazilərdə o qədər erməninin yaşamadığını bildirir.
Dünyadakı erməni təşkilatlarının aktiv fəaliyyəti nəticəsində bu məsələ tarixçilərdən siyasətçilərin müzakirəsinə keçib və bəzi ölkələrin parlamentləri, aralarında Fransa, Argentina və Rusiyanın da olduğu 15 dövlət 1915-ci il hadisələrinin "soyqırım" adlandırılması ilə razılaşıb. Hətta 2006-cı ilin 12 oktyabrında Fransa qanunvericiləri I Dünya müharibəsi vaxtı və sonra Türkiyədə ermənilərin soyqırım hesab olunan kütləvi qətlini inkar etməyi cinayət hesab edən qanun layihəsini təsdiq etdilər. Türkiyə Xarici İşlər Nazirliyi bu qərarın Türkiyə-Fransa əlaqələrinə "ağır zərbə vurduğunu" və "böyük narahatlıq yaratdığını" ifadə etmişdi.
2005-ci ildə Türkiyə bu hadisələrin soyqırım olub-olmaması barədə məsələlərə işıq salmaq məqsədilə türklərdən, ermənilərdən və başqa millətlərdən olan tarixçilərdən ibarət tərkibdə birləşmiş tarix komitəsinin yaradılmasını təklif etmişdir. Türkiyənin Baş naziri Rəcəb Tayyb Ərdoğan bildirib ki, "Türkiyə araşdırmaların nəticələri ilə üzləşməyi arzu edərdi."
Assurlar
Osmanlı İmperiyasının assur əhalisinə qarşı I Dünya Müharibəsi zamanı Gənc türklər hakimiyyəti tərəfindən soyqırım törədildiyinə dair iddialar da mövcuddur. 1914–1920-ci illərdə Şimali Mesopotamiyanın assur əhalisi (indiki cənub-şərqi Türkiyənin Tur Abdin, Həkkəri, Van, Siirt və indiki şimal-qərbi İranın Urmiya regionları) Gənc türklər rejiminin hakimiyyəti altında osmanlılar (türklər və müttəfiq kürdlər) tərəfindən zorla yerdəyişdirməyə və kütləvi qırğına məruz qalmışlar. Bu hadisələr qərbdə "erməni və yunan soyqırımı" kimi tanınan prosesin tərkib hissəsi hesab olunur. Assur-Çaldean Milli Konqresi 1922-ci il 4 dekabrda məlumat verirdi ki, ümumi itki sayı bəlli olmasa da, hesablamalara görə 1914–1918-ci illər arası təxminən 750 min assur-çaldean ölmüşdür.
Yunanlar
I Dünya müharibəsi zamanı və ondan dərhal sonra (1914–1923) Osmanlı imperiyasında yunan əhaliyə qarşı soyqırım törədildiyinə dair iddialar da mövcuddur. Assurlar və ermənilər kimi yunanların da Gənc Türklər tərəfindən kütləvi qətllərə, qırğınlara, ölüm yürüşlərinə məruz qalmalarına qərb tarixçiləri arasında qəbul edilmiş faktlar kimi baxılır. Digər diplomatlar arasında Corc V. Rendel də atəşkəs sonrası dövrdə yunanların kütləvi qətllərini, deportasiyalarını qeyd edir. Bu təqiblərin nəticəsi olaraq yüz minlərlə Osmanlı yunanının ölə bilmə ehtimalı hesablanır.
Dersim zazaları
Dersim kütləvi qətlləri dedikdə Türkiyənin cənub-şərq ərazilərində 1937–38-ci illərdə 65–70 min ələvi zazanın öldürülməsi və minlərlə ələvi zazanın da sürgün olunmasını özündə ehtiva edən Dersim depopulyasiyası nəzərdə tutulur. Türkləşdirmə siyasətinin əsas komponenti əhalinin kütləvi köçürülməsi idi. Bu kontekstdə əsas siyasi sənədə – 1934-cü il tarixli köçürülmə haqqında qanuna istinad edərək Dersimdə həyata keçirilən siyasət ilk yoxlama işi kimi yerli əhaliyə fəlakətli nəticələrə başa gəldi.
Sovet İttifaqı
Sovet İttifaqında baş vermiş qeyri-təbii kütləvi ölümlər haqqında bir-neçə sənədli mənbə var. Bunlara 1920-ci və 1930-cu illərin əvvəllərində olmuş geniş Sovet aclıqları və etnik azlıqların deportasiyaları daxildir. Rusiya vətəndaş müharibəsi zamanı bolşeviklər Don kazaklarına qarşı soyqırım kampaniyası həyata keçirdilər. Ən real hesabata əsasən 1919–1920-ci illərdə 3 milyon əhalidən 300–500 mini öldürülmüş və sürgün edilmişdir. 1932–33-cü illər Sovet aclığı Ukraynaya, Qazaxıstana və Rusiyanın bəzi sıx məskunlaşmış regionlarına təsir etmiş, Ukraynada "Qolodomor" adlandırılmışdır. Aclığa 1933-cü ildə Ukraynada, Qazaxıstanda, Şimali Qafqazda və Rusiyanın digər əyalətlərində yığımın tamamilə müsadirəsi və kəndlilərə özləri üçün çox cüzi ərzaq saxlanılması səbəb olmuşdur. Hesablamalara görə bütün Rusiyada 10 milyon, o cümlədən Ukraynada 7 milyon, Şimali Qafqazda 1 milyon və digər bölgələrdə daha 1 milyon insan ölmüşdür. Regionlara hər hansı yardım və qidanın daxil olmasının qadağan olunması da buna təsir etmişdir. Prezident Yuşşenkonun rəhbərliyindəki Ukrayna dövləti bunun beynəlxalq aləmdə soyqırım aktı kimi tanınmasına cəhd etmişdir. Bu hərəkət Rusiya hökuməti və Ukrayna parlamentinin bəzi üzvləri tərəfindən etirazla qarşılanmışdır. 2006-cı ilin noyabrında Kiyevdə Qolodomoru soyqırım kimi tanıyan 10 digər dövlətin siyahısı olan böyük bir lövhə ilə anım mərasimi keçirilmişdir: Avstraliya, Argentina, Gürcüstan, Estoniya, İtaliya, Kanada, Litva, Polşa, ABŞ, Macarıstan. Ukrayna məhkəməsi 2010-cu il 13 yanvarda İosif Stalini, Vyaçeslav Molotovu, Lazar Kaqanoviçi, Stanislav Kozyoru, Pavel Postişevi, Vlas Çubarı və Mendel Xatayeviçi soyqırım törətməkdə təqsirli bildi. 2010-cu ildə Moskvanın rəsmi mövqeyi belə oldu ki, aclıq baş verib, lakin bu, etnik soyqırım olmayıb, hal-hazırkı Rusiyayönümlü Ukrayna prezidenti Viktor Yanukoviç bu mövqeyi dəstəkləmişdir.
2009-cu ildə Polşa Ukraynadan 1940-cı ildə Sovet NKVD-si tərəfindən 20 min polyak rəsmisinin öldürüldüyü, Polşanın intellektualların, rəsmilərin, mülkədarların və başqalarının bütöv bir sinfindən məhrum edildiyi Xatın kütləvi qətliamının məqsədlərini göstərən sənədləri almışdır. Stalinist deportasiyalar olduqca ziddiyyətli olmuşdur. İkinci Dünya müharibəsi dövründə və sonra xüsusilə Şimali Qafqazdan bir-çox etnik azlıqlar bir qayda olaraq qətliamlarla Sibirə sürgün olunmuşlar. Əksər hallarda hədəf qruplar nasistlərlə əməkdaşlıqda ittiham olunurdular. Bəzi hallarda bu, həqiqət idi, məsələn kalmıklarda, lakin digər hallarda, məsələn, çeçenlərdə etibarsız idi.
Toni Vud kimi bəzi müəlliflərə əsasən Çeçevitsa (və ya Toni Vud dediyi kimi Rusiyada "Mərcimək Əməliyyatı"nda ilk iki heca nəzərdə tutulmuş hədəflərə ilk işarədir, baxmayaraq ki, çeçenlər əsas hədəf idilər, yalnız onlar qurban olmayıb) xüsusilə dəhşətlidir. Çeçenlər əməliyyatı "Aardax" (Çıxış) adlandırırlar. Buna 1943-cü ilin 13 oktyabrında təşəbbüs göstərilmişdir – 120 000 nəfər çeçen İnquş Respublikasına körpülər tikmək üçün aparılmışdır. 1944-cü il 23 fevralda (Qırmızı Ordu günü) bütün əhali yerli partiya şöbələrinə çağırılaraq bildirilir ki, onlar almanlarla iddia olunan əməkdaşlıqlarında təqsirləndirildiklərinə görə sürgün olunacaqlar. Sakinlər mühasirəyə alınaraq çörək zavodunun yük maşınlarına dolduruldular və Sibirə göndərildilər. Əksər hallarda müqavimət qırğınla qarşılanırdı, bu hallardan birində Xaybax aulunda NKVD generalı Qveşiani tərəfindən 700 nəfər samanlığa salınaraq diri-diri yandırılmışdır, buna görə o, mükafatlandırılmış və Beriya tərəfindən medalla təltif olunmuşdur. Növbəti yayda Çeçen-İnquşetiya ləğv edilmiş, çeçen və inquş yer adları rus adları ilə əvəz olunmuş, məscidlər və qəbirstanlıqlar dağıdılmış, çoxlu çeçen tarixi mətnlərinin kütləvi yandırılması kampaniyası demək olar ki, başa çatdırılmışdır (bununla dünyanı gürcülər tərəfindən yazılmış çeçenlər, inquşlar və b. haqqında seyrək mətnlər istisna olmaqla mərkəzi Qafqaz ədəbiyyatının və tarixi mətnlərinin yeganə mənbəyindən məhrum etdilər). Bütün Şimali Qafqazda 700 000 nəfər öldürülmüşdür (Dalxat Ediyevə görə, 724 297 nəfər, o cümlədən, əksəriyyəti – 412 548 nəfər çeçen, yalnız 96 327 nəfər inquş, 104 146 nəfər kalmık, 39 407 nəfər balkar və 71 869 nəfər qaraçay). Çoxu yolda ölürdülər, Sibirin fövqəladə sərt mühitinə dözməyib ölənlər daha çox idi (xüsusilə üstü açılanların miqdarı nəzərə alınır).
Rusiyanın məlumatları ilə təchiz olunmuş NKVD-nin statistikasına görə yalnız 1944–1948-ci illərdə 144 704 nəfər öldürülmüşdür (bütün qruplarda ölüm dərəcəsi 23,5%-dir), lakin bu, Toni Vud kimi bəzi müəlliflər tərəfindən kiçiltmə kimi inkar edilmişdir. Yalnız çeçenlərin ölü sayı (NKVD statistikası istisna olmaqla) 170 000-dən 200 000-ə qədərdir, belə ki, bu 4 ildə çeçen əhalisinin üçdə birindən yarısına qədəri öldürülüb (bunlara deportasiya olunaraq öldürülməyə hesablanmayanlar da daxildir, bu 4 il üçün digər xalqlarda ölüm dərəcəsi 20% olub). İçkeriya Çeçen Respublikası tərəfindən tanınmasından başqa 2004-cü ildə Avropa Parlamenti də bunu soyqırım kimi tanımışdır.
Estoniya Sibirə sürgünlərin soyqırım hesab olunmasına görə Sovet dövrü rəsmilərini soyqırımda ittiham etməyə cəhd edib. Litvada Vilnüsdə xatirə abidəsi Hitler kimi Stalin qurbanlarının da soyqırımına həsr olunub, Litvadakı Soyqırım Qurbanları Muzeyi isə litvalıların Stalin tərəfindən həbs və deportasiyası üzərində fokuslanıb. Dr. Maykl Ellman qeyd edir ki, NKVD-nin "milli əməliyyatlar"ı, xüsusən "polyak əməliyyatı" BMT konvensiyasına görə soyqırım hesab oluna bilər. Kilsə əleyhinə terror da bu qəbildəndir.
Xorvatiya
Yuqoslaviya Krallığına nasist müdaxiləsindən sonra nasistlər və faşistlər Müstəqil Xorvatiya dövləti (Nezavisna Država Hrvatska) adlı oyuncaq xorvat dövləti qurdular. Elan olunmasından dərhal sonra o, serblər, yəhudilər və qaraçılara qarşı terror kampaniyasına başladı. 1941-ci ildən 1945-ci ilədək İosif Broz Titonun partizanları Xorvatiyanı azad edənədək Ustaşi rejimi əksəriyyəti serb, həmçinin yəhudi və rumın olmaqla, çoxu Yasenovak toplanma düşərgəsində həyata keçirilərək təxminən 300–350 min insanı öldürdü. Helen Feyn hesablayıb ki, Ustaşi əslində ölkədəki hər bir qaraçını öldürüb. Eyni zamanda çetniklər bosniyalı və xorvat mülkilərinə qarşı az miqdarda da olsa, Şərqi Bosniyada cinayətlər törədirdilər. Qurbanlar 30–40 min arası hesablanır. Bəziləri bu cinayətləri soyqırım hesab edir.
Dominikan Respublikası
1937-ci ildə Dominikan diktatoru Rafael Truxilyo Dominikan Respublikasında yaşayan haitililərin məhv edilməsi əmrini verib. Dominikan Respublikasında "El Corte" ("kəsmə") adlanan "cəfəri qırğını" təxminən 5 gün davam edib. Truxilyonun əsgərləri şübhəli haitililərə cəfəri bitkisini göstərib sual verməli idilər ki, "Bu nədir?". İspandilli əhali cəfəriyə ispan dilində "perejil", haiti kreolları isə "persil" deyirdilər. Kim ki, "perejil" sözünü çətinliklə tələffüz edirdi, o haitili sayılır və öldürülürdü. Bu vəhşilik 20–30 min nəfərin öldürülməsi ilə nəticələndi.
Nasist Almaniyası və işğal olunmuş Avropa
Beynəlxalq hüququn universal razılaşmasına əsasən 1948-ci ildə soyqırıma tərif verməyə və onu qadağan etməyə müvəffəq olunduğundan "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) dərc olunması ilə Holokostun törədilməsində iştirak etdiyinə görə müharibədən sonra beynəlxalq məhkəmələrdə mühakimə olunan cinayətkarlar bəşəriyyət əleyhinə və digər spesifik cinayətlərə, məsələn qətllərə görə təqsirli biliniblər. Lakin Holokost soyqırım kimi universal olaraq tanınandan bir il əvvəl Rafael Lemkin tərəfindən düşünülmüş termin 24 nasist liderinin ittihamında meydana çıxdı, 3-cü hesabatda qeyd olunub ki, bütün müdafiəçilər "düşünülmüş və sistematik soyqırım həyata keçiriblər – bu, irqi və milli qrupların məhvi hesab olunur…"
"Holokost" termini ümumi olaraq II Dünya müharibəsi dövründə Adolf Hitlerin başçılığı ilə Almaniyanın Milli Sosialist Alman Fəhlə Partiyası tərəfindən planlaşdırılan və həyata keçirilən düşünülmüş məhv proqramının bir hissəsi kimi təxminən 6 milyon Avropa yəhudisinin öldürülməsini ifadə etmək üçün istifadə olunur. Alimlərin əksəriyyəti Holokost anlayışına başqa qrupları daxil etmir, bu termini yalnız yəhudilərin soyqırımı üçün saxlayırlar; nasistlər bunu "Yəhudi Məsələsinin Son Həlli" adlandırırdılar.
Holokost mərhələlərlə həyata keçirilib. Yəhudilərin mülki həyatdan ayrılması haqqında qanunvericilik II Dünya müharibəsi başlayandan illər əvvəl qəbul olunub. Məhkumların yorğunluqdan və ya xəstəlikdən ölənə qədər qul kimi işlədildiyi toplanma düşərgələrinin əsası qoyuldu. III Reyxin Şərqi Avropada işğal etdiyi yerlərdə Aynsatsqruppen ("Einsatzgruppen") adlı xüsusi qruplar yəhudiləri və siyasi rəqibləri kütləvi güllələnmə ilə öldürürdülər. Yəhudilər və qaraçılar gettolara doldurulur, sonra yüzlərlə mil yük qatarları ilə aparılaraq səyahət zamanı yaşamaq uğrunda mübarizə aparır və ölüm düşərgələrində qaz kameralarında öldürülürdülər. Almaniya bürokratiyasının hər bir qolu kütləvi qətllərə, ölkənin Holokost alimlərindən birinin dediyi kimi "soyqırım xalqı"na çevrilməsinə cəlb olunmuşdu.
Nasist qətliamlarının və "Nasist soyqırım siyasəti"nin digər hədəfləri slavyanlar (polyaklar, ruslar, ukraynalılar, belaruslar, serblər və b.), qaraçılar, ruhi xəstələr, homoseksuallar və cinsi azlıqlar, Yehova Şahidləri və siyasi rəqiblər idi. R. C. Rammel hesablayıb ki, 16 315 000 nəfər, o cümlədən, 10,5 milyon slavyan, 5,3 milyon yəhudi, 258 000 qaraçı, 220 000 homoseksual bu soyqırımlardan ölüb. Donald Nevik təklif edir ki, maksimum göstərici 17 milyon götürülə bilər. "Service d'Information des Crimes de Guerre: Crimes contre la Personne Humain, Camps de Concentration"da (Paris, 1946, s. 197) 26 milyon ölü göstərilib.
Uzunmüddətli planda nasistlər 30–45 milyon slavyanı məhv etmək istəyirdilər. Rocer Çikeringə görə, "Almanlar müharibəni udacaqları təqdirdə tarixdə ən böyük soyqırım həyata keçirəcəkdilər."
1947-ci ildə Hindistanın bölünməsi
1947-ci ildə Hindistanın bölüşdürülməsi zamanı milyonlarla müsəlman, hindli, sikh yeni formalaşdırılmış sərhəddin yanlış tərəfində qaldılar. Sərhəd xətti çəkiləndə çoxlu müsəlman özünü hərbçi sikh və hindi qüvvələrinin hədəfinə çevrildikləri Hindistan tərəfdə gördülər. Həmçinin sikhlər və hindilər də Pakistanda müsəlman qüvvələrindən əziyyət çəkdilər. Ümumi ölü sayı 500 000-dən 1 milyona qədər hesablanır. Əlavə olaraq 7 milyon müsəlman Pakistana, təxminən eyni qədər də sikh və hindli də Hindistana köçmüşdü. Vəhşilik Pəncabın sıx məskunlaşmış düzənliklərində xüsusən dəhşətli olmuşdur. Bölünmə vəhşiliyi başa çatandan sonra Hindistan Pəncabında çox az müsəlman, Pakistan Pəncabında isə çox az sikh və hindi qaldı. Digər bölünmə əyaləti Benqalda vəziyyət nisbətən yaxşı idi.
Çin Respublikası və Tibet
Çin Homindan Respublikası hökuməti Ma Bufanq minlərlə tibetlinin ölümünə səbəb olan Qoloqa-7 məhvetmə ekspedisiyasını başladan zaman ona dəstək oldu. Müəlliflərdən Uradin Erden Bulaq hadisələri soyqırım, Devid Qudman etnik təmizləmə adlandırmışdır. Bəzi tibetlilər Ma Bufonqın onlara hücum saylarını hesablamışdılar və xatırlayırlar ki, yeddinci hücum həyatı dözülməz hala gətirmişdi. Ma qatı antikommunist idi və o ordusu ilə şimal-şərqi və şərqi Qinqhayda xeyli tibetli öldürmüş, həmçinin Tibet buddist məbədlərini dağıtmışdı.
1951–2000-ci illər
Beynəlxalq hüququn universal razılaşmasına əsasən 1948-ci ildə "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) dərc olunması ilə soyqırıma tərif verməyə və onu qadağan etməyə nail olunmuşdur. SCQACK 1948-ci il 9 dekabrda BMT Baş Assambleyasında qəbul olunmuş və 1951-ci il 12 yanvarda (Qətnamə 260(III)) qüvvəyə minmişdir. 20 ölkə Konvensiyaya üzv olduqdan sonra Konvensiya qüvvəyə minirdi və 1951-ci il 12 yanvarda beynəlxalq hüquq qüvvəsi aldı. Buna baxmayaraq, həmin dövrdə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən yalnız 2-si razılaşmaya tərəfdar olduğundan 4 onillik Konvensiya zəif olaraq qalmışdır.
II Dünya Müharibəsindən sonra almanların sürgünü
Ən azı 12 milyon, mümkündür ki, 14 milyon və daha çox alman birbaşa qovulmuşdur. Bu müasir tarixdə bir etnik qrupun ən böyük köçürülməsi və ya yerdəyişməsi və müharibədən sonrakı Mərkəzi və Şərqi Avropada ən geniş yerdəyişmədir (ümumilikdə 20 milyon adam yerini dəyişib). Zorakılıq aktları ilə yanaşı aclıqdan və xəstəlikdən ölənlərin sayı 500 mindən 2 milyona qədər dəyişir. Xeyli alman mülki əhali ölüm və əmək düşərgələrinə göndərilmişdi. R. C. Rammel hesablayıb ki, Polşada 1 585 000, Çexoslovakiyada 197 000 alman öldürülüb. Bu hadisələr adətən əhali transferi və ya etnik təmizləmə kimi təsnif olunur. Martin Şou (2007) və V. D. Rubinşteyn (2004) qırğını soyqırım kimi təsvir ediblər. Etnik təmizləməni soyqırım sayan az sayda alimlər kimi Feliks Ermakora 1991-ci ildə yazır və qeyd edir ki, Sudet almanlarının məhvi soyqırım olub.
Avstraliya 1900–1969
Avstraliya İnsan Hüquqları Komissiyasının keçmiş prezidenti ser Ronald Vilson düşünür ki, 1900-cü ildən 1970-ci ilədək 20–25000 aborigen uşağın zorla təbii ailələrindən ayrılmasını nəzərdə tutan "Avstraliyanın "Oğurlanmış Nəsli" tamamilə soyqırım sayıla bilər, çünki onlar aborigen xalqın kənarda öləcəyinə inanırdılar." Buna baxmayaraq köçürülmələrin təbiəti və dərəcəsi "Oğurlanmış Nəsli"n məhv edilməsini təsdiq edən və raportlarda olan məlumatlar tapılaraq Avstraliya daxilində bəzi şərhçilərin sorğu-sualı ilə müzakirə olunub. Yalnız valideynlərindən ayrılan uşaqların sayı yox, həm də hökumətin siyasətinin niyyəti və təsirləri sorğu-suala çəkilmişdir.
Zənzibar
1964-cü ildə Zənzibar Sultanının və onun ərəb hökumətinin yerli afrikalı inqilabçılar tərəfindən devrilməsinə səbəb olan Zənzibar İnqilabının sonuna doğru Con Okello radiodakı çıxışında minlərlə "düşməninin və ona tərəfdar olmayanların" öldürülməli və həbs olunmalı olduğunu qeyd etdi, lakin real hesablamalardakı rəqəmlər çox fərqli oldu – "yüzlərlə"dən 20 000-ə qədər. Bəzi Qərb qəzetləri 2 000–4 000 rəqəmini vermişdilər; daha yüksək rəqəmlər Okellonun öz yayım orqanları və bəzi Qərb, ərəb xəbər mediasının mübaliğəli raportları tərəfindən şişirdilmişdir. Ərəb məhbusların öldürülməsi və basdırılması italyan ekipaj tərəfindən vertolyotdan Afrika Addioda videoya çəkilmişdir. Xeyli ərəb təhlükəsizlik üçün Omana qaçmış və Okellonun əmrinə əsasən heç bir avropalı zərər görməmişdir. İnqilabsonrası vəhşilik Pembaya yayılmamışdır. Leo Kuper Zənzibarda ərəblərin öldürülməsini soyqırım kimi təsvir etmişdir.
Qvatemala 1968–1996
Qvatemala vətəndaş müharibəsi zamanı 200 min nəfər ölmüş, 1 milyondan çox adam evlərini tərk etməyə məcbur edilmiş, yüzlərlə kənd dağıdılmışdır. Tarixi Açıqlama Komissiyasının rəsmi Nizamnaməsi insan haqlarına qarşı sənədləşdirilmiş zorakılığın 93%-ni qeyd edir və qurbanların 83%-i mayya hindiləri idi. 1999-cu ildə bu hadisələr soyqırım kimi tanınmaqla yekunlaşdı.
1999-cu ildə Nobel sülh mükafatçısı Riqoberta Mençuya İspaniya Məhkəməsində hərbi liderlik əleyhinə iş açıldı. 2005-ci ildə İspaniya Konstitusiya Məhkəməsi tərəfindən İspaniya məhkəmələrinin Qvatemala vətəndaş müharibəsi zamanı törədilmiş müharibə cinayətləri üzərində universal yurisdiksiyaya malik olması qanuniləşdiriləndən sonra aralarında Efrain Rios Mont və Oskar Humberto Meyya Viktoresin də olduğu 6 rəsminin formal olaraq 2006-cı il 7 iyulda İspaniya Milli Məhkəməsinə müraciət etmələri təmin olundu.
Pakistan (1971-ci ilin Banqladeş Müharibəsi)
R. C. Rammelin 1997-ci ildə çap olunmuş "Demosid statistikaları: 1900-cü ildən bəri soyqırım və kütləvi qətllər" kitabının 8-ci bölməsi "Pakistan demosidinin hesabatları, hesablamaları və mənbələrinin statistikası" adlanır. Orada o, 1971-ci il Banqladeş Azadlıq müharibəsinə diqqət edir. Rammel yazır: "Şərqi Pakistanda (indiki Banqladeş) Pakistan prezidenti general Ağa Məhəmməd Yəhya Xan və onun əsas generalları da Benqal intellektual, mədəni və siyasi elitasını qətl etməyi planlaşdırırdılar. Onlar həmçinin istisnasız yüz minlərlə hindlinin öldürülməsini və Hindistanın içərilərinə köçürülməsini planlaşdırmışdılar. Və onlar ən azı bir nəslin Şərqi Pakistana tabe olmasını sığortalamaq üçün iqtisadi bazanı məhv etməyi planlaşdırmışdılar. Bu plan soyqırım kimi qəbul oluna bilər."
Rammel başqaları tərəfindən nəşr olunan, onun demosid adlandırdığı ən etibarlı hesabatların nəzərdə tutulduğu rəyləri açıqlamaqla davam edir. O, yazır ki, "Hər iki tərəfə genişlənməni möhkəmləndirərək mən Pakistan demosidi barədə 300 mindən 3 milyona qədər və ya ehtiyatla 1,5 milyon rəqəmini verirəm." Entoni Maskarenas və Donald V. Biçler kimi başqa müəlliflər Pakistan ordusu tərəfindən 1–3 milyon mülki şəxsin öldürülməsini iddia edirlər. Pakistan və onun əsas müttəfiqi ABŞ soyqırım iddialarını inkar edirlər.
2006-cı il 20 sentyabrda Avstraliya Federal Məhkəməsinə 1971-ci il ərzində Pakistan ordusu və onun müttəfiqləri tərəfindən soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər iddiası ilə iş daxil olmuşdur.
"Biz bu gün 1949-cu il Soyqırım Konvensiyasına və Müharibə Cinayətləri Aktına əsasən Avstraliyanın Federal Magistratlar Məhkəməsinə işin daxil olmasını elan etməkdən məmnunuq. Bu, tarixdə ilk dəfədir ki, kimsə Pakistan ordu qüvvələri və onun müttəfiqləri tərəfindən 1971-ci il ərzində törədilmiş soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər iddiası ilə əlaqəli məhkəmə prosesində iştirak edir. İş nömrəsi – 2006-cı ildən SYG 2672. 2006-cı il 25 oktyabrda Federal Magistrat Nikols cənablarının qarşısında Sidney qeydiyyatlı Avstraliya Federal Magistrat Məhkəməsində təlimat dinlənildi."
2007-ci il 21 mayda ərizəçiyə münasibətdə "ərizəsini geri götürməsi üçün verilmiş müddət 2006-cı il 20 sentyabrda bitmişdir." (Sənəd № (P)SYG2672/2006) Ginnesin rekordlar kitabı vəhşiliklərin sıralamasında Şərqi Pakistanı 20-ci əsrin ilk 5 soyqırımı arasında verir.
Burundi, 1972-ci və 1993-cü il
1962-ci ildə Burundi müstəqillik qazandıqdan sonra orada soyqırım adlandırılmış 2 hadisə baş vermişdir. 2002-ci ildə BMT Təhlükəsizlik Şurasına təqdim edilmiş Burundi üçün Beynəlxalq Araşdırma Komissiyasının son raportunda 1972-ci ildə tutsi ordusu tərəfindən hutuların kütləvi qətli və 1993-cü ildə hutu əhalisi tərəfindən tutsilərin qətliamı soyqırım kimi tanınmışdır.
Ruanda 1994-cü il
1994-cü ildə baş verən Ruanda soyqırımı 800 min nəfərin ölümü ilə nəticələnmişdir. Prezident Yuvenal Habyarimananın qətlindən sonrakı təxminən 100 gün ərzində 6 apreldən iyulun ortalarına qədər "Human Rights Watch" təşkilatının hesabatına əsasən ən azı 800 min nəfər öldürülmüşdür. 1990-cı ildə əsasən tutsi qaçqınlarından təşkil olunmuş Ruanda Vətənpərvər Cəbhəsi (RVC) adlandırılan üsyançı qrup Uqandadan şimali Ruandanı işğal etdi. Fransızdilli Afrika xalqları və Fransanın özü rərəfindən dəstəklənən hutu rejimi ilə Uqanda tərəfindən dəstəklənən RVC arasında baş vermiş Ruanda vətəndaş müharibəsi ölkədə etnik gərginliyi artırdı və hutu hakimiyyətini gücləndirdi. Hutu hakimiyyəti iddia edirdi ki, tutsilər hutuları qul etməyi nəzərdə tutur və bütün vasitələrlə onlarla mübarizə aparılmalıdır.
Tutsilərin üsyanlarının və dövri yerdəyişən qırğınlarının nəticəsində xeyli miqdarda hutunun evsiz-eşiksiz qalması da daxil olmaqla davam edən etnik qarşıdurmaya baxmayaraq Yuvenal Habyarimana hökumətinə təzyiqlər 1993-cü ildə atəşkəslə və Aruşa Razılaşmasının (yaxud Aruşa Sülh Razılaşması və ya Aruşa danışıqları) ilkin həyata keçirilməsi ilə nəticələndi. 1994-cü ilin aprelində Habyarimananın qətli tutsilərin və sülhpərvər hutuların kütləvi qətlləri üçün bilavasitə səbəb oldu. Qətliamlar əsasən İnterahamve və İmpuzamuqambi siyasi partiyaları ilə assosiasiyada olan hutuların 2 qeyri-nizami ordusu tərəfindən həyata keçirilirdi. Soyqırım Akazu adlı hutu hakimiyyət qrupu tərəfindən yönləndirilirdi. Qətliamlar müharibənin qurtarmasını bildirən sülh razılaşmasının sonunu işarə etdi və tutsilərin Ruanda Vətənpərvər Cəbhəsi yenidən ordunu ağır şəkildə məğlub etməyə və ölkənin nəzarətini ələ keçirməyə başladı.
Ekvatorial Qvineya
1968-ci ildən 1979-cu ildə devrilənədək Fransisko Masias Nquema Ekvatorial Qvineyanın ilk prezidenti olub. Onun prezidentliyi dövründə ölkəni "Afrikanın Auşvitsi" (Auşvits ölüm düşərgəsinin adı ilə) adlandırırdılar. Nquema rejimi terror vasitəsilə daxili təhlükəsizliyini təmin etmək istisna olmaqla bütün hökumət funksiyalarından imtina etməsi ilə xarakterizə olunur; o, özünü baş hakim kimi apararaq minlərlə ölümə fərman verib. Bu, ölkə əhalisinin 1/3-nin məhvinə və ya sürgün edilməsinə səbəb olub. 300 min nəfər əhalidən 80 000-i, xüsusən Biokoda etnik azlıq olan, nisbi sərvət və intellektə malik Bubi qətl edilmişdir. O, ətrafında təhsilli insanların olmasından narahat olduğuna görə eynək geyinən hər kəsi öldürüb. 1975-ci ildə bütün alimlər tutuldu. İqtisadiyyat dağıldı və ixtisaslı vətəndaşlar və xaricilər ölkəni tərk etdi.
1979-cu il 3 avqustda o, Teodoro Obianq Nquema Mbasoqo tərəfindən devrildi. Masias Nquema tutuldu, digər 10 nəfərlə birlikdə soyqırım və digər cinayətlərdə ittiham olundu. Onların hamısı təqsirli bilindi, dördü müxtəlif müddətlərə azadlıqdan məhrum edildi, Nquema və digər 6 nəfər isə bir-neçə həftə sonra sentyabrın 29-da edam olundu.
Kamboca
Kxmer hakimiyyəti, yaxud daha formal Kampuçiya Kommunist Partiyası Pol Pot, Ta Mokun başçılığı ilə ideoloji şübhəli qrupların, vyetnamlılar, çinlilər (yaxud sino-kxmerlər), çamlar və taylar kimi etnik azlıqların, keçmiş mülki qulluqçuların, keçmiş hökumət əsgərlərinin, buddist rahiblərin, sekulyar intellektualların və peşəkarların və keçmiş şəhər sakinlərinin kütləvi qətliamını təşkil etmişdir. Fraksiya mübarizələrində məğlub olmuş Kxmer hakimiyyət kadrları da təmizləmələrdə aradan götürülürdülər. Qul əməyindən ölənlər də daxil olmaqla 1975–1979-cu illərdə təxminən 1,7 milyon kambocalının öldüyü hesablanıb.
Bu epizod daha çox soyqırım kimi tanınır. Məsələn, "1994-cü ildən bəri Kamboca Soyqırımı Proqramı mükafatı" Yel Universitetinin Makmillan Beynəlxalq və sahə tədqiqatları Mərkəzində Soyqırım Tədqiqatlarının bir hissəsi kimi proqrama daxil edilib və 2003-cü ildə Kambocanın Kxmer rejimi altındakı dövlət başçısı Xiu Samfandan bildirmişdir ki, "Kxmer hakimiyyəti rejimində nə baş verdiyi barədə insanların mənə danışdıqlarına inanmaqda çətinlik çəkirdim, lakin bu gün mənə aydındır ki, soyqırım olub."
"Time Asia"nın jurnalisti Endrü Perrin 2003-cü ildə bir məqaləsində yazırdı ki, "Kxmer rejimi tərəfindən Kambocanın azsaylı müsəlman əhalisi çamlara qarşı soyqırım törədilmişdir." Qətliamlar zamanı etnik kxmerlərin sayına mütənasib olmayan miqdarda çam öldürülmüşdür. Kamboca Sənədli Mərkəzində tədqiqatçı Ysa Osman bildirir ki, "Əlbəttə, 500 000-ə yaxın adam öldürülüb. Onlar Kxmer rejiminin 1 nömrəli düşməni sayılırdılar. Plan onların hamısının məhv edilməsi olub." Çünki "onlar tabe olmurdular. Onlar öz allahlarına ibadət edirdilər. onların yeməkləri fərqli idi. Onların adları və dilləri fərqli idi. Onlar fərqli qaydalarla yaşayırdılar. Kxmer rejimi hər kəsin bərabər olmasını istəyirdi, çamlar isə islama əməl etdikləri üçün bərabər görsənmirdilər. Buna görə də onlar cəzalanmalı idilər."
1997-ci ildə Kamboca hökuməti Birləşmiş Millətlərdən xahiş etdi ki, soyqırım tribunalı təşkil etsin. 2006-cı ildə hakimlər and içənə qədər Kamboca və beynəlxalq hüququn hibridindən ibarət məhkəmənin formalaşdırılmasının və strukturunun razılaşdırılması 9 il çəkdi. 2007-ci il 18 iyulda təhqiqatçı hakimlərə ittihamın mümkün şübhələri təqdim edildi. 2007-ci il 19 sentyabrda Kxmer hakimiyyətində ikinci komandan və onun ən ali xidmətçisi Nuon Çea müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olundu. O, xüsusi soyqırım tribunalında Kamboca hakimləri və beynəlxalq hakimlərlə üz-üzə gələcək.
Şərqi Timor İndoneziya işğalı altında
Şərqi Timor 1975-ci ildən 1999-cu ilə qədər əyalət statusunda İndoneziya işğalında olub. Şərqi Timorda Qəbuletmə, Haqq və Barışıq Komissiyası üçün hazırlanmış ətraflı statistik raportda qeyd olunur ki, İndoneziya hərbçilərinin "Şərqi timorluların qırılması üçün silah kimi aclıqdan" istifadə etməsi daxil olmaqla ən azı 102 800 nəfər 1974–1999-cu illər konfliktinin qurbanı olmuş, konkret olaraq təxminən 18 600 qətl və 82 400 aclıq və xəstəlikdən ölüm halı qeydə alınmışdır. Digər mənbələr işğal zamanı erkən 60 000 – 200 000 arası ölü sayı göstərir.
"The Australian"ın jurnalisti Sian Pauel qeyd edir ki, BMT-nin raportunda göstərilib ki, İndoneziya hərbisi şərqi timorluları qırmaq üçün aclıqdan silah kimi istifadə edib, Birləşmiş Ştatlardan aldığı kimyəvi silahı Napalm boyu tətbiq edib və bu da yemək və su mənbələrini zəhərləyib. Ben Kernan "Şərqi Timorda müharibə, soyqırım və müqavimət, 1975–99: Kambocada müqayisəli inikas"da yazır ki, "Şərqi Timorda törədilmiş cinayətlər 650 000-lik əhalinin 150 000-nin məhv olması ilə siyasi və etnik qrupları mümkün soyqırım qurbanları kimi görən bir-çox alimlər tərəfindən istifadə olunmuş soyqırımın sosioloji tərifinə tam uyğun gəlir. Şərqi Timor qurbanlarına yalnız timorluların İndoneziya ilhaqına müqavimət göstərmələrinə görə qohumları ilə birgə məhv edilmək üçün hədəfə alınmış "milli qrup"unun əhəmiyyətli "hissəsi" daxil deyil, həm də Şərqi Timorun şəhərlərində aşkar bilinən etnik mənsubiyyətlərinə görə İndoneziya qüvvələri tərəfindən məhv edilmək üçün müəyyənləşdirilmiş 20 minlik güclü çinli etnik azlığın əksər tanınmış üzvləri də daxildir. Ben Kernan kxmer hakimiyyətinin Kamboca soyqırımı ilə müqayisə apararaq, başqalarına etiraz etmələrinə baxmayaraq birini inkar edən Qərbi riyakarlıqda ittiham edir."
Argentinada çirkli müharibə
Çirkli Müharibə (1976–1983) zamanı Buenos-Ayresin polis komissarı olmuş Migel Osvaldo Etçekolats 2006-cı ilin sentyabrında 6 qətldə, 6 qeyri-qanuni həbsdə və 7 işgəncədə təqsirli bilindi. İş üzrə hakim Karlos Rozanski cəmiyyətin bir hissəsinin məhv edilməsi üçün nəzərdə tutulmuş və qurbanlar olduğuna görə soyqırım sayılan sistematik hücumun bir hissəsi kimi konkret əməlləri göstərdi.
Rozanski qeyd etdi ki, SCQACK siyasi qrupların məhvini nəzərdə tutmur (çünki bu qruplar vaxtilə Stalinin təzyiqi ilə çıxarılmışdır), lakin özünün tapdığı 1946-cı il 11 dekabr tarixli Birləşmiş Millətlər Baş Assambleyasının soyqırım aktlarını qadağan edən 96 saylı Qətnaməsinə – "irqi, dini, siyasi və digər qrupların qismən və ya tamamilə məhv edilməsi" (yekdilliklə qəbul edilib) – əsaslanaraq hesab edir ki, BMT-nin orijinal qərarı siyasi razılıq olan SCQACK-nın qərarından daha legitimdir.
Sabra və Şatila, Livan
Sabra və Şatila qətliamları 1982–2000-ci illər Cənubi Livan münaqişəsinin başlamasına yaxın dövrdə, 1982-ci ilin sentyabrında Sabra və Şatiladakı Fələstin qaçqın düşərgələrində Livan Maronit xristianları/Falanqa hərbi qüvvələri tərəfindən törədilmişdir. Qətliam qurbanlarının sayı 700–3500 olaraq hesablanır. Qətliama görə məsuliyyət icraçı kimi falanqaçılara və dolayı olaraq falanqaçıların müttəfiqi olan İsrailə aid edilir.
1982-ci ilin 16 dekabrında BMT Baş Assambleyası qətliamı tanıdı və bunun bir soyqırım aktı olduğunu bəyan etdi. "Qətliam bir soyqırım aktı hesab olunur" müddəası olan 2-ci bölmə 19 səsə qarşı 98 səslə keçdi, 23-ü səsvermədə iştirak etmədi. Bütün Qərb demokratiyaları səsvermədə iştirak etmədi. Sabra və Şatilanı nümunə çəkərək Leo Kuper Birləşmiş Millətlərin ən biabırçı yırtıcılar üçün aktual soyqırım işlərində iştirak etmək və ya bu işlərə cavab vermək üçün həvəssizliyini, lakin "məlum böhtan atan dövlətlər, xüsusən İsrail" tərəfindən hazırlaşdırıldığını qeyd edir.
2001-ci il 18 iyunda Sabra və Şatila qətliamından sağ qalmış 23 nəfərin müraciəti ilə başlanan Belçika məhkəməsi işində istintaq İsrailin keçmiş müdafiə naziri (həmçinin 2001–2006-cı illərdə baş naziri) Ariel Şaronu soyqırım daxil olmaqla başqa cinayətlərdə də təqsirli hesab etdi, çünki "soyqırım cinayətinin 1948-ci il Konvensiyasında, yenidən işlənmiş Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 6-cı maddəsində və 1993-cü il 16 iyun qanununun 1.1-ci maddəsində müəyyən olunmuş bütün elmentləri mövcuddur." İddia Belçika məhkəməsində yoxlanılmadı, çünki 2003-cü il 12 fevralda kassasiya instansiyası (Belçika Ali Məhkəməsi) beynəlxalq adət hüququna əsaslanaraq qərara aldı ki, dövlət və hökumət başçılarının hərəkətləri xarici dövlətin cinayət məhkəmələrində baxıla bilməz (baxmayaraq ki, soyqırım cinayətinə görə onlar beynəlxalq tribunalın subyekti ola bilərlər). Bu qərar bir il əvvəl 2002-ci il 14 fevralda Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən qəbul olunmuş qərarın təkrarlanması oldu. 2003-cü ilin iyununda Belçika Ədliyyə Nazirliyi bu qərara əsaslanaraq işi İsrailə transfer etmək proseduralarına başlamağı qərara aldı, beləliklə Sabra və Şatiladakı qətliamların soyqırım olması barədə ittihamlar heç bir məhkəmədə yoxlanılmadı.
Əfqanıstana Sovet müdaxiləsi
M. Hassan Kapar özünün "Sovet müdaxiləsi və əfqan cavabı, 1979–1982" kitabında "Ölkə boyu soyqırım" bölməsində bir arqument təqdim edir ki, soyqırımın beynəlxalq tərifi çox məhduddur. Bura siyasi qruplar və ya Çok və Conassonun təsvir etdiyi kimi icraçı tərəfindən müəyyən edilən hər hansı qrup da daxil edilməlidir: "Soyqırım dövlətin və ya başqa hakimiyyətin bir qrupunun məhv edilməsini nəzərdə tutan birtərəfli kütləvi qətliamdır, həmin qrup və ona üzv olub-olmama icraçı tərəfindən müəyyənləşdirilir."
Soyqırıma geniş tərif verəndən sonra Kapar davam edir ki, Əfqanıstana Sovet müdaxiləsi dövründə (1979–1989) "Əfqanlar supergüc tərəfindən törədilən soyqırımın son qurbanları arasında idilər. Əfqanıstanda sifariş etdikləri rejimi qorumaq və məqsədlərini reallaşdırmaq arzusunda olan Sovet ordusuna olan müqaviməti yatırmaq üçün çoxlu sayda əfqan öldürülmüşdür. Buna görə də qətliam siyasi idi."
Efiopiya
Efiopiyanın keçmiş Sovet yönümlü marksist diktatoru Mengistu Hayle Mariam kütləvi qətllərdəki roluna görə Efiopiya məhkəməsində qiyabi mühakimə olunmuşdur. Mengistunun ittiham aktı və sübutların siyahısı 8000 səhifə həcmində idi. Onun əleyhinə olan sübutlara imzalanmış edam əmrləri, işgəncə sessiyalarının videoları və fərdi ifadələr aid idi. Məhkəmə 1994-cü ildə başlandı və 2006-cı il 12 dekabrda Mengistu soyqırım və digər cinayətlərdə təqsirli bilindi. 2007-ci ilin yanvarında o, ömürlük azadlıqdan məhrum edildi. Efiopiya soyqırıma etnik yox, siyasi qrupları məhv etməni nəzərdə tutan tərif verir. 106 Derq zabiti mühakimə zamanı soyqırımda təqsirləndirilsə də, onlardan 36-sı məhkəməyə təqdim olunub. Derqin bir-neçə keçmiş üzvü ölüm cəzasına məhkum edildi. Zimbabve Efiopiyanın Mengistunun ekstradisiya olunması xahişinə rədd cavabı verdi, bu da Mengistunun Efiopiyada ömürlük azadlıqdan məhrumetmə cəzasını çəkməsinə mane oldu. Mengistu Efiopiyaya rəhbərliyi dövründə Zimbabve prezidenti Robert Muqabeni dəstəkləmişdir.
Bəzi ekspertlər hesablayıblar ki, 150 000 universitet tələbəsi, intellektual və siyasətçi Mengistunun idarəçiliyi dövründə öldürülüb. "Amnesty International" Efiopiya qırmızı terroru dövründə 500 000-dək adamın ölməsini hesablayıb. "Human Rights Watch" qırmızı terroru "dövlət tərəfindən qətliamın Afrikada indiyə kimi görülmüş ən sistematik istifadələrindən biri" kimi təsvir etmişdir. Onun idarəçiliyi dövründə hökuməti tənqid edən tələbələrin və ya üsyançılara dəstək verənlərin işıq dirəklərindən asılmasını görmək adi hal idi. Mengistu özü rəqiblərini qarətlə və ya güllələyərək öldürdüyünü iddia edirdi.
İraq kürdləri
2005-ci il 23 dekabrda alman məhkəməsi kimyəvi silah satışına görə Frans van Anraata qarşı qərar qəbul etdi – "məhkəmə belə düşünür və hesab edir ki, kürd əhalisinin Soyqırım Konvensiyasına əsasən bir etnik qrupa aid tələblərə cavab verməsi qanuni və inandırıcı yolla təsdiqlənir. Məhkəmənin bu hücumun İraqın kürd əhalisinin məhv edilməsi niyyəti ilə törədildiyindən başqa gəldiyi nəticə olmadı", çünki o, 1988-ci il 16 marta qədər – Hələbcə şəhərinə zəhərli qaz hücumunun baş verdiyi tarixədək kimyəvi silahları verib, o, müharibə cinayətində təqsirli bilinsə də, soyqırımda iştirakçılıqda təqsirli bilinmir.
Hindistan
1970-ci illərdə Hindistanda fövqəladə vəziyyət zamanı minlərlə sikh muxtar hökumət kampaniyası apardıqlarına görə həbs olunmuşdular. 1984-cü ildə Hindistan ordusunun "Mavi ulduz əməliyyatı" adlandırılan hücumu zamanı Qızıl Məbəddə minlərlə günahsız sikh öldürüldü və Sikh İstinad Kitabxanası (ing. Sikh Reference Library) yandırıldı. 1984-cü ilin oktyabrında İndira Qandinin qətlindən sonra hökumət rəsmilərinin "yük maşınları və dövlət avtobusları" ilə, "silahlarla – yanacaq nefti, kerosin və digər yanar maddələrlə" təmin etdikləri hind qüvvələri tərəfindən qaldırılmış 1984-cü il anti-sikh qiyamında minlərlə sikh öldürüldü. Bu qiyamın nəticələri soyqırım kimi tanınır.
Tibet
1959-cu il 5 iyunda Hindistan Ali Məhkəməsinin Baş vəkili Şri Purşottam Trikamadas Beynəlxalq Hüquqşünaslar Komissiyasına (QHT-dir) Tibet haqqında hesabat təqdim etdi. Hesabatın 26-cı paraqrafında deyilirdi: "Yuxarıdakı faktlardan aşağıdakı nəticələri çıxarmaq olar: … bu komitə tərəfindən təqdim edilmiş və başqa mənbələrdən əldə olunmuş bütün belə sübutları yoxlamaq və müvafiq cür davranmaq, xüsusilə soyqırım cinayətinin – hansı ki, buna artıq güclü iddia var – olduğunu müəyyən etmək, bu işdə 1948-ci il Konvensiyasına və Birləşmiş Millətlərin qətnaməsinə əsasən bu hərəkətlərin məhdudlaşdırılması və müvafiq qaydaya salınmasına başlamaq;"
Beynəlxalq Hüquqşünaslar Komissiyasının hesabatı (1960) fiziki soyqırım kimi təhrif olunmuşdur, halbuki orada yalnız mədəni soyqırım nəzərdə tutulur.
BHK-nın hesabatı (1960) 346-cı səhifə: "Komitə müəyyən etdi ki, tibetlilərin dini qrup kimi məhv edilməsinə cəhd edərək Tibetdə soyqırım aktı törədilmişdir və buna görə bu hərəkətlər konvensiya öhdəliklərindən azad soyqırım hərəkətləridir. Komitə tibetlilərin bir irq, millət və ya etnik qrup kimi beynəlxalq hüquqda soyqırım kimi nəzərdə tutulmuş metodlarla məhv edilməsi barədə kifayət qədər sübut tapmamışdır."
Hər bir halda mədəni soyqırıma da Barri Sautman kimi akademiklər tərəfindən etiraz edilmişdir. Tibetdə tibetlilərin gündəlik dili tibet dilidir. Əlavə olaraq tibetlilər "tək uşaq siyasəti"ndən azaddırlar.
Soyqırım mütəxəssisi Adam Cons iddia edir ki, 1959-cu ildə Tibet üsyanından sonra qəddar addımların nəticəsi olaraq 92 000 nəfərin öldürülməsi kimi qətliamlar soyqırım hesab edilə bilər.
Braziliya
Tikuna xalqının 1988-ci ildə baş vermiş Helmet qətliamı ilkin olaraq homisid hesab olunur. Qətliam zamanı 4 nəfər ölmüş, 19 nəfər yaralanmış və 10-u itkin düşmüşdür. 1994-cü ildən bəri bu, Braziliya məhkəmələri tərəfindən soyqırım kimi tanınmışdır. 2001-ci ildə 13 nəfər soyqırıma görə məhkum olunmuşdur. 2004-cü ilin noyabrında Braziliya federal məhkəməsinə müraciətdə ilkin olaraq soyqırım məqsədilə insanları kirayə götürməkdə təqsirləndirilən şəxs bəraət aldı, digərlərinin cəzaları isə 15–25 ildən 12 ilə endirildi. 2005-ci ilin noyabrında Braziliya rəsmiləri tərəfindən aparılan "Rio-Pardo Əməliyyatı" kod adlı təhqiqatda Braziliyanın Kuyaba şəhərindəki ictima ittihamçısı Mario Lusio Avelar "Survival International"a bildirmişdir ki, o, Rio-Pardo hindilərinin soyqırımının istintaqı üçün kifayət qədər əsas olduğuna inanır. 2006-cı ilin noyabrında iddiaya cəlb olunmuş keçmiş polis komandiri və Mato-Qrosso ştatının qubernatoru ilə birgə 29 nəfər həbsdə saxlanılırdı.
Konqo Demokratik Respublikası
Konqo vətəndaş müharibəsi zamanı piqmeylər onları qeyri-insan hesab edən hər iki tərəfdən ovlanmış və yeyilmişlər. Bmbuti piqmeylərinin nümayəndəsi Sinafasi Makelo BMT Təhlükəsizlik Şurasından kannibalizmi insanlıq əleyhinə cinayət və soyqırım aktı kimi tanımağı xahiş edib. Azlıqların Hüquqları üzrə Beynəlxalq Qrupun hesabatına əsasən qətliamın, kannibalizmin və zorlamanın sübutları var. Bu hadisələri qırğın kampaniyası kimi xarakterizə edən hesabat zorakılıqların çoxunu Bambutinin xüsusi hakimiyyəti haqqında inanclarla əlaqələndirmişdir. İturi əyalətində üsyançı qüvvələr kod adı "Effacer le tableau" (dövləti təmizləmək) adlı əməliyyat keçiriblər. Şahidlərə görə əməliyyatın məqsədi meşəni piqmeylərdən təmizləmək olub.
Qərbi Yeni Qvineya/Qərbi Papua
2004-cü ildə Yel Universiteti hüquq fakültəsi "İndoneziya insan haqlarından Qərbi Papuada sui-istifadə: İndoneziyanın nəzarət tarixinə Soyüorom tarixinə müraciət"i çap etdi, 75 səhifəlik hesabat soyqırım konvensiyalarının hər birinə İndoneziyanın nəzarətinin mümkünlüyü barədədir. 2005-ci il ərzində Sülh və Münaqişə elmləri üzrə Sidney Universiteti Mərkəzi "Qərbi Papuada soyqırım? İndoneziya dövlət aparatının rolu və Papua xalqının qətli üçün müasir zərurətlər" hesabatını çap etdi. Hesabat ərazinin hazırkı şəraiti barədə idi. Hesabatda qeyd olunur ki, 1963-cü ildə İndoneziya hökuməti Qərbi Papuada nəzarəti alman hökumətindən almağa başlayandan bəri 100 000 papualı ölmüşdür.
Somali
Sosial Elmi Araşdırma Şurası (2007) Somali Bantu əhalisi və Cubba dərəsi sakinlərinin 1991-ci ildən soyqırım qətli xəbər verib qeyd edir ki, "Somali nadir hallardandır ki, soyqırım hərəkətləri onları idarə edən dövlət strukturu olmadığı halda hərbçilər tərəfindən həyata keçirilib."
Soyqırımın beynəlxalq istintaqı
Ad hoc tribunallar
1951-ci ildə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən yalnız ikisi SCQACK-nın iştirakçısı idi: Fransa və Çin Respublikası (Tayvan). SCQACK Sovet İttifaqı tərəfindən 1954-cü ildə, Birləşmiş Krallıq tərəfindən 1970-ci ildə, Çin Xalq Respublikası tərəfindən 1983-cü ildə (1971-ci ildə Tayvandakı Çin Respublikasını BMT TŞ-də əvəz etmişdir) və Birləşmiş Ştatlar tərəfindən 1988-ci ildə ratifikasiya edilmişdir. Buna görə də soyqırım cinayəti üzrə beynəlxalq hüquq yalnız 1990-cı illərdə işə düşmüşdür.
Bosniya və Herseqovina 1992–1995-ci illər
2001-ci ildə Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı (KYBCT) general Krstiçi 1995-ci il Srebrenitsa soyqırımındakı roluna görə təqsirli bildi, bununla beynəlxalq tribunal tərəfindən ilk dəfə soyqırım aktı leqal olaraq müəyyən olundu. Bu hökm Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən 2007-ci ilin fevralında "Bosniya Serbiyaya qarşı" işi üzrə qərarda qüvvədə saxlanıldı. Buna baxmayaraq Bosniyanın iddiasına zidd olaraq BƏM müharibə zamanı Bosniya və Herseqovinanın bütün ərazisində soyqırım aşkar etmədi, lokal soyqırım Srebrenitsa ilə məhdudlaşırdı. Bu qərara qədər bəzi akademiklər və insan hüquqları rəsmiləri tərəfindən "Bosniya soyqırımı" ifadəsi işlədilirdi.
2010-cu ildə Bosniya serb ordusunun Drina korpusunun təhlükəsizlik komandiri polkovnik-leytenant Vujadin Popoviç və həmin ordunun təhlükəsizlik komandiri polkovnik Ljubişa Beara Srebrenitsa qətliamındakı rollarına, soyqırım, qırğın, qətl və təqiblərə görə KYBCT tərəfindən təqsirli bilinib ömürlük azadlıqdan məhrumetməyə məhkum olundular.
Bosniya müharibəsi zamanı törədilən soyqırımlara görə məhkum olunanların bir neçəsinin cəzalarını alman məhkəmələri aşağı salmışdır. Novislav Djajiç soyqırımda iştirakına görə məhkum olunmuşdu, lakin Yüksək Regional Məhkəmə onda soyqırım törətməyə istiqamətlənmiş kriminal niyyət üçün kifayət qədər əminlik tapa bilmədi. Lakin Djajiç 14 qətl işində və 1 qətlə cəhddə təqsirli bilindi. 1997-ci il 23 mayda Djajiçin apelyasiyasında Bavariya Apelyasiya Palatası Foka rayon administrasiyasına istinadən müəyyən etdi ki, soyqırım aktları 1992-ci ilin iyununda törədilib. 1997-ci ilin sentyabrında Düsseldorf Yüksək Regional Məhkəməsi (Oberlandesgericht) Doboj regionunda yerləşmiş yarımhərbi qrupun lideri olmuş Dobojdan olan Bosniya serbi Nikola Jorgiç əleyhinə olan soyqırıma görə cəzanı aşağı saldı. O, Srebrenitsadan başqa Bosniya və Herseqovina ərazilərində baş vermiş soyqırım fəaliyyətinə cəlb edildiyinə görə 4 dəfə ömürlük azadlıqdan məhrum edilmişdi; 1999-cu il 29 noyabrda Düsseldorf Yüksək Regional Məhkəməsi Maksim Sokoloviçi soyqırım cinayətində qrup halında iştirak və yardım etdiyinə və Cenevrə Konvensiyasını kobud şəkildə pozduğuna görə 9 il müddətinə azadlıqdan məhrum etdi.
Ruanda
Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) 1994-cü ilin 6 aprelindən mayına qədərki dövrdə Ruandada baş vermiş soyqırım zamanı törədilən cinayətlərin araşdırılması üçün BMT-nin himayəsi altında olan məhkəmədir. RBCT 1994-cü il 1 yanvardan 31 dekabradək Ruanda ərazisində beynəlxalq hüququ pozan, soyqırım aktlarını və digər ciddi vəhşilikləri törətməkdə məsul olan insanları, yaxud Ruanda vətəndaşları tərəfindən yaxınlıqdakı dövlətlərdə törədilmiş cinayətləri mühakimə etmək üçün 1994-cü il 8 noyabrda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən yaradılmışdır.
Xeyli sonra RBTC 19 cinayət işini bitirdi və 25 ittiham olunan şəxsi məhkum etdi. Digər 25 nəfər hələ də mühakimədədirlər. 19 nəfər həbsdə gözləyir. 10 nəfər hələ də azadlıqdadır. İlk məhkəmə işi Jan Pol Akayesuya qarşı, 1997-ci ildə başlanıb. Keçid dövrü baş naziri Jan Kambanda təqsirkarı müdafiə edirdi.
Beynəlxalq Cinayət Məhkəməsi
BCM yalnız 1 iyul 2002-ci ildə və ondan sonra törədilmiş cinayətləri mühakimə edə bilər.
Darfur, Sudan
2004-cü il 9 sentyabrında Senatın Xarici Əlaqələr Komitəsində çıxış edən ABŞ Dövlət katibi Kolin Pauel 2003-cü ildən Sudanda, Darfurda başlanmış, indi də davam edən irqi münaqişəni "soyqırım" adlandırmışdı. O vaxtdan etibarın BMT Təhlükəsizlik Şurasının heç bir daimi üzvü bu mövqeni izləməmişdir. Fakt odur ki, BMT Təhlükəsizlik Şurasının 2004-cü il tarixli 1564 saylı qətnaməsi ilə yaradılmış Darfur üzrə Beynəlxalq Araşdırma Komissiyası Baş Katibə məruzə etmişdir ki, "Sudan hökuməti soyqırım siyasəti həyata keçirmir." Lakin Komissiya xəbərdarlıq etmişdir ki, "Hökumət səlahiyyətliləri, birbaşa və ya dolayı olaraq onların nəzarətində olan hərbi qüvvələr tərəfindən heç bir soyqırım siyasətinin izlənilməməsi və həyata keçirilməməsi kimi ifadə olunan nəticə heç cürə bu regionda törədilmiş cinayətlərin əhəmiyyətini azalda bilməz. Darfurda törədilmiş insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi beynəlxalq pozuntular soyqırımdan daha ciddi və daha mənfur ola bilər."
2005-ci ilin martında Təhlükəsizlik Şurası Darfurdakı situasiyada Komissiyanın heç bir spesifik cinayətin olmadığı hesabatını nəzərə alan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroruna istinad etdi. Təhlükəsizlik Şurasının 2 daimi üzvü – ABŞ və Çin tövsiyə qətnaməsinin səsverməsində bitərəf qaldı. Özünün Təhlükəsizlik Şurasına 4-cü hesabatında prokuror "BMT Təhlükəsizlik Şurasının 1593 saylı qətnaməsində müəyyən olunmuş şəxslərin bəşəriyyət əleyhinə cinayətlər və müharibə cinayətlərini törətmələrinə inanmaq üçün əsaslı səbəblər" tapmışdır, lakin soyqırımda ittiham etmək üçün kifayət qədər sübut tapmamışdır.
2007-ci ilin aprelində BCM-nin hakimləri bəşəriyyət əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə keçmiş daxili işlər naziri Əhməd Harunun və hərbi Cancavidin lideri Əli Kuşaybın həbsinə order vermişdir. 2008-ci il 14 iyulda BCM-nin prokurorları Sudan prezidenti Ömər əl-Bəşirin 10 müharibə cinayətini, 3 soyqırım cinayətini, 5 bəşəriyyət əleyhinə və qətl cinayətini sənədləşdirmişdir. BCM-nin prokurorları bildirmişdilər ki, əl-Bəşir Darfurda etnik mənsubiyyətinə görə 3 tayfa qrupunun "məhv edilməsi planının ideya müəllifi və icraçısı olmuşdur." Bundan sonra BCM-nin Darfur üzrə prokuroru Luis Moreno-Okamponun Əl-Bəşirin həbsinə order verməsi üçün BCM hakimlərinə müraciət edəcəyi gözlənilirdi. 2009-cu il 4 martda BCM soyqırım yox, insanlıq əleyhinə və digər cinayətlərə görə əl-Bəşirin həbsinə order verdi. Bu, BCM-nin dövlət başçısının həbsinə verdiyi ilk orderdir.
Azərbaycan
1918-ci il mart hadisələri
1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə görə 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
Xocalı faciəsi
Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) nizamnaməsində istifadə olunmuş, sonradan həmin cinayət tərkibləri keçmiş Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır. Qabaqcadan xüsusi düzəldilmış pusqulardan qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərinin avtomat, pulemyot və digər silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırım niyyətini sübuta yetirir.
Ağdaban faciəsi
Kəlbəcər rayonunun Ağdaban kəndində erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırımı göstərmək olar. 30 il əvvəl ermənilərin silahlı təcavüzü zamanı kəndin bütün mülki əhalisi faktiki olaraq vəhşicəsinə qətlə yetrildi. Bu qırğınlar "Ağdaban faciəsi" adı ilə tanınır.
Xarici keçidlər
Həmçinin bax
- Erməni Soyqırım Ədalət Komandosları
- Mart soyqırımı
- Erməni soyqırımı iddiası
- Quba soyqırımı
- Ağdaban soyqırımı