Gennadi Udovenko

Gennadi İosifoviç Udovenko (ukr. Геннадій Йосипович Удовенко) — ukraynalı siyasətçi.

Gennadi Udovenko
ukr. Геннадій Йосипович Удовенко
Ukraynanın xalq deputatı[d]
12 may 1998 14 may 2002
Ukraynanın xalq deputatı[d]
14 may 2002 21 may 2005
Ukraynanın xalq deputatı[d]
25 may 2006 23 noyabr 2007
1997 1998
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyun 1931(1931-06-22)[1]
Doğum yeri
Vəfat tarixi 12 fevral 2013(2013-02-12)[1] (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi, diplomat

Təltifləri Order of the Cross of Terra Mariana, 3rd Class Order of the Cross of Terra Mariana "Xidmətlərinə görə" ordeni (Ukrayna) 3-cü dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni 4-cü dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni 5-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni Order of the Lithuanian Grand Duke Gediminas Şahzadə Henri ordeni Ukrayna Prezidentinin fəxri fərqlənmə nişanı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Gennadi İosifoviç Udovenko 1931-ci ildə Ukraynada, Kiyev şəhərində anadan olub. 1954-cü ildə Kiyev Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. Müxtəlif illərdə Ukraynanın Tikinti Sənayesi Nazirliyində nazirin katibi və Nazirliyin kollegiyasının katibi, Kiyevətrafı rayonlardan birində kolxoz sədri, Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi qurumlar bölməsində məsləhətçi, I katib, sonra həmin bölmənin rəisi, xarici işlər nazirinin müavini (1980–85) vəzifələrində çalışıb. Eyni zamanda, sovet hakimiyyəti illərində əvvəlcə BMT–nin Cenevrədəki katibliyinin, sonra bu qurumun Nyu–Yorkdakı katibliyinin əməkdaşı, Ukraynanın BMT–dəki fövqəladə və səlahiyyətli səfiri, qurumun Nyu–Yorkdakı katibliyində Ukraynanın daimi nümayəndəsi olub. 1991–1992-ci illərdə yenə də XİN–də nazir müavini, BMT–nin Nyu–York katibliyində Ukraynanın daimi nümayəndəsi təyin edilib. 1994–1998-ci illərdə XİN rəhbəri olub və ölkəsini müxtəlif beynəlxalq təşkilatlarda təmsil edib. Üçüncü və dördüncü çağırışlarda xalq deputatı seçilib. Prezident yanında insan haqları, milli azlıqlar və beynəlxalq münasibətlər komitəsinin rəhbəridir.

Həmçinin bax

  1. Hennadij Udowenko // Munzinger Personen (alm.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.