General Aslanov (film, 1970)
General Aslanov | |
---|---|
Janr |
bioqrafik müharibə |
Rejissor | Musa Bağırov |
Ssenari müəllifi | Fəraməz Səfiyev |
Operator | Zaur Məhərrəmov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1970 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr |
![]() |
İl | 1970 |
Texniki məlumatlar |
2 hissə 560 metr 35 mm |
Məzmun
Film II Dünya müharibəsində istedadlı sərkərdə, tank qoşunları briqadasının komandiri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuşdur. Döyüş vaxtı arxadan xain düşmən gülləsinə tuş gəlmiş qəhrəmanın obrazını yaratmaq məqsədilə hərbi illərin tarixi xronikasından, sərkərdənin yaxınlarının, döyüş yoldaşları və dostları — Obçanski, Poqorelko, marşal Yeremenko, Moskva sirkinin məşhur aktyoru Mixail Şuydin, general-polkovnik Obuxov və akademik Samsonovun sinxron xatirələrindən istifadə olunmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Musa Bağırov
- Ssenari müəllifi: Fəraməz Səfiyev
- Operator: Zaur Məhərrəmov
- Səs operatoru: Şamil Kərimov
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.