Geğarkunik mərzi
Geğarkunik mərzi (erm. Գեղարքունիքի մարզ) — Ermənistanın şərqində vilayət (mərz). Şimalda Tavuş, qərbdə Kotayk, cənub-qərbdə Ararat, cənubda Vayots dzor mərzləri, şərqdə Azərbaycanla həmsərhəddir. Tarixi Göyçə mahalını əhatə edir. Ölkənin ən böyük mərzidir və bütün respublika ərazisinin 18%-ni tutur. Ərazinin əhəmiyyətli bir hissəsini Göyçə gölü tutur. Mərzə keçmiş Sevan, Krasnoselski, Martuni və Vardenis rayonları daxil idi.
Mərz | |||
Gelarkunik | |||
---|---|---|---|
|
|||
40°25′ şm. e. 45°12′ ş. u. |
|||
Ölkə | |||
İnzibati mərkəz | Kəvər | ||
Tarixi və coğrafiyası | |||
Yaradılıb | 7 noyabr 1995 | ||
Sahəsi |
|
||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
ISO kodu | AM-GR | ||
Poçt indeksi | 1201–1626 | ||
Rəsmi sayt | |||
Vikianbarda əlaqəli mediafayllar |
Geğarkunik rayonuna həmçinin Azərbaycan ərazisi ilə əhatə olunmuş və hazırda onun nəzarətində olan Artsvaşen anklavı da daxildir.
İnzibati mərkəzi Kəvər şəhəridir. Digər şəhərlər Sevan, Çəmbərək, Vardenis, Martunidir. Rayonda həmçinin 93 kənd yaşayış məntəqəsi var.
Tarixi
Göycə mahalı kəndlərinin siyahısı
Bu siyahı 1829–1832-ci illərdə İ.Şopen tərəfindən aparılmış kameral siyahıyaalınmanın nəticələrinə əsasən tərtib edilmiş siyahılardan götürülmüşdür.[2]
1.Bığlı Hüseyn, 2.Zeynalağalı, 3.Rəhmankənd, 4.Ağqala, 5. Əyrivəng, 6. Qızılcıq (Əbulkəndi), 7.Noradüz, 8.Qışlaq, 9.Kəvər, 10. Qul Əli, 11.Kosa Məmməd, 12.Paşakənd, 13.Dəliqardaş, 14.Küzəcik, 15. Başkənd, 16.Heyranıs, 17.Atamxan, 18.Vəliağalı, 19. Təzəkənd, 20.Dəlikdaş, 21.Göl kəndi, 22.Aşağı Adıyaman, 23.Yuxarı Adıyaman, 24.Əbdülağalı, 25. Gözəldərə, 26.Ağqıraq, 27.Aşağı Qaranlıq, 28.Yuxarı Qaranlıq, 29.Zolağac, 30. Kolanlıqırılan, 31.Alçalı, 32.Qarasaqqalqışlağı, 33.Yarpızlı, 34. Zağalı, 35.Qızılbulaq, 36. Qırxbulaq, 37.Qanlı Allahverdi, 38.Basarkeçər, 39. Qoşabulaq, 40.Aşağı Keyti (Salman kəndi), 41.Baş Keyti, 42.Ellicə, 43.Daşkənd, 44.Daş Keyti, 45.Tatlı Qışlağı, 46. Zərzibil, 47.Zod, 48.Ağyoxuş, 49.Əyricə, 50.Böyük Məzrə, 51.Kiçik Məzrə, 52. Kəsəmən, 53.Şişqaya, 54. Cil, 55.Ardanış, 56.Adatəpə, 57.Şor Əli, 58.Ağbulaq, 59.Toxluca.60 Əzizli (Qaraqoyunlu).61 Nərimanlı.
1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Göycə ərazisində dağıdılmış kəndlərin siyahısı[2]
1.Buğdatəpə, 2.Hacımumuxan, 3.Allahverdibəy, 4.Üçtəpə, 5–6. adları unudulub, 7.Kərimkənd, 8–11.adları unudulub, 12.Yuxarı Altuntaxt, 13.Aşağı Altuntaxt, 14.Dəmirçi Poğos, 15–19.adları unudulub, 20.Əyricə, 21.Atdaş, 22.Axsaxtovuz, 23.Karvansaray, 24.adı unudulub, 25.Qasımbaşı, 26. Mədinə, 27–32.adları unudulub, 33.Baş Gözəldərə, 34.Xancığazoğlu, 35–38.adları unudulub, 39.Qızılkilsə, 40–44.adaları unudulub, 45.Böyükağa, 46–54.adları unudulub, 55.Ağkilsə, 56–57.adları unudulub, 58.Göyçə, 59. Sultanəli, 60. Sətənağac, 61.Karvansaray, 62.Əyricə, 63–64.adları unudulub, 65.Kərimkənd, 66.Dəli Harutyun, 67.Qəməsar.
İstinadlar
- http://www.armstat.am/file/doc/99471368.pdf.
- Шопен И.И. "Исторический памятник состояния Армянской области в эпоху присоединения к Российской империи", SPb, 1852.
- Vaqif Arzumanlı, Nazim Mustafa. "Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq". Bakı: Qartal, 1998