Gay Times

Gay Times (2007-ci ildən — GT) — Böyük Britaniyanın homoseksual və biseksual auditoriyasına yönəlmiş ən populyar jurnal.[3][4]. 1975-ci ildən bəri hər ay buraxılır[5][6].

Gay Times
Loqonun şəkli
Gay Times, Noyabr 2011-ci il
Baş redaktor Triş Rayd-Smit
Növ GeyBiseksual
Format A4
Tiraj 68,000[1]
Təsisçi Millivres Prowler Group Ltd
Təsis tarixi 1975
Şirkət Böyük Britaniya Birləşmiş Krallıq
Ölkə
Qərargah London, 32-34 Gordon House Road
Dil ingilis dili
ISSN 0950-6101
gaytimes.co.uk
gaytimes.co.uk

Nəşr və məzmun

Gay Times (GT) jurnalı Millivres Prowler Group Ltd tərəfindən dərc olunur. Gay Times jurnalının ilk nömrəsi Lyuis Mennonun posteri ilə birlikdə 1984-cü ildə buraxılmışdı (başlanğıcda Gay Times 1975-ci ildə yaradılmış HIM jurnalının tərkib hissəsi idi).

Millivres Prowler şirkəti həmçinin lezbiyan auditoriyaya yönəlmiş Avropanın aparıcı aylıq DIVA jurnalını, habelə transgender icması üçün META rəqəmsal jurnalını dərc edir. Bundan başqa onlar PinkPaper.com LGBT onlayn-xəbər brend saytının sahibidirlər.

Gay Times ilin sonunda baş vermiş 13 ən əsas hadisələri dərc edir. Jurnalın əsas rubrikaları müsahibə, xəbər, musiqi, film, ədəbiyyat, moda və səyahət kimi maraqlı bölmələrdən ibarətdir. Burada həmçinin həyat tərzi, reklam, eskort və məsləhət xidmətləri də daxil olmaqla, böyük bir kataloq bölmə mövcuddur.

Jurnalın üz qabığına çox sayda məşhur insanlar çəkilmişdilər. Onların arasında aktyor Ser Yen Makkellen, X Factor-un qalibi Mett Kardl, və Amerikalı musiqi qrup Scissor Sisters-in adlarını xüsusilə qeyd etmək olar.

2011-ci ilin dekabr ayında GT özünün 400-cü nəşrinin buraxılışını və 30 yaşını təntənəli şəkildə qeyd etmişdi.

Populyar mədəniyyətdə

  • Kiçik Britaniya teleserialında kəndin yeganə homoseksualı Deffid Tomas jurnal kioskuna gəlir və özünün sevdiyi jurnalı olan Gay Times almaq istəyəndə onun artıq kiminsə aldığını görür və buna görə də çox əsəbləşir. Deffid jurnal satıcısından, bunu kəndə yeni gəlmiş dəmirçi tərəfindən alındığını öyrənir.
  • 2004-cü ilin sentyabr ayında jurnalın populyar sentyabr nömrəsinin üz qabığı reklam şəklində London metrolarında asılmışdı. Bu homoseksual öpüşün qlobal reklamda ilk görüntüsü idi.
  • 2008-ci ilin noyabr buraxılışında Homo Promo adlı idman reklam kompaniyasına start verilmişdi.

İstinadlar

  1. Gay Times Review Arxivləşdirilib 2018-01-16 at the Wayback Machine, Ciao
  2. The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 0950-6101
  3. "3% of Lesbians and Gay Men Intend to Adopt in Next 5 Years". 2013-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.
  4. "Outright 2006 Helps Brands Communicate Effectively with Gay Britain". 2013-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.
  5. "3% of Lesbians and Gay Men Intend to Adopt in Next 5 Years". WebWire and Out Now Diva and Gay Times Readers Surveys. 27 March 2007. 7 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2013.
  6. "Outright 2006 Helps Brands Communicate Effectively with Gay Britain". GAY to Z and Out Now Diva and Gay Times Readers Surveys. 27 March 2007. 6 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 August 2013.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.