Gawker Media

"Gawker Media LLC" (əvvəllər "Blogwire, Inc." və "Gawker Media, Inc.") — ABŞ onlayn media şirkəti və bloq şəbəkəsi.

Gawker Media
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi özəl şirkət[d]
Təsis tarixi 2002
Bağlanma tarixi 21 sentyabr 2016
Baş qərargahın yeri
advertising.gawker.com

Tarixi

2003-cü ilin oktyabrında Nik Denton tərəfindən "Blogwire" adı ilə təsis edilmişdir. Qərargahı Nyu-Yorkda yerləşir. 2012-ci ildən Kayman adalarında birləşdirilmiş[1] "Gawker Media" yeddi müxtəlif veb-loqların və onların altında bir çox alt saytların əsas şirkəti idi. Bütün "Gawker" məqalələri "Creative Commons" qeyri-kommersiya lisenziyası əsasında lisenziyalaşdırılmışdır.[2] 2004-cü ildə şirkətin adı "Blogwire, Inc"dən "Gawker Media, Inc."ə və qısa müddət sonra "Gawker Media LLC"yə dəyişdirilmişdir.[3][4]

2016-cı ildə şirkət Halk Hoqan intim kaset iddiaları nəticəsində şirkətə qarşı 140 milyon dollarlıq təzminat ödənildikdən sonra[5] 11-ci fəsildə iflasdan müdafiə üçün müraciət etmişdir.[6] 16 avqust 2016-cı ildə "Gawker.com" istisna olmaqla bütün "Gawker Media" brendləri "Univision Communications" tərəfindən hərracda 135 milyon dollara alınıb.[7] 18 avqustda şirkət "Gawker.com"un növbəti həftə fəaliyyətini dayandıracağını, digər saytlarının isə fəaliyyətini davam etdirəcəyini açıqlamışdır.[8]

21 sentyabr 2016-cı ildə "Univision" bütün "Gawker Media" mülkiyyətlərini yeni yaradılmış "Gizmodo Media Group"a köçürmüşdür.[9][10]

İstinadlar

  1. Gardner, Eric (February 19, 2014) "Gawker to Quentin Tarantino: We're Safely Based in the Cayman Islands" Arxivləşdirilib 2020-05-23 at the Wayback Machine, The Hollywood Reporter. (Retrieved 3-5-2014.)
  2. "Using Gawker Media Content". Legal.Kinja.com. Gawker Media. 2014-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-12.
  3. "Informational Message". Corporation and Business Entity Database. November 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 12, 2017.
  4. "Informational Message". Corporation and Business Entity Database. November 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 12, 2017.
  5. Ember, Sydney. "Gawker Said to Plan Sale After $140 Million Award to Hulk Hogan". The New York Times. 2016-06-10. ISSN 0362-4331. 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-10.
  6. "Gawker Media Chapter 11 Petition" (PDF). PacerMonitor. PacerMonitor. 9 August 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 June 2016.
  7. "Univision to Buy Gawker Media for $135M". The Hollywood Reporter. 16 August 2016. 1 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2020.
  8. Trotter, J.K. "Gawker.com to End Operations Next Week". Gawker.com. 2016-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-18.
  9. Spangler, Todd. "Univision Hires News Corp's Raju Narisetti to Oversee Sites Acquired From Gawker Media". Variety. September 21, 2016. March 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 12, 2017.
  10. Jarvey, Natalie. "Univision Hires News Corp Vet to Lead Former Gawker Media Sites". The Hollywood Reporter. 21 September 2016. 21 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 12, 2017.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.