Gavduşan döyüşü

Gavduşan döyüşü — 1774-cü ildə Xudat yaxınlığındakı Gavduşan çölündə Qarabağ, Şəki xanlıqları və Dağıstan hakimlərinin birləşmiş qüvvələri ilə Quba xanlığı arasında böyük döyüş oldu. Birləşmiş qüvvələr Qubanı və Şamaxını tutdular. Bu zaman Fətəli xan Salyana çəkildiyindən Dərbəndin müdafiəsinə həyat yoldaşı Tuti Bikə rəhbərlik edirdi.

Gavduşan döyüşü
Azərbaycandakı döyüşlər
Gavduşan döyüşü
Gavduşan döyüşü
Tarix 1774-cü il.
Yeri Xudat yaxınlığı
Səbəbi Fətəli xandan Avar xanının və oğlanlarının intiqamını almaq
Nəticəsi Fətəli xanın ağır məğlubiyyəti
Ərazi dəyişikliyi Birləşmiş qüvvələr Qubanı və Şamaxını tutdular.
Münaqişə tərəfləri

Quba xanlığı

Qarabağ xanlığı
Şəki xanlığı
Qazıqumuq xanlığı
Avar xanlığı
və digər Dağıstan hakimləri.

Komandan(lar)

Fətəli xan (yaralı)

İbrahimxəlil xan
Məhəmmədhüseyn xan
Əmir Həmzə
Məhəmməd xan
Eldar bəy
Ümmə xan
Tabasaranlı Rüstəm
Canqutaylı Əli sultan
Dişsiz Məhəmməd
Şeyx Əli

İtkilər

ağır

ağır

    Əmir Həmzə və Fətəli xan

    1774-cü ildə Qaraqaytaq usmisi Əmir Həmzənin, qazıqumuqlu Məhəmməd xanın, avarlı Ümmə xanın birləşmiş qüvvələri, habelə Tabasaran kadisi Rüstəmin, canqutaylı Əli sultanın, Dişsiz Məhəmmədin dəstələri Qubaya doğru hərəkət etdilər. Kostyukov, Əndəri və başqa yerlərin feodalları da bu koalisiyanın tərəfindən çıxış edirdilər.[1] Yürüşün təşkilatçısı Fətəli xanın barışmaz düşməni Əmir Həmzə idi. Cənubi Dağıstan feodalları sürətlə hərəkət edirdilər ki, qubalılar onları dəf etmək üçün yeni qüvvə toplamağı bacarmadılar. Digər yandan onların müttəfiqləri Tarku şamxalı və Bunyak hakimi Tarku və Bunyakı müdafiə etməyə məcbur idilər. Qubaya yürüşün iştirakçıların məqsədləri Avar xanının və oğlanlarının intiqamını almaq idi.[2]

    Fətəli xan və onun düşmənləri Xudatın yaxınlığına Gavduşan çölündə qarşılaşdılar. Üstünlük əvvəlcə Fətəli xanın tərəfində idi. Lakin usminin oğlu Əli bəy Quba qoşunlarının mərkəzinə xəsarətli zərbə vurdu və döyüşün gedişi dəyişdi. Hər iki tərəfdən böyük itkilər oldu. Dişsiz Məhəmməd, Qazıqumuqlu Eldar bəy və şeyx Əli bəy həlak oldular. Məğlubiyyətə uğramış Fətəli xan Qubada duruş gətirə bilməyərək Salyana çəkildi.[3] Ağır məğlubiyyətdən sonra Fətəli xan yaxın adamlarından birini Qızlar qalasında məskunlaşan rus ordu komandanı general-mayor Medemlə danışıqlara göndərdi.

    Mənbə

    • Абдуллаев, Г.Б. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку: Изд-во Академии наук Азербайджанской ССР. 1965.
    • Bakıxanov, Abbasqulu ağa. Gülüstani-İrəm (az.). Əsgərli, M. tərəfindən tərcümə olunub. Bakı: Minarə. 2000. 224 səh.

    İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.