GameStop

"GameStop" — ABŞ pərakəndə satış şəbəkəsi. Şirkət videooyun konsolları, videooyunlar və oyun aksesuarları satır.

GameStop
GameStop
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye pərakəndə
Məhsulu video oyun
Təsis tarixi 1991
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 1.322.300.000 $ (28 yanvar 2023)[1]
Ümumi aktivlər
  • 3.113.400.000 $ (28 yanvar 2023)[1]
Ümumi gəliri
  • 5.927.200.000 $ (28 yanvar 2023)[1]
Xalis mənfəəti
  • −313.100.000 $ (28 yanvar 2023)[1]
Əməliyyat mənfəəti
  • −311.600.000 $ (28 yanvar 2023)[1]
gamestop.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

30 yanvar 2021-ci il tarixinə olan məlumata görə, "GameStop" mağazalar şəbəkəsinin ABŞ-də və dünyanın 17 ölkəsində 4,816 satış məntəqəsi var.[2] Şirkətin mağazaları həmçinin "EB Games" və "Electronics Boutique" brendləri altında satış məntəqələri ilə təmsil olunur. Şirkət "Game Informer" adlı videooyun jurnalını dərc etdirir.[3]

Tarixi

Şirkətin tarixi Texas ştatının Dallas şəhərində kiçik proqram təminatı şirkəti "Babbage's" ilə başlamışdır. Şirkət sonradan "Software Etc." ilə birləşmiş, ardınca "Babbage’s Etc. LLC" yaranmışdır. 1999-cu ildə bu şirkət kitablar, elektron kitablar, jurnallar və media satan pərakəndə satış şəbəkəsi olan "Barnes & Noble"a satılmışdır. Mağazalar şəbəkəsi 2000-ci ilin iyununda "Funco, Inc" ilə birləşmişdir. Həmin ilin axırlarında şirkətin adı "GameStop" olaraq dəyişdirilmişdir.[4]

2004-cü ilin axırlarında şirkət "Barnes & Noble"dan öz səhmlərini tamamilə geri almış və müstəqil olmuşdur. 2005 -ci ildə "Electronics Boutique", 2007 -ci ildə isə "Blockbuster" şəbəkəsindən "Rhino Video Games" satın alınmışdır.[5][6][7]

İstinadlar

  1. GameStop Annual Report 2022 (ing.).
  2. "GameStop Annual Report 2020" (ingilis). 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-05.
  3. "About Us" (ingilis). www.gamestop.com. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-01.
  4. "Company History" (ingilis). www.gamestopcorp.com. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-01.
  5. Christopher Grant. "GameStop indulges in some Impulse buying ... no seriously, it bought Impulse (and Spawn Labs)". joystiq. 2015-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.
  6. JC Fletcher. "GameStop streaming service to include demos, possibly extra games tailored to players' interests". joystiq. 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.
  7. Alexander Sliwinski. "Next-gen consoles to thank for GameStop's record-breaking sales year". joystiq. 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-02.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.