Buzlaq qaz soğanı
Buzlaq qaz soğanı (lat. Gagea glacialis) — zanbaqkimilər fəsiləsinin gagea cinsinə aid bitki növü.
Buzlaq qaz soğanı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Buzlaq qaz soğanı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür.[1][2]
Qısa morfoloji təsviri
Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır. Erkəkcikləri çiçəkyanlığından demək olar ki, 2 dəfə qısadır. Qutucuğu uzunsov-yumurtaşəkillidir.[1][2][3][4]
Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri
Alp və Subalp qurşaqlarındakı çəmənlərdə, əriyən dağların ətrafında. Çiçəkləməsi may, avqust aylarına təsadüf edir. Çoxalması soğanaq və toxumladır. Mezokserofitdir. Geofit bəzək bitkisidir.[1][2][5]
Yayılması
Böyük Qafqazın Quba və qərb hissələri, Kiçik Qafqazın mərkəzi, Naxçıvanın dağlıq hissəsi.
sahəsinin Qapıcıq və Gəmiqaya dağlarında.[1][2][5][6]
Sayı və tendensiyası
Antropogen amillərin mənfi təsiri azalma təhlükəsini yaradır.[1][2]
İstinadlar
- Azərbaycan Respublikasının Qırmızı kitabı (Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri) II nəşr, Bakı-2013
- "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.
- Исаев Я. М. , 1952
- Конспект флоры Кавказа, 2006
- Talıbov T. H, İbrahimov Ə. Ş., 2008
- İbadlı O. V 2002