Gaşerbrum I
Gaşerbrum I (urdu گاشر برم -1; çin. 加舒尔布鲁木я峰), Hidden-Pik (ing. Hidden Peak — «Gizlin zirvə, K5») — Karakorumda dağ zirvəsi. Hündürlüyü dəniz səviyyəsindən 8080 metrdir. Səkkizminliklər içində on birinci hündür zirvədir.
Qaşerbrum I | |
---|---|
urdu گاشر برم, çin. 加舒尔布鲁木I峰 | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Karakorum |
Dağ silsiləsi | Baltoro Muztaq |
Mütləq hündürlüyü | 8080[1] |
Nisbi hündürlüyü | 2155 m |
Yerləşməsi | |
35°43′28″ şm. e. 76°41′47″ ş. u. | |
Ölkələr | |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Gaşerbrum I dağı Pakistanın Kəşmir bölgəsində, Gilgit-Baltistan ərazisinin Çinin Sintszyan-Uyğur Muxtar Rayonu ilə olan sərhəddə yerləşir.
Dağ zirvəsi Karakorumun cənub-şərq hissəsindədir. Gaşerbrum Baltoro Muztaq silsiləsinə daxildir. Gaşerbrum I çox zirvəli Gaşerbrum dağ massivinə aiddir.
Hidden-Pikin hündürlüyü 8080 metr olub Qaşerbrum dağ masivində ən hündür, Karakorum dağlarında ikinci, dünyada isə on birincidir.
Gaşerbrum I - dən şimal-qərbdə yerləşən 7772 metrlik zirvə Gaşerbrum dağ massivinin qapayır. Cənub-qərbdə yerləşən 7784 metrlik zirvəni isə tədqiqatçılar və alpinistlər Hidden-Pikin alnı (çiyinləri) adlandırırlar.
Etimologiyası
Gaşerbrum balti dilində «rqaşi» (gözəl) + «brum» (dağ) deməkdir. Dağa «Hidden-pik» (ing. Hidden Peak — «Gizlin zirvə») adını ilk dəfə olaraq Karakorum dağlarını tədqiq edən Martin Konvem vermiş. Belə ad verilməsinə səbəb Baltoro buzlağından Karakorumun bu dağ silsiləsinə gedən yol boyu zirvənin görsənməməsidir.[2] Bəzən Gaşerbrumu K5 adlandırırlar.
Fəth olunma tarixi
1934-cü ildə Himalay və Karakorum dağları üzrə tanınmış tədqiqatçı Gyunter Oskarın rəhbərliyi ilə zirvəyə beynəlxalq ekspedisiya təşkil olunmuş. Bu yürüş nəticəsində alpinistlər 6300 metr yüksəkliyə qədər qalxa bilmişlər. 1936-cı ildə ilk dəfə olaraq fransız ekspedisiyası dağa cənub yamacdan qalxmağa cəht etmiş və 6900 metr yüksəklikdə ekspedisiya dayandırılmışdır.
Gaşerbrum I dağını ilk dəfə 5 iyul 1958-ci ildə Nikolas B.Klinç, Riçard K.İrvin və Tom Nevisonun rəhbərlik etdiyi amerikan ekspedisiyasından Pit Şoenqom və Endi Kaufman fəth etmişlər.[2]
1975-ci ildə Raynhold Messner və Piter Habeler alp stilində və yeni marşrutla zirvəyə yetişmişlər. 1984-cü ildə Raynhold Messner yenidən Gaşerbrum I və bununla yanaşı Gaşerbrum II (8035 m) zirvəsini də fəth etmiş. 2012-ci ildə polyak Artur Hayzer ilk dəfə olaraq qış aylarında zirvəni fəth etmiş. 9 mart yerli vaxtla 8:30 - da alpinist Adam Beleski və Yanuş Qolab Hidden-Pikə "yapon kuluaru"sundan qalxmış. 2013-cü ilin 7 iyulunda Yapon kuluarusu ilə Gaşerbrumdan enərəkən məşhur polşalı alpinist Artur Hayzer həlak olmuş. , .[3].
Mənbə
- Кравчук П. А. Рекорды природы. — Любешов: Эрудит, 1993. — 216 с. ISBN 5-7707-2044-1.
İstinadlar
- "Peakbagger.com". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-17.
- Clinch, Nicholas. A Walk in the Sky: Climbing Hidden Peak. New York, Vancouver: The Mountaineers. 1982. ISBN 0898860423.
- "Обстоятельства гибели Артура Хайзера на Гашербруме". 2014-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-17.