GNOME
GNOME (GNU Network Object Model Environment, tələffüzü: /ɡˈnoʊm/ və ya /ˈnoʊm/) - əməliyyat sisteminin üzərində çalışan qrafik masaüstü mühitdir. Tamamilə azad və açıq kod proqram təminatıdır. 1997-ci ildə Miguel de Icaza və Federico Mena tərəfindən azad proqram təminatı kimi yaradılmağa başladı. 1999-cu ildə ilk versiyası istifadəyə buraxıldı. Unix xüsusi ilə də Linux əməliyyat sistemlərində masaüstü mühit kimi KDE və GNOME geniş istifadə olunur.
GNOME | |
---|---|
Tipi | Masaüstü mühiti |
Müəllif | Gnome Tərtibatçıları |
Proqramlaşdırma dili | C[1], C++[1], C#, HTML, JavaScript[1], Perl[1], Python[1] |
Əməliyyat sistemi | Unix tipi |
İnterfeysin dili | Çoxdilli (40 dildən artıq) |
Yayımlanma tarixi | 15 avqust 1997[2] |
Sonuncu versiya | |
Lisenziya | GPL, LGPL |
Sayt | gnome.org |
Vikianbarda əlaqəli mediafayllar |
Əsas alt proyektləri
- GNOME shell - Gnome 3-ün istifadəçi interfeysi
- GVFS - virtual fayl sistemi
- GNOME keyring - şifrləmə açarlarını və təhlükəsizlik haqqında məlumatı saxlamaq üçün alət
- GTK+ - qrafik tətbiqlər yaratmaq üçün alətlər paneli
GNOME işlədən əməliyyat sistemləri
- Ubuntu Gnome
- Fedora
- Debian
- Mageia
- CentOS
- SteamOS
- Kali
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.