Gərni məbədi

Gərni məbədiGərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ sahilində Gög dağının ətəyində Ellər (12.10.1961-ci ildən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-ci ildən Qarni) kəndində bütpərəst məbədi.[1]

Gərni məbədi
Գառնիի հեթանոսական տաճար
40°06′43″ şm. e. 44°43′44″ ş. u.
Ölkə  Ermənistan
Şəhər Kotayk mərzi
Yerləşir Gərni
Tikilmə tarixi I-II əsrlər
Üslubu Qədim Yunan memarlığı, Qədim Roma memarlığı
Ermənistanda qeydiyyata alınmış abidələr
İstinad nöm.6.21/4.2
KateqoriyaKompleks
ƏhəmiyyətiDünya əhəmiyyətli
Gərni məbədi (Ermənistan)
Gərni məbədi
Məbədin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1945-ci ildə məbəddə rəssam Martiros Saryan tərəfindən kəşf edilən yunan yazısında "Günəş Trdat" tərəfindən əsasının qoyulduğu qeyd olunur.[2]

Məbəd XVII əsrdə zəlzələ nəticəsində dağılmış, 1969–1974-cü illərdə bərpa edilmişdir. Xristianlığın qəbul edilməsindən sonra saray kimi fəaliyyət görmüşdür. Hazırda erməni bütpərəstlər məbədi mütəmadi ziyarət edib ibadətlərini yerinə yetirirlər.[3] Hər il 136.000 turist məbədi görməyə gəlir.[4] Məbədin divarlarında 9–10-cu əsrlərdə qazınmış ərəbcə yazılar da tapılmışdır.

Haqqında

Qədim Qaqar türklərinə məxsus Gərni qalasının qalıqları da vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq qabiliyyətini təsdiqləyirdi. Qaladan yadigar qalan qalıqlarda qəribə ornamentlər, naxışlar var idi. Həmin mahalda eramızın I yüzilliyinə aid olan başqa bir məbədin də xarabalıqları qalırdı. I yüzilliyə aid Gərni məbədi sonralar bərpa olunmuşdu. Dördkünc formadadar olan saray-məbəd XVII əsrdə zəlzələ zamanı dağıldıqdan sonra ötən əsrin 60–70-ci illərində bərpa edilmişdi. Müxtəlif müharibələrin, təbii fəlakətlərin nəticəsində dağılan və yenidən qurulan Gərni məbədi türk memarlarının əli ilə yaradılmışdı.[5]

Qalereya

İstinadlar

  1. "Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri, 2-ci nəşri (Azərbaycan dilində), Bakı, Nurlan. 2007". 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-05.
  2. Russell, James R. (1987). Zoroastrianism in Armenia. Cambridge, Massachusetts: Harvard University Press. ISBN 0-674-96850-6.
  3. Antonyan, Yulia (2010). ""Reconstituting" Religion: Neo-Paganism in Armenia. Summary".
  4. "What's an Ancient Roman Temple Doing in Armenia?". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-06.
  5. "Gərni məbədi". anl.az. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2024.

Xarici keçidlər

Mənbə

  • И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п., 1852, 509–510;
  • А.Берже. Кавказ в археологическом отношении, Тифлис, 1875, стр.50;
  • Ə. Ələkbərli. Qərbi Azərbaycan, II с. Zəngibasar, Gərnibasar və Qırxbulaq mahalları, В.2002, səh. 546–549.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.