Gərmətük

GərmətükAzərbaycan Respublikasının Lənkəran rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Lənkəran çayının sahilində, Lənkəran ovalığındadır. Oykonim yerli əhali tərəfindən Qamətük şəklində tələffüz edilir. Yaşayış məntəqəsinin adı talış dilindəki «qam» (isti) və «tük» (bicarlıq, çəltik əkilən yer) sözlərindən düzəlib (burada -ə bitişdirici saitdir), "isti yerdə çəltik sahəsi" deməkdir.[2]

Gərmətük
38°42′54″ şm. e. 48°49′53″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 8800 (2013) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4214[1]
Gərmətük xəritədə
Gərmətük
Gərmətük

Tarixi

25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kosalar və Bala Şürük kəndləri Gərmətük qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kosalar kəndi olmaqla Kosalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[3]

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Gərmətük // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. "Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu" (az.). az.president.az. 23 dekabr 2011, 20:40. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.