Gərməşöylü
Gərməşöylü — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Gərməşöylü | |
---|---|
40°37′ şm. e. 45°29′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
- Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Gərməşöylü kəndini Düz Rəsullu kəndinin bünövrəsini qoymuş Rəsul adlı şəxsin oğlu Məşədi Nəbi salmışdır. Kənddəki nəsillərdən biri də bu səbəbdən "Nəbilər" nəsli adlanır. Bu kənddə əsasən iki qohum nəsil "Sərdarlı" və "Nəbilər" nəsli məskunlaşmışlar.
Kəndə 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidiyinin tərkibində status verilmişdir.
Toponimikası
Gərməşöylü oyk. Gədəbəy r-nunun Düz Rəsullu i.ə.v.-də kənd. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal yamacındadır. Əsl adı Gərməşovludur.Yaşayış məntəqəsi vaxtilə gərməşov ağacının çoxluq təşkil etdiyi sıx meşənin talasında salındığından belə adlandırılmışdır. Hazırda kəndin ərazisində tək-tək germəşov ağacına təsadüf olunur. Tovuz r-nunda Gərməşoylu dağ, Gərməşovlu qobu oronimləri qeydə alınmışdır.[1]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 73 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Tanınmış şəxsiyyətləri
- Nizami Zeynalov (Riyaziyyat müəllimi - Azərbaycan Respublikasının əməkdar müəllimi[3]
Həmçinin bax
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- "Arxivlənmiş surət". 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.