Gəray Əlibəyov
Gəray Ayaz oğlu Əlibəyov (29 mart 1955, Dədəli, Füzuli rayonu, Azərbaycan SSR) — Azərbaycanlı aktyor.
Gəray Əlibəyov | |
---|---|
Gəray Ayaz oğlu Əlibəyov | |
Doğum tarixi | |
Doğum yeri | Dədəli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Təhsili |
Azərbaycan Dövlət İncəsənət İnstutu (1973-1977) |
Həyatı
Füzuli rayonunun Dədəli kəndində 29 mart 1955-ci ildə doğulub. Səkkizilliyi həmin kəndə, 1970–72-ci illərdə isə orta məktəbi Füzuli rayonu B. Sərdarov adına məktəbdə təhsil almışdır. 1973–1977-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil alıb. Sumqayıt Dövlət Teatrında aktyor, Veteran klubunda direktor (1986–1988), Araz kinoteatrında müdir müavini (1988–1990), Araz kinoteatrında direktor (1990–1993), "Sinema" kiçik dövlət müəssisəsində direktor (1988–1993) "Elşad K" şirkətinin prezidenti (1996–2000), Mədəni İnkişaf Mərkəzi ictimai birliyinin sədri (2007), ULUS FİLM prodüser mərkəzinin direktoru (2008), Simurq.info saytının baş redaktoru (2017) vəzifələrində çalışır. "Cavad xan" filminin təbliğatına və yayımına rəhbərlik edərək Moskvada, Tehranda, Budapeştdə, Varşavada, Kiyevdə və Nyu-York şəhərlərində təqdimatınin keçrilmisinə nail olmuşdur. 2005-ci il tarixdən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür.
2021 — il iyul ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədridir.
Filmoqrafiya
- Tütək səsi (film, 1975)
- Sevinc buxtası (film, 1977)
- Gözlə məni (film, 1980)
- Qanlı zəmi (film, 1985)
- "Qardaşlaşmış şəhərlər və Yerli Hakimiyyət" kitab
- "Mədəniyyətin 21-ci gündəliyi" kitab
- Zəlimxan Yaqub "Əbədiyyət Dastanı" (audio kitab 2010)
- Zəlimxan Yaqub "Böyük ömrün davamı"(audio kitab 2011)
- Günəçə qovuşmaq istəyirəm mən (audio kitab, seçmələr 2012)
- "Şəhidliyə aparan yol" (qısametrajlı sənədli bədii film 2016) https://www.youtube.com/watch?v=H3DoaTVNDgs
- "Şəhidlik Zirvəsi" qısametrajlı sənədli-bədii film 2017(ssenari müəllifi və filmin direktoru) https://www.youtube.com/watch?v=boZKRVnwnH0&t=6s
- "Vətən aşiqi"qısametrajlı sənədli-bədii film 2017 (ssenari müəllifi və filmin direktoru) https://www.youtube.com/watch?v=XQCm4fhMSpI&t=17s
- "Qazi" qısametrajlı sənədli-bədii film (ssenari müəllifi və filmin direktoru) 2017 https://www.youtube.com/watch?v=mqiszSPYVt0
- "Anama deyin…".qısametrajlı sənədli-bədii film (ssenarist və filmin direktoru) 2018 https://www.youtube.com/watch?v=KYlyOLRtOjQ&t=799s
- "Qarabağda görüşənədək" qısametrajlı sənədli film (ssenari müəllifi və filmin direktoru) 2019 https://www.youtube.com/watch?v=cGfbXyOTG0g
- "Biz üç dost idik…" qısametrajlı sənədli film (ssenari müəllifi) 2019 https://www.youtube.com/watch?v=hmuwv3VUG1Q&t=21s
- "Əliabadda bir gün" qısametrajlı sənədli etnoqrafik film (ssenari müəllifi və filmin direktoru) 2019 https://www.youtube.com/watch?v=juPpksSz4SQ&t=425s
- "Qısa ömrün uzun yolları"sənədgli film (Təşkilatçı və produsser) 201
- "Qusarın igid oğlu" qısametrajlı sənədli film (2020) https://www.youtube.com/watch?feature=youtu.be
- "Vətən Əmanəti" qısametrajlı sənədli film (2020) https://www.youtube.com/watch?v=bhoQT3c0hV8&feature=youtu.be
- "Vətən, sənə canım fəda" qısametrajlı sənədli film (2020) https://www.youtube.com/watch?v=FGVODelqOEk&feature=youtu.be