Gənzə mineral bulağı
Gənzə mineral bulağı — Ordubad rayon mərkəzindən 6 km şimal-şərqdə Anabad kəndi yaxınlığında Gənzə çayının sahil qumlarından çıxır. Suyu şəffaf, turşməzə, ləzzətli və içməklə doymaq olmur. Su orta dərəcədə minerallaşmış, Rusiyanın (Şimali Qafqaz) “Jeleznovodsk” mineral suyunun analoqudur. Gənzə mineral bulaqlarından (bir neçə bulaq vardır) Ordubad rayonunda ən yaxşısı olmaqla, süfrə suyu kimi istifadə olunur.
Mənbə
- Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.