Gənc Verterin iztirabları

Gənc Verterin iztirabları (alm. Die Leiden des jungen Werthers) İohann Volfqanq Göte 1774-cü ildə məktublar formasında yazdığı sentimental romandır. Romanda alman reallığının fonunda intihar edən qəhrəmanın faciəli həyatı təsvir edilir. Bu roman Hötenin "Qöts fon Berlihinqen" dramından sonra ədədbiyyatda ikinci uğuru idi. Dram kimi məktublar formasında yazılan roman da "Fırtına və gərginlik" cərəyanına aid edilir. "Gənc Verterin iztirabları" müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub, məhəbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə bağlı olmuşdur. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa rəfiqəsinə - Maksimilane fon Laroşa məxsusdur.

Kitabın ilk nüsxəsinin üz qabığı, 1774

Romanın birinci nəşri 1774-cü ilin payızında Leypsiq kitab sərgisində ictimayyətə təqdim edilmişdi. O, qısa zamanda ən çox oxunan kitaba çevrilir. Kitabın ikinci nəşri 1787-ci ilə çıxır. Roman Höteyə bütün Almaniyada şöhrət gətirir. Ona qədər Hötenin heç bir əsəri bu qədər oxucu qazanmamışdır.

Romanın yayılması Avropada intihar hallarının sayının kəskin artmasına gətirib çıxarmışdı. Buna sonralar Verter effekti adı verilmişdi. Bu effekt o qədər güclü idi ki, bir çox ölkələrdə kitabın nəşri qadağan edilmişdi.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.