Gənc Qaşqar Partiyası
Gənc Qaşqar Partiyası — uyğurların türk millətçiliyini müdafiə edən partiyası.
Gənc Qaşqar Partiyası | |
---|---|
Sədri | Timur Bəy, Məhəmməd Əmin Buğra |
Qurucu | Əbd əl Rahim bəy Baçça |
Quruluş tarixi | 1933 |
Dağılma tarixi | 1934 |
Baş qərargah | Qaşqar |
İdeologiya |
Uyğur millətçiliyi Türk millətçiliyi Cədidizm Anti-Çinlilik |
Haqqında
Gənc Qaşqar Partiyası 1933-1934-cü illərdə mövcud olmuş və türk millətçiliyini müdafiə etmişdir. O, Şərqi Türkistan İslam Respublikasının yaradılmasında mühüm rol oynamışdır. Partiya mahiyyət etibarilə anti-Çin, anti-Çin müsəlmanları olmuşdur. Uyğur hərbi komandanı olan Timur Bəy və Xotan əmirləri Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra Gənc Qaşqar Partiyası ilə ittifaq qurmuşdular. Partiya 40 nəfərdən ibarət parlament quraraq, Birinci Şərqi Türkistan Respublikasının prezidenti Niyazi Xocaya iki nəfərlik nümayəndə heyəti göndərmişdi.[1][2] Partiya bir digər türk millətçisi təşkilat olan Milli İnqilab Komitəsi ilə yaxın əlaqələrə sahib idi.[3]
İstinadlar
- Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 82. ISBN 0-521-25514-7. 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- Kenneth Bourne, Ann Trotter. British documents on foreign affairs: reports and papers from the Foreign Office confidential print. From the First to the Second World War. Asia 1914-1939. China, May 1933-March 1934, Part 2, Volume 42. University Publications of America. 1996. səh. 97. ISBN 0-89093-613-7. 2020-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- Christian Tyler. Wild West China: the taming of Xinjiang. New Brunswick, New Jersey: Rutgers University Press. 2004. səh. 115. ISBN 978-0-8135-3533-3. 2020-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.