Gəncəbasar

Gəncəbasar — Azərbaycanda Gəncə şəhəri və ətrafı üçün istifadə edilən adlandırma.

Ərazi

Tarixən Gəncə xanlığının mahallarından sadəcə biri Gəncəbasar adlanırdı. Gəncəbasar mahalı Gəncəçay vadisindəki yaşayış məskənlərini əhatə edirdi. Ancaq buna baxmayaraq, Gəncəbasar tarixi və filoloji tədqiqatlarda Gəncənin siyasi-inzibati təsir dairəsindəki ərazilər üçün işlədilmişdir. İndiki dövrdə Tovuz, Şəmkir, Xanlar, Goranboy, Yevlax rayonları bu əraziyə daxildir. Folklorşünaslıqda Gəncəbasar ərazisi daha da genişləndirilərək tarixçilərin hesab etdiyi ərazidən irəli aparılmışdır. XX əsrin ikinci yarısında Gəncəbasar ərazisi sadəcə Gəncəçay vadisini yox, böyük bir coğrafi ərazini əhatə edir, xalq arasında da bu mənada işlədilirdi.[1]

Həmçinin

İstinadlar

  1. Azərbaycan Folkloru Antologiyası, IX kitab. Gəncəbasar folkloru (az.). "Səda" nəşriyyatı. 2004. səh 9–10.

Əlavə oxu

  • Lətif Həsənov. "Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı" (az.). 2010. İstifadə tarixi: 18 mar 2024.
  • VÜSALƏ VEYSƏLOVA. "XIX-XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ GƏNCƏBASAR BÖLGƏSİNDƏ MAARİF VƏ ELM" (az.). "GEOSTRATEGİYA" jurnalı. 2019. İstifadə tarixi: 18 mar 2024.
  • Gəncəbasar lətifələri / toplayanı və tərtib edəni Sədnik Paşa Pirsultanlı. Gəncə: Agah, 2005, 201 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.