Gəncə vilayəti

Kirovabad vilayətiAzərbaycan SSR-də 1952—1953 illər arasında mövcud olmuş inzibati-ərazi. İnzibati mərkəzi Kirovabad şəhəri idi.

Tarixi Azərbaycan SSR əraziləri
Gəncə vilayəti
Ümumi məlumatlar
Ölkə SSRİ SSRİ
Bölgə Azərbaycan Azərbaycan SSR
İnzibati mərkəz Kirovabad (indiki Gəncə)
Əsası qoyulub 3 aprel 1952
Ləğv edilib 23 aprel 1953
Xəritədə yeri
Gəncə vilayəti xəritədə

Kirovabad vilayəti 3 aprel 1952-ci ildə, Bakı vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. Bu vilayət Azərbaycan SSR ərazisinin şimal-qərb hissəsini əhatə edirdi və 28 rayona — Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Bərdə, Balakən, Dəstəfur, Gədəbəy, Göyçay, Xaldan, Xanlar, Şaumyan, Qax, Qazax, Qasım İsmayılov, Qutqaşen, Mirbəşir, Nuxa, Samux, Səfərəliyev, Şamxor, Şaumyan, Tovuz, Ucar, Vartaşen, Yevlax, ZaqatalaZərdab rayonlarına bölünürdü.

Vilayətin İcraiyyə komitəsinin sədri Sadıq Rəhimov, K(b)P vilayət komitəsinin sədri İmam Mustafayev idi.

Kirovabad vilayəti yaradıldıqdan 1 il sonra, 23 aprel 1953-cü ildə ləğv edilmişdir[1].

İstinadlar

  1. Указ Президиума ВС СССР от 23.04.1953 о ликвидации Бакинской и Гянджинской областей Азербайджанской ССР

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.