Gəncə mədrəsəsi

Gəncə mədrəsəsiGəncə şəhərinin əsas meydanında vaxtilə mövcud olmuş mədrəsə binasıdır. Şah Abbas məscidini əhatə edən mədrəsə binasının dövrümüzə yalnız məscidin qərb tərəfində həyə boyunca yerləşən dörd otaq və divarlar qalmışdır.[1]

Gəncə mədrəsəsi
Fransız arxeoloq Jozef de Bay tərəfindən 1900-cü ildə Şah Abbas məscidinin həyətində çəkilmiş fotonun sağ tərəfində və mərkəzdəki ağacların arxasında Gəncə mədrəsəsinin bir hissəsi görünür.
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Şah İsmayıl Xətai prospekti
Memar Şeyx Bəhaəddin
Tikilmə tarixi XVII əsr
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti kiçik hissələri dövrümüzə çatıb

Tarixi

Gəncə mədrəsəindən bəhs edən B.N.Zavıpkin yazır: “Məscid...hücrələrdən təşkil edilmiş bina ilə əhatə olunmuşdur. Bu hücrələrin bəzisi boşdur, bəzilərində isə məsciddə xidmət edən şəxslər yaşayırlar. Lakin, şəhərə qonaq gələn müsəlmanlar və qeyri-müsəlmanlar, o cümlədən məscidin alimlərindən dərs alan gənclər də burda sığınacaq tapırlar.”[2] Gəncə mədrəsəsinin memarlıq quruluşu və planı haqqında ətaflı məlumat Rusiya Dövlət Mərkəzi Hərbi-Tarixi Arxivində saxlanan Gəncə qalasının 1797-ci ilə aid planında verilmişdir.[3]

Memarlıq xüsusiyyətləri

Mədrəsənin dövrümüzə çatmış qalıqları çox da böyük olmayan bir mərtəbəli otaqlardır. Bu otaqların hər biri böyük oxvari tağ vasitəsiylə həyə açılan müstəqil girişə malikdir. Otaqlar, aralarında inşa edilmiş kar divarlar vasitəsiylə bir-birindən ayrılmışdır. Otaqların tağvari örtüyü ara divarlara söykənir. Mədrəsənin kənar divarları onu ətraf küçələrdən tamamilə izolyasiya edir ki, bunun da nəticəsində qapalı daxili həyət yarnır.[1] Gəncə mədrəsəsi yaxınlıqda yerləşən Şah Abbas məscidi kimi bişmiş kərpic və gəc məhlulundan inşa edilmişdir.[1]

Mədrəsənin eynitipli oxvari tağlardan əmələ gələn memarlıq kompozisiyası kompleksin bütün ərazisini əhatə edən qalereya formalaşdırır (bu baxımdan Şuşadakı Aşağı Gövhər ağa məscidini əhatə edən və qapalı həyət yaradan mədrəsə Gəncə kompleksinin memarlığını təkrarlayır), kompleksin mərkəzində qalan məscid və giriş portalı isə qalereya fonunda effektiv fərqlənirdi.[4]

Məşhur müəllimləri

Məşhur tələbələri

İstinadlar

  1. Алиев, 1954. səh. 672
  2. Завыпкин, Б. Н. Архитектура Средней Азии. Москва. 1948. 95.
  3. Саламзаде, 1964. səh. 28
  4. Алиев, 1954. səh. 673

Ədəbiyyat

  • Алиев, М. Джума-мечеть в Кировабаде (Искусство Азербайджана, Т. 4). Баку. 1954.
  • Л. С. Бретеницкий, А. Саламзаде. Кировабад. Москва. 1960.
  • Саламзаде, А. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.

П:  Gəncə portalı П:  Memarlıq portalı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.